Sunday, January 30, 2011

ERAY CANBƏRK


(1940)

Istanbulda doğulub. 1958 – ci ildə Heydərpaşa Liseyini bitirib. Bir müddət Istanbul Universitetinin ədəbiyyat fakultəsində, daha sonra Müəllimlər Institutunun fransız dili və ədəbiyyatı fakultəsində təhsil alıb. Təhsilini başa vurmadan hərbi xidmətə gedib və daha sonra müxtəlif dərgilərdə, qəzetlərdə çalışıb.
Ilk şeirləri 1960 – cı illərin əvvəllərində «Yelkən» dərgisində dərc olunub. Esselər, hekayələr də yazıb, lakin şairlik onun üçün əsas təşkil edib.
Şeir kitabları: «Lal sular»(1969), «Lal sular»(genişlədilmiş variantı - 1979), «Ürəyim sınan zaman»(1983), «Köhnəlmiş tənhalığa»(Seçmə şeirlər)(1992), «Əbrular»(1997)
Sosialist dünya görüşünə bağlı şeirlər yazsa da, insanın daxili dünyasını müəyyən edən incə duyğuları qoruyaraq səsini heç yüksəltmədən şeir yazmağa davam eləyib.

ÇÖLDƏ QALMAQ

Yenə başlayır ürkək və uzaq
Ilk istilərdə hələ indidən yorğun
Nə özgələr nə də heç kim belə çarəsiz
Dəngələmək ancaq nələri

Bu uşaq dava adamı deyil
Üzə vurmadan demədən dözsə də belə
Vurulduqca yıxılmırsa sarsılmırsa çətin
Və ağzında qan kimi bir qərənfil
Bəlkə də qərənfil kimi bir qan dodaqlarında

Sonra tək qoyub hərə bir tərəfə qaçacaq
Üstəlik şübhəli iyrənc hörmətsiz
Sənə nə kimsən

Qısılmaq bir qadına zavalı kimi
Yola düşsə yoxsa düşməsə
Arxanca aşağılayıcı nəzərlərlə bir qələbəlik qayğısız
Dön geri və daşlara vur özünü

ƏFSANƏ

Hər açılış bir aldanışa uzadır əlini
Susmaq nələrəsə körpü olur bir az
Qəflətən qopan bir tel ya da boş qalan bir səs
Bir şey – çağına qalib gəlsə də qalib gələ bilmir özünə

Anlamlara sığınan görkəmli köhnəliklər
Itirir sancı çəkən pöhrələrini
Ya gecəyə açılan bir qəribin səsi bir az həsrət
Ya suya doğru əyilən çiçəkdir bəlkə də

Illər sonra uşaqları uşaqlarına
Yuxuya getməmişdən əvvəl danışacaq
Əvvəllər çox əvvəllər insanlar olub ki
Ağ divarlara basdırıblar özlərini

Bir az da işığa qapayıb yaşılını
Sabahın işığını çoxaldır
Yaşamaq deyilən çağdaş əfsanənin divləri bir bir
Yenidən günəşlər yaradır

ƏSKI BIR TÜRKÜ

Sən mənə unutduğum şeyləri xatırlat
Yenidən oxuyacağıq o əski türkünü bir gün
Zalım və qəddarcasına yox edilsə də həyat
Biz heç ölməyəcəyik bütövlüklə

Məni apar bu pis şəhərdən uzaq
Evləri çəmənlərə baxan sənin yerinə
Incə sifətli uşaqlar qaçardı yalınayaq
Ümidim bitmədi gözəl günlər üçün
Sənə danışdıqlarımı hamıya danışmaq istəyirəm
Məsələn ürəyi quş kimi çırpınan uşaqlarıma

Əlbəttə ümidim bitməyib gözəl günlər üçün

ŞEIRÇI

Şeir yaradan şəxs
Şeir satan şəxs
Bu şəxsin sanı
Şeir yaradılan ya da satılan yer

- ilk üç tərif üçün –
zidd mənalısı – şeir

məcazi mənada –
şeirin yaratdığı şəxs
şeir yaradan şəxs ya da


PISLIK RƏHBƏRINƏ QƏZƏL

Cavan uşaqları ölümə həvəsləndirən
Dəhşətli bir düzən

Yaşlı və kəskin düşüncə dönmələri
Həyatda qalmağı bacaran

Insanlıqdan kənarlaşdırılmalıdırlar
Və həmişə məsuliyyət duymalıdırlar özlərindən

Iyrənc mənəm – mənəmlikləri ilə baş – başa qalmağı
Bacarmazlar – görəsən nədən

Dərin və qaba mənlikləri ilə
Qoyun sürünsünlər cəbrən

Dəhşəti görünüş qəbul ediblər
Kəskin və mənfi zəkalarına icazə verən

Ey həyatı ələ salan uşaq
Onları qazandırdın ölməklə – böyük bir ehtimal ilən.

ENVER TOPALOGLU

BOY AYNASI

yox tenhaliqdan yox

mesafelerden

mesafelerden qamasir ancaq icim

icimde gizli bir

dilin cehenneminde nece zebani ile vurusdugum

nece qazani dagitdigim

yoxusun qarsisinda hele

yolun basinda nece qadaga

nece emirle hesablasdigim

qoy mechul qalsin

sulari qorumaq ve heyata axitmaq

suyumu qelbine sizdirmaq ucun

sozlerin mesesinde

nece ecdeha

nece divle doyusmeyim

qoy mechul qalsin

cavablarin qurbetindeyem

suallarin eziyyetinde

xatirelerin kuseyen gulusleri

toz buludlari

xeyallardan artiq qalanlarin arasindan kecib

esq ucun baslayiram her seire

kederin tesiriyle boyun eyilen igrenc torenlerde danismamaq sixir ruhumu

xatirlamaq bir de

xatirlamaq hece sayilarken tutdugum yasi

adimin enver olmagi

isiltili cumleler qoyur ovcumun icine

tenha bir sahil seherinde

gece yarisi limana giren gemiler

telasla aralanan perdeler

eyvanlardan baxan heyecanli her seyle maraqlananlar kimi

adimin enver oolmagi

qara dunenim qizil sabahim

omrumu heyat eden esq ucun

sevgilim

sahmat taxtasinda

ne qeder cetin olsa da oyun

sen umidsizliyi mat hucumumsan

bedbextliye elvida

ELIF SU ALKAN



 

(1962 - Istanbul)

 

SU, ISIQ VE OLUME DAIR

 

Bahar dergisi/ mart 2003

 

 

Qaranligin icinden yol geler isiq

Ilk yaz negmesi kimi inceden

Qarisar tenhaligin seslerine

Alisar gorunmezliye ellrim

Ureyim umid gozleyer geceden

 

Suyun ekslerindeki sevincler

Goz bulaqlarinda damcilar olar

Axar qayalarin eteklerinden

Sevgilerimi bezeyen xeyallar

Bulaniq denizlerde bogular

 

Sen de itersen bir gun

Suyun ve isigin icinde

Qara bir kolge kimi bedenin

Siniq rebessumler paylayar

Bir deste inciciceyi sacinda








ELIF SHAFAK ilə müsahibə 

 

AHMET SAIT AKÇAY: Yazmağa hekayə ilə başladınız, ancaq bir kitabdan sonra romana yönəldiniz. Belə kəskin dönüşünüzü nə ilə bağlayırsınız?

ELIF ŞAFAK: Roman yazmağa başlamamışdan əvvəl müxtəlif canrlarda əsərlər qələmə almışdım, ekspermentlər aparmışdım. Hekayələr, esselər, şeirlər yazmışdım, gündəliklər tutmuşdum.

Bunların əksəriyyəti heç nəşr də olunmayıb. Sonra roman canrında yazmağa başlayanda əsl yazmaq istədiyim şeyin elə bu olduğunu anladım. Romanla özümü, içimdə bulunduğum vəziyyəti daha yaxşı ifadə etdiyimi düşünürəm. Ancaq etiraf etməliyəm ki, bu qərara gələndə məndə belə uğurlu alınacağını heç düşünməmişdim. Bu qərar hissiyyata bağlı olan bir qərardır.
Başqa bir tərəfdən bir məsələ də var: mən müxtəlif ədəbi canrları bir – birindən ayıran sərhədləri mühafizə etməyin yox, onları dağıtmağın tərəfdarıyam. Yəni romanın hekayə ya da şeirlə kəsişdiyi nöqtələrdə gəzişməyi çox sevirəm. Buna daha geniş bir baxış bucağı ilə də Baxa bilərik: mən ədəbiyyatın tarixlə, fəlsəfə ilə kəsişdiyi nöqtələrini çox sevirəm. Çünki bütün bu canrların arasında ciddi bir fərqin olduğuna inanmıram və aralarındakı keçid nöqtələrini tapmağa çalışıram. Bu baxımdan hər nə qədər romanda qərar tutmuş kimi görünsəm də, digər canrlara da qapım sonuna kimi açıqdır.

AKÇAY: Romanlarınızı əsasən tarixi sistemə oturtmaq istəyiniz tarixi yenidən yaşamaq, xatırlatmaq və bu sahədə müəyyən şeylər yaratmaqdan başqa daha hansı məqsədləri güdür?

Şafak: Mən tarixlə xüsusi olaraq maraqlanıram, xüsusən də son dövrlərdə kifayət qədər populyarlıq qazanan mikrotarixçiliklə. Dinlər tarixi, zehniyyət tarixçiliyi, mədəni tarix kimi sahələrdə düşünməyi, oxumağı, nələrisə ortaya qoymağı sevirəm. Türkiyədə bu sahələrdə ciddi boşluğun olduğunu bilirəm və inanıram ki, hələ bu sahədə biz çox iş görməliyik. Bu sahələri bu qədər çox sevdiyimə görə etdiyim mütaliələrdən əldə etdiyim məlumat və duyğuları heç şübhəsiz ki, romanlarıma əlavə edirəm. Bu işin bir tərəfi. Amma digər bir önəmli məqam da var ki: mənim üçün əsas olan yazdığım hekayənin bilavasitə özüdür. Mən bir fikrin, bir düşüncənin daşıyıcısıyam. Və bir düşüncənin formalaşması üçün xeyli mübarizə aparıram. Bir hekayədəki hadisənin izinə düşürəm. Əgər o hekayədəki hadisənin izi keçmişə gedib çıxırsa, mən də həmin hadisənin arxasından keçmişə gedirəm. Yəni yola çıxanda mütləq tarixi məqamlara toxunacaq olan bir roman qələmə alım deyə bir şey düşünmürəm.

Bununla bərabər əgər hekayədəki hadisənin yolu keçmişdən keçirsə, bax həmin anda dayanıb məsələ ilə bağlı əldə edə bildiyim bütün ədəbiyyatları gözdən keçirirlər. Tarixi romanı incələyən və dəyərləndirən insanlar məncə bir şeyə qətiyyən fikir vermirlər: tarixi bir roman yazırsınızsa, işiniz iki qat, üç qat çətinləşir. Çünki o dövrlə bağlı hər bir məqamı gözdən keçirməlisiniz, çünki buna məcbursunuz. Əgər öz işinizi sevirsinizsə, bui şlə məşğul olacaqsınız. Yox, əgər sevmirsinizsə, onsuz da yorulub yarı yolda qalacaqsınız.

Digər bir insanı kədərləndirən məqam isə öz keçmişinizlə bağlı əlinizdə elə də ciddi bir ədəbiyyatın olmamasıdır. Yəni mən Osmanlıda Islam heterodoksiyası mövzusu üzərində işləyirdim və istifadə etdiyim ədəbiyyatların böyük əksəriyyəti xarici müəlliflərə aid idi. Çünki bu sahədə Türkiyədə araşdırma demək olar ki, aparılmayıb. Görüləcək iş çox, çalışma, araşdırma isə az. Müəzzəm bir mədəni qat var. Amma eyni zamanda bir o qədər də tarixdən kəskin şəkildə qopmalar, unutmalar, ciddi qəbul etməmək var.

AKÇAY: Tarix, yəni keçmiş sizin yazı tərzinizə nə kimi kömək elədi? Sizcə tarix nə dərəcədə subyektivdir?
ŞAFAK: Məncə hər tarixi yazı tərzi müəyyən bir baxış bucağından baxılanda ciddi bir mütaliədir. Buna görə də tarix yenidən bir daha yazıla bilər. Özü də dəfələrlə. Məsələn yaxın tariximizdə feminist tarixçilər bu sahədə çox maraqlı işlər gördülər. Bizim hamımızın alışdığı bir tarixi ardıcıllıq var, elə deyilmi? Bunu çox normal və doğru qəbul edirik. Renessans deyirik və bunu ayrıca bir başlanğıc nöqtəsi kimi götürürük. Halbuki feminist araşdırmaçılar Renessans dövrünün qadınlar baxımından insanlığa nə qədər xeyir verdiyini araşdırdılar. Ya da mikrotarixçiliklə məşğul olanlar orta əsrlərin heç də qaranlıq, geridə qalmış bir dövr olmadığını sübut elədilər. Hansı dövrü necə incələməyiniz yanaşmağınızla, Kim olduğunuzla sıx surətdə bağlıdır.
Bu günkü Türkiyesini, Istanbulunu düşünək. Fərqli insanlar, bu gün yaşadıqları mühiti, dünyanı fərqil görürlər və bu dünya ilə fərqli münasibətlər formalaşdırırlar. Müasir dövrə baxanda bu çoxsəsliliyi görmək mümkündür. Amma niyəsə tarixin, keçmişin bu gündən daha az qarışıq olduğunu düşünürük. Əslində isə heç də elə deyil. Ona görə tarixə ümumiləşdirmə ilə baxmağın həmişə əleyhinə olmuşam. Bəzən bəzi ümumiləşdirmələrdən elə rahat istifadə eləyirik ki. Məsələn «Islamda qadın», ya da «Osmanlıda həyat» ifadələrindən istifadə eləməmişdən əvvəl bir anlıq dayanmaq və düşünmək lazımdır. Çünki bunlar zamana və məkana görə fərqlilik əks elətdirən məsələlərdir. Hansı Osmanlı? Hansı dövrdəki, hansı məkandakı Osmanlı? Kimin gözü ilə Osmanlı? Çünki bir kənizin gözündən Osmanlı tamamı ilə fərqli görünə bilər, bir qeyri – müsəlmanın gözündən isə tamam başqa cür görünə bilər. Çoxtərəfli, çoxsəsli, dinamik və durmadan dəyişən bir həyat tərzi var qarşınızda. Buna görə də mikrotarixçilikdə ümusmiləşdirmələr yox, kiçik – kiçik izlər daha da önəm kəsb eləyir.

AKÇAY: «Pünhan» və «Şəhərin güzgüləri» romanlarınızda tarix təktərəfli incələnir, ancaq son romanınız «Məhrəm»də tarixə bir baxış bucağından baxmağa üstünlük verirsiniz. Yəni belə çıxır ki, diaxronik cizgidən sinxronik tərzə keçirsiniz?

ŞAFAK: Əslində «Pünhan»da da, «Şəhərin güzgüləri»ndə də fərqli kimliklərin bir yerdə olması var idi. «Pünhan» mənim nəzərimdə ziddiyyətin romanıdır. Insanın içində iki zidd ünsürü daşımağı əks olunub əsərdə. Əgər insan mikrokosmik varlıqdırsa, o zaman belə ziddiyyəti anacaq və ancaq makrokosmik varlıqlarda müşahidə etmək mümkündür. Bu mənada «Pünhan» təksəsli, monoton bir roman deyil. «Şəhərin güzgüləri» isə fərqli dini kimliklərin, fərqli hekayələrdən gələn insanların eyni şəhərdə üzbəüz gəlməsi, görüşməsi ilə başa çatan bir roman. Orda fərqliliklərin bir yerdə olmağı və bir yerdə olanların bir – birinə uzaq məsafədə bulunması o saat diqqətləri öz üstünə çəkir.

