Sunday, January 30, 2011
ERAY CANBƏRK
(1940)
Istanbulda doğulub. 1958 – ci ildə Heydərpaşa Liseyini bitirib. Bir müddət Istanbul Universitetinin ədəbiyyat fakultəsində, daha sonra Müəllimlər Institutunun fransız dili və ədəbiyyatı fakultəsində təhsil alıb. Təhsilini başa vurmadan hərbi xidmətə gedib və daha sonra müxtəlif dərgilərdə, qəzetlərdə çalışıb.
Ilk şeirləri 1960 – cı illərin əvvəllərində «Yelkən» dərgisində dərc olunub. Esselər, hekayələr də yazıb, lakin şairlik onun üçün əsas təşkil edib.
Şeir kitabları: «Lal sular»(1969), «Lal sular»(genişlədilmiş variantı - 1979), «Ürəyim sınan zaman»(1983), «Köhnəlmiş tənhalığa»(Seçmə şeirlər)(1992), «Əbrular»(1997)
Sosialist dünya görüşünə bağlı şeirlər yazsa da, insanın daxili dünyasını müəyyən edən incə duyğuları qoruyaraq səsini heç yüksəltmədən şeir yazmağa davam eləyib.
ÇÖLDƏ QALMAQ
Yenə başlayır ürkək və uzaq
Ilk istilərdə hələ indidən yorğun
Nə özgələr nə də heç kim belə çarəsiz
Dəngələmək ancaq nələri
Bu uşaq dava adamı deyil
Üzə vurmadan demədən dözsə də belə
Vurulduqca yıxılmırsa sarsılmırsa çətin
Və ağzında qan kimi bir qərənfil
Bəlkə də qərənfil kimi bir qan dodaqlarında
Sonra tək qoyub hərə bir tərəfə qaçacaq
Üstəlik şübhəli iyrənc hörmətsiz
Sənə nə kimsən
Qısılmaq bir qadına zavalı kimi
Yola düşsə yoxsa düşməsə
Arxanca aşağılayıcı nəzərlərlə bir qələbəlik qayğısız
Dön geri və daşlara vur özünü
ƏFSANƏ
Hər açılış bir aldanışa uzadır əlini
Susmaq nələrəsə körpü olur bir az
Qəflətən qopan bir tel ya da boş qalan bir səs
Bir şey – çağına qalib gəlsə də qalib gələ bilmir özünə
Anlamlara sığınan görkəmli köhnəliklər
Itirir sancı çəkən pöhrələrini
Ya gecəyə açılan bir qəribin səsi bir az həsrət
Ya suya doğru əyilən çiçəkdir bəlkə də
Illər sonra uşaqları uşaqlarına
Yuxuya getməmişdən əvvəl danışacaq
Əvvəllər çox əvvəllər insanlar olub ki
Ağ divarlara basdırıblar özlərini
Bir az da işığa qapayıb yaşılını
Sabahın işığını çoxaldır
Yaşamaq deyilən çağdaş əfsanənin divləri bir bir
Yenidən günəşlər yaradır
ƏSKI BIR TÜRKÜ
Sən mənə unutduğum şeyləri xatırlat
Yenidən oxuyacağıq o əski türkünü bir gün
Zalım və qəddarcasına yox edilsə də həyat
Biz heç ölməyəcəyik bütövlüklə
Məni apar bu pis şəhərdən uzaq
Evləri çəmənlərə baxan sənin yerinə
Incə sifətli uşaqlar qaçardı yalınayaq
Ümidim bitmədi gözəl günlər üçün
Sənə danışdıqlarımı hamıya danışmaq istəyirəm
Məsələn ürəyi quş kimi çırpınan uşaqlarıma
Əlbəttə ümidim bitməyib gözəl günlər üçün
ŞEIRÇI
Şeir yaradan şəxs
Şeir satan şəxs
Bu şəxsin sanı
Şeir yaradılan ya da satılan yer
- ilk üç tərif üçün –
zidd mənalısı – şeir
məcazi mənada –
şeirin yaratdığı şəxs
şeir yaradan şəxs ya da
PISLIK RƏHBƏRINƏ QƏZƏL
Cavan uşaqları ölümə həvəsləndirən
Dəhşətli bir düzən
Yaşlı və kəskin düşüncə dönmələri
Həyatda qalmağı bacaran
Insanlıqdan kənarlaşdırılmalıdırlar
Və həmişə məsuliyyət duymalıdırlar özlərindən
Iyrənc mənəm – mənəmlikləri ilə baş – başa qalmağı
Bacarmazlar – görəsən nədən
Dərin və qaba mənlikləri ilə
Qoyun sürünsünlər cəbrən
Dəhşəti görünüş qəbul ediblər
Kəskin və mənfi zəkalarına icazə verən
Ey həyatı ələ salan uşaq
Onları qazandırdın ölməklə – böyük bir ehtimal ilən.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment