(1975, İstanbul)
SU ATLASI
Su, Tanrının üzünü görüb
Dədəm Qorqud
Hər qızdan bir ev qaçar qırmızı
Mis üzə bələnər qardaşın
Sərhədində bir dənizin qəflətən saralar...
Ahhh o gözlərdəki su qarışmamış kədər!
Sarı səbr nədən danışırsa danışsın
Danışmaq tikanlarını atmaqdır bir gülün
Eyyyy! Ruhunu qızıl qablara boşaldan tanrı
Suya lacivərd düşüncə ol sən mürəkkəb
öpdüyü həyatlar da var yəqin ki, suyun
Və qardaşı olmayan uşaqlara
Həddindən artıq paylanan çörək
Gecələr paylaşılar ancaq
Göyərçinləri sevərdik ən çox bir də buğdaları
Ölüm deyiləndə unutdum quş idi ki onlar
Kim idi o səhradan gəlib məndəki dənizi ağlar günə qoyan
İçimdən keçəndə başımı əyən həyat!
GÜL NƏZƏRİ
Ağlar ona sarı qaçan atlar
Bir gülü öpmüş kimi yanağından
Dodağında qırmızı yoxuş
Yaşlı zamana uzanan...
Anamın arxasında gizlənən səhərlər
O ki yer üzündə tərk olunmuş bumeranq
Ayaqlarıyla qapqara bir atı gözləyər
-kimə dedimsə bunu
bir bulud kimi endirdi çiynindəki göyü -
sevilmək üçün qəribsəyən bir meşənin aralığından
göylərə sarı əriyən irmaq
daşmaq üçün
qadından olma bir atı gözləyər
- kimə dedimsə bunu
bir qarabasma kimi gördü yuxularında
unutmaq olmaz!
Kədərli və kəndli ruhların daşıdığı
Qırılan o kölgələr belə bəs edər
Ürəyiylə suya gəlin gedənləri ürkütmək üçün
Dəzgahında nə varsa... bir az söz bir az daha
-kimə dedimsə bunu -
bir pişik kimi yaladı ayaqlarının səsini-
unuda bilmərəm!
Dərindir
bir gülün bir gülə səslənişi
No comments:
Post a Comment