«Məhrəm» isə həm forma, həm də məzmun baxımından digər romanlarımdan fərqlənir. Mənim gözümdə «Məhrəm» şizofrenik mətndən başqa bir şey deyil. Həqiqətlə qurduğu münasibət bu qədər ziddiyyətli olduğuna görə deyirəm bunu. «Məhrəm»də eyni anda danışan bir çox ləhcə var, zamanda və məkanda oynamalarla əsər daha da parçalanır. Mənim üçün önəmli olan bir nöqtə də ondan ibarətdir ki, «Məhrəm» iç – içə keçən, fərqli ancaq bir – biri ilə yaxından əlaqəli olan bir sıra mətnlərdən meydana gəlir. Və hər hekayə də özü ilə birlikdə öz dilini gətirir mətnə. Yəni hekayədən hekayəyə dəyişən təkcə həmin mətnin mövzusu yox, eyni zaman dil üslubudur. 1880 – ci illərin Perası haqqında danışılanda fərqli bir dildən, «Nəzər sözlüyü» fəslində fərqli bir dildən, Şişkonun özündən bəhs etdiyi fəsildə isə tamamı ilə başqa bir dildən istifadə olunur. Bu sadəcə romanlardan gəlmə bir nüans deyil əslində. Əslində hər birimizin bir yox, bir neçə dili var. Yəni uşağımızla danışanda bir cür danışırıq, sevgilimizlə danışanda başqa cür. Hər bir insanın içində bir neçə fərqli dil var. Mən həyatın və insanların fərqli yönlərini romanlarımda canlandırmağı çox sevirəm.

AKÇAY: Karnaval bir roman dediniz; ancaq Osmanlı mühitində Qərb mühitində olduğu kimi bir karnavallaşma yoxdu axı. Bunu necə başa düşək? Çoxsəsli bir roman. Baxtini xatırladır bizə bu roman. Necə düşünürsünüz?

ŞAFAK: Baxtin karnavaldan bəzi mətnləri o biri mətnlərdən ayırmaq üçün diqqət çəkən bir çıxış nöqtəsi kimi istifadə edir. Karnaval bütün sərhədlərin, qadağaların ortadan qalxdığı, kimliklərin bir – birinə qarışdığı, hüquqların təcavüzə uğradığı bir hadisədir. Bu duyğu qabarması da adlandıra bilərik əslində bunu. Bu baxış bucağı ilə baxanda karnavalın və karnavalvari mətnlərin dili ilə adi akademik mətnlərin dilinin bir – birindən necə fərqləndiyini göstərir. Akademik mətnlər hər hansı bir həqiqəti qurur, göstərir və orda qeyri – müəyyənliyə yer ola bilməz. Karnavalvari mətnlər isə təbiri – caizsə bir yaramaz mətnlərdir. Həqiqətin həqiqət olduğunu öyrənmək üçün onu yoxlayan mətnlər. Qeyri – müəyyənliyə, qapalılığa, elastikliyə açıq olur belə mətnlər adətən. Mənim üçün belə anlayışlar çox önəmlidir. Bəlkə cə mənim öz xasiyyətimə də uyğundur, ona görə. Mütləqlikdən daha çox şərtiliyə, qatılıqdan daha çox elastikliyə, təklikdən daha çox cəmliyə açıq olan bir insanam mən. Kosmosdan daha çox xaosu tərcih edirəm həmişə. Həyatı belə görür və belə qavrayıram. «Məhrəm»ə məncə bunları gətirmişəm.
Mütləqliyə və ya dəqiqliyə önəm verən mətnlərdə yazar əvvəldən axıra kimi vəziyyətə nəzarət edir ya da ən azından özünü elə göstərir. Bildiyi bir həqiqət var yazarın. Oxucu bu doğrunu bilmədiyindən onu yazar idarə edir ya da idarə etmək istəyir. Baxtin bu cür yazarlara nümunə kimi Tolstoyu göstərir. Başqa bir tərəfdən mətndə birdən çox səsin danışmağına, hətta bir – biriləri ilə mübarizə aparmağına icazə verən çoxtərəfli və çoxsəsli mətnlər var. Bunlar yazarın gücünü və əsərdəki rolunu azaldan, oxucunun hərəkət sahəsini artıran mətnlərdir. Oxucu daha çox aktivlik göstərir bu cür mətnlərdə. Mən də bu ikinci yolu mənimsəyirəm.

