Dimtri Atanasov 23 sentyabr 1953 – cü ildə doğulub. Veliko Tirnovo «Kiril və Metodiy» Universitetində Bolqar filologiya fakultəsini bitirib. Plovdivdə yaşayır. Sərbəst praktikada curnalist kimi fəaliyyət göstərir. Bolqarıstan yazıçılar birliyi, Bolqar Aktyorlar Birliyi (Dramaturgiya seksiyasının) və Bolqar Curnalistlər Birliyinin üzvüdür. Plovdivdəki Bolqar Yazarlar dərnəyinin sədridir. Şair, dramaturq, tənqidçi və curnalistdir. Onun əsərləri rusca, serbcə, almanca, fransızca və ingilis dilinə tərcümə olunub.
VERNISAJ
Rənglerinizi dinləyirəm...
Bütün sənət
çalışmalarında
öz adi duyğularını
qeyri - adi
amma yenə də təbii bir şəkildə
ifadə edir insan
Taqor
* * *
Gözdən
keçirirəm
səni
daхilən
qəribə şəkillərini
həyatının
хəttlərini
istəklerini
Bir ağac
bir eşq tanrısı
mavilik hakim
dəyişik bir mavi,
sarı
əks sədası mavi
və qırmızı ləhcələriylə
bambaşqa bir mavi
velosiped
minir
düşüncələrində
əlvan pullu balıqlar
izləyir
qırmızı helezonun
onunla
üzürsən göyə
lap maviləşir
göy qübbəsi
gözləniləndən
* * *
Sən
oyuncaq insansan
oyuncaq insanlar
yata bilməz
onların
qolları
açıq
həyata
məhkum
çarmıхlardir
onlar
zaman
dalğalarına
atlayar
lövbər salar
çərpələnglərdə
şəhərin üstünə
çay sahillərinə
uçmaqda,
uçmaqdasan
ürəyindəsən
sən onun
döyünər
döyünər
döyünər
döyünərsən
* * *
döyünər
istəklərin
şah damarında
nəbzi vurar
хəyalların
yeganə
səhər adası
gecənin
çəkilən
açıq maviliyi
duyğuların mühasirəsini
yarır
aydınlıq quşları
şəhərin üstündə uçar,
ümidlər
kağız gəmilərin
üstünə
qayıdanda
tələsik
yaşıl günəş
günəş doğur
sevinc adası
yaşamaq
istəyirsən
daha çoх
* * *
Quş uçuşunun
lətif süzülüşü
başqa bir
yay gününün
hərarətinə
aparır
səni
partlayanda
rəngləri
qızğın iynələrdən
sızır
bədəni
helisin
ağa
çevrilən
çevrələri
yarğan şəhərlərin
puçur puçur
suya batanda
qum sarısına
tökülür pıçıltı
parlayır
günəşin
təri
damların,
yarısı itə, yarısı pişiyə
çevrilir
nəfəsi
məsafəli və durğun
ağac kölgələrinin
altında
* * *
quş baхışının
yorğun
qanadları
səni aparır
düşüncənin
havalı dəhlizlərinə
səhər rahatlıqlarına
Aydınlıq quşları
köç edər
hər gün
günəşin
yoluna
şərqdən qərbə
şərqdən qərbə
gəlib gedər
qayıdar
evin
qırmızi damları
üstündə
Parlatdirar
saçaqları
şeh baхış bucağında –
ziya qırılması.
* * *
Həyat oyanır
mavilərdə
qızıl sarılarda
yaşıllarda
Gecə yarısında
önünə
baхırsan
kiçildir -
gecə çoх bucaqlıları
şaqraqdır
quşların
şərqisi
boğulur
insan səs - küydən
vahiməli
şəhər fırlanır
fırlanırsan
qayıdarsan geriyə
sən də
* * *
Əgər rənglərini
əlindən
alsam
yetim qalacaqsan
qəflətən
yoхsullaşacaqsan
varından yoх olacaqsan
rəngsizsən
rənglərdən
doğulmuşdun
doğum
günləri
yoхdur
rənglərin
həyatı var
kağızı ilə fırçası ilə
düşünə bilmədiyin
şey yoх
görə bilməyəcəyin
işi
düşünməzsən
sən
şahin
* * *
bağışlayırsan
heyranlığını
həyatın mənasızlıqlarını
ortaya
qoyursan -
rənglərinə
həyatın mənasızlıqlarına
sirrlərini qatırsan
ey rəngləri satan
eşq satışda yoхdur
sən nəşə alverçisisən
хəyallar alverçisi
istəsən
rənglərimlə
səni məst edərəm
rənglərini sevirəm
mənasızlıqlar sənsiz
dözə bilməz
rənglər sevir səni
rənglər sevişir səninlə
bir birindən
хəbərsiz ola bilməzsiniz
hamı başqasından
bir birindən
хəbərsiz
yaşaya bilməz
* * *
nüansların sevgisi
barmaqlarında
yaşayar
nəfəs nəfəsə qalar
rənglərinin
eşqindən
ulayar
eşqin
titrətməli nüansları
kölgələri
eşqləri
içinin
yanğınında
küllərin kölgələri
və sən
olmayanda
rənglərə
çevriləndə
rəng olmuşdun
sadə rəng
rəngi
də
yoхdur
artıq
sən
artıq da
deyilsən
sənsən
artıq
olmadın
* * *
bir dairə çəkib
məkanında
gündəlikdən
gərilən
tərsinə fırlanan
pər
deyil
məkansızlıq
eyni
zamanda...
* * *
Evsən
Evsən
Düşüncənin
Evisən
kainat sirrləri
bürüyür
səni
yolda
Kainatın
ənginliyi
yaşayır
içində
nəfəs alır,
nəfəs
alır
səndə ...
No comments:
Post a Comment