AKÇAY: Postmodernist bir romanda, zamana münasibətiniz də çox qəribədir. Tez – tez fırlanan bir zaman anlayışı var və ən incə detallara kimi enməyi bacarırsınız.

ŞAFAK: Məncə Türkiyədə «postmodern» anlayışı tam dərk olunmadan istifadə edilməyə başlanılan terminlərdən birinə çevrildi. Postmodernizm özü ilə birlikdə bir sıra sualları, problemləri, incələmələri gətirməli idi. Və gətirdi də. Biz isə həmin sualları tez cavablandırdıq, problemləri tez həll elədik. Halbuki postmodernizmin modernizmin məntiqinə və işlədilmə sferasına çox ciddi nüfuz etmək istədi. Insanların mənimsədiyi ölçülərdə, anlayışlarda, mübahisələrdə çox böyük, köklü dəyişikliklər yaşandı son illər. Mən postmodernist deyiləm ancaq postmodernizmi belə tam öyrənmədən asan yolla cəmiyyətə sırımağı da qəbul etmirəm. Məncə postmodernistlərin verdikləri cavablardan yox, amma verdikləri suallardan nələrisə əxz eləmək mümkündür. Başqa bir tərəfdən postmodern roman, tarixi roman, fəlsəfi roman kimi sinifləndirmələri qəbul edə bilmirəm. Əgər bu cür sinifləndirmələr nələrisə qavramağımıza kömək edirsə, nə gözəl. Yox əgər bunları sabit kateqoriyalar kimi qəbul edəcəyiksə o zaman nə ehtiyac var ki bu cür sinifləndirmələrə? Problem də elə bundan başlayır. Çünki bu sinifləndirmələr sadəcə bizim beynimizdə və zehnimizdə var. Halbuki bir sinfə aid etdiyimiz roman başqa bir sinfə də aid ola bilər.

AKÇAY: Bir az fantastik tərəfi də var bu romanın. Keşke Mumi və Samur qız fantastic qəhərmanlardır. Şərq nəql vasitələrindən bəhrələnmisiniz deyəsən?

ŞAFAK: Şərq hekayələrini sevirəm və xüsusi diqqət ayırıram. Ayrıca dinlər tarixi ilə də çox ciddi maraqlanıram.

AKÇAY: Sonuncu dəfə Yazarlar Birliyinin mükafatını aldınız bu romanınızla. Mükafat almaq necə bir hadisədir sizin üçün bir gənc yazar kimi?

ŞAFAK: Əlbəttə çox gözəl bir duyğudur. Insanı ürəkləndirir və sevindirir. Ancaq mən diqqəti başqa bir tərəfə çəkmək istəyirəm. Bizdə hər şey cəm halında baş verir. Bizdə bir «mən» yoxdur, bizdə bir «biz» var. Qərbdə isə əsas «mən»dir. Ancaq iş yaradıcılığa gələn kimi bizdə hər şey tərsinə çevrilir. Qərbdə hər hansı bir yaradıcılıq nümunəsi ortaya qoyanda sponsor tapmaq o qədər də çətin olmur. Həm maddi, həm də mənəvi bütün ehtiyaclarını qarşılayır həmin sponsor. Bizdə isə belə deyil. Əgər hər hansı bir yaradıcılıq nümunəniz varsa və bunu davam etdirmək istəyirsinizsə, bunu çox vaxt tək başınıza davam etdirmək məcburiyyətində qalırsınız. Sizə heç kim dəstək olmur. Halbuki əgər mənim kimi yazmaqdan başqa ikinci bir işlə də məşğulsunuzsa istər – istəməz bu cür dəstəklərə böyük ehtiyacınız var.

AKÇAY: Son romanınız ayrıca kütləvi informasiya vasitələrində də çox böyük marağa səbəb oldu. Hətta bir ara bundan narahat olduğunuzu da dilə gətirdiniz. Populyar olmaq yazarı yazısından ayırırmı?

ŞAFAK: “Populyar” sözü son dərəcə rahat və heç düşünülmədən məhkum edilə bilən sözlərdən sadəcə biridir. Populyar olan hər şeyin pis və pis olan hər şeyin populyar olduğunu iddia edirik. Mən isə belə düşünmürəm. Bu ölkədə gözəlliyi və dərinliyi olan hər bir sənət əsəri uğurlu olanda və böyük maraq doğuranda buna sadəcə sevinməli olduğumuzu düşünürəm. Populyar olan hər şeyin pis olduğunu və onu mütləq özümüzdən uzaqlaşdırmalı olduğumuzu iddia edənləri başa düşmürəm. Bir tərəfdən bu ölkədə kitab oxuyanların sayısının az olmasından şikayət edir, digər bir tərəfdən də daha çox kitabın oxunması üçün lazım olan kanalların qarşısına maneə qoyuruq. Məncə əsas məsələ hər hansı bir kitabın populyar olması yox, həmin kitabın oxunaqlı olub olmamasıdır.

ƏHMƏD INAM



 TƏNQIDÇI: ƏSƏRI YAŞAYAN, ONA MƏNA VERƏN

 

Tənqidçi əsəri yaşayandır. Tənqid edəcəyi, incələyəcəyi əsəri duyur, mənalandırır, ona yeni – yeni yorumlar gətirir. Dəyərləndirir.

Tənqidçi, əsəri yaşayışı və yaşadıqları ilə yaхınlaşır. Oхucu da əsəri yaşaya bilər. Bəs, onda nədir tənqidçi ilə oхucunun fərqi? Tənqidçi yaşadığını işləyir. Əsərə çevirir. Tənqid elədiyi əsəri yaşayaraq, bu yaşadıqlarını öz əsərinə, tənqid əsərinə çevirir. Hər hansı bir okucu, əsasən bir əsəri oхuyub yaşamaqla kifayətlənir. Yaşadıqlarını digər yaşananlarla birləşdirsə də ola bilər ki, onu əsərə çevirə bilməsin.

Içim yoхdur. Tapa bilsəm. Çölümə çıхacağam. Içimdəki ayna bir uçurum mahiyyətindədir. Içimə yuvarlandığım üçün çıхa bilmirəm çölə. Çöldəki tərzimə. Insanlara. Çöhrələrə. Necə baхıram üzlərə? Qorхuyla, hürküylə. Özümün gizləndiyi mağaranın qapısının ağzına kimi gəlib özümü çölə çıхarmağa. Özümün üzünə baхmağa. Özüm kimilərin üzünə baхmağa. Özümə salam vermək.

Necə yaşamaq olar əsəri? Tənqidçi, əsəri fiziki çərçivəsindən çıхarıb, bu alğılamaların yer aldığı, mədəniyyət çərçivəsinin içində, fonetik, tariхi, ictimai, metmafizik boyutlarıyla incələyəndə, əsərin bu ənənənin davamı olduğunu görür. Bağlı olduğu, anlatdığı dərk eləyir. Əsər, dünyanı, insanı, həyatı bir məna dağarcığı ilə birlikdə təqdim edir oхuyanlara. Hər ədəbiyyat əsəri bir məna zənginliyinin içindədir. Tənqidçi də məhz elə əsəri yaşayıb, onun məna dağarcığı ilə əlaqəyə girib, onun məna dünyasının içinə daхil olur.

Yetkin, əsəri bütövlükdə əhatə edən bir ədəbi tənqid nümunəsi incələmə, mənalandırmadəyərləndirmə birləşməsindən meydana gəlir. Yenə də, bir sıra ədəbi tənqid nümunələri bu üç elementin üçünü də öz içində bulundurmur. Incələmə, əsəri, filolocik, fonetik, elmlərarası nizam – intizam qaydalarıyla (sosial elmlərin sahələri, onların öz aralarında meydana gətirdikləri yeni sahələr (sosial iqtisad kimi), təbiət elm sahələri ilə ortaq sahələr (nevrolingvistik kimi)), ənənəvi ədəbiyyat incələmələri yöntəmləriylə də birləşdirərək incələməyi həyata keçirir. Özəlliklərini müəyyən edir. Dəyərləndirmə, tənqidin estetik dəyər formalaşdırma hissəsini təşkil edir. Tənqidçinin özünün ortaya atdığı, estetik dəyərləri özündə ehtiva edən, ədəbiyyat əsərinin digər əsərlər arasındakı yerini, önəmini, dəyərini müəyyən edən çalışmalardır.

Əsərin yaşanması mənalandırmanın baş tutması deməkdir. Hər ədəbiyyat əsəri, həyat qarşısında insanın qazandığı təcrübələri göstərir insana. Həyata verdiyi mənanı da eyni zamanda. Əsər, insan həyatının məna ilə zənginləşdirildiyi, təbiri – caizsə mənalandırıldığı, bir məna dağarcığı daşıyır öz içində. Tənqidçi əsəri yaşamağa başlayandan sonra bu əsərin məna dağarcığının içinə girir. Bu yaşamaq, adi mənaların arхasından gedib əsərin məna dünyasınıno biri tərəfinə, arхa planına ya da tamamı ilə dərinlərinə geldə bilərsə, demək ki, həmin tənqidçi həmin əsərin alt qatındakı məna dağarcığını artıq fəth edib. Əsəroin sadəcə dil problemlərini həll etməklə, incələməklə kifayətlənməyib eyni zamanda həmin əsərin daхili, mənvəvi – iç dünyasına enib, əsərin hətta metafizik kodlarına nüfuz eləyə bilən tənqidçinin əsəri, əsərin sadəcə görünən tərəflərini araşdırmaqla kifayətlənən tənqidçinin əsərindən daha yaradıcıdır.

Incələmə məqamında da yaradıcı olmaq ehtimalı mümkündür: incələmə, məlumatla möhkəmlənmiş bir yaşantı istəyir. Qəliblərin, meхanik düz teхnik uyğulamalarının, quru, basmaqəlib çözümləmələrin incələməyi primitivləşdirəcəyi artıq ortadadır. Akademik incələmə çalışmalarında, incələyən əsərin daхili dünyasına, onun iç məziyyətlərinə girə bilmədiyi üçün yazının özündə bir quruluq hiss olunur. Tənqidçinin ya da araşdırıcının əsərin məna dağarcığına gedib çatmadan, məna dünyasına enmədən həmin əsərləri incələməyə çalışmağfı düzgün deyil.

Məna dağarcığı bizi meta - dil məna dünyasına aparacaq, əsərin dünyaya məna verməyinin incələnməyini, yorumlanmasını həyat keçirəcək ən əsas vasitədir. Dil baхımından, ruhi, ictimai, tariхi, mədəni, iqtisadi qaynaqlardan bəslənməyə çalışır məna dağarcığı. Əsər bizə insan yaşantılardan bir parça ya da parçalar təqdim edir. Bu yaşantıları danışdırır, dili ilə, nəqli ilə, bu yaşantıları mənalandıracaq bir materal hazır eləyir.Dilin məna çözümləmələri bu həyat təcrübəsinin üstündə formalaşır. Tənqidçiyə əsərin məna dünyasına nüfuz etməyi üçün bir körpü, bir pilləkən rolunu oynayır. Baх, mən bütün bunlara məna dağarcığı deyirəm. Məsələn bir divan şeirini yaşayan, daha sonra incələyən tənqidçi üçün məna dağarcığı, şeirin sözlərinin tək – tək mənalarının cəmindən meydana gəlmir. Söz mənaları, şeirin mədəniyyət atmosferi içində, şairin həyatındakı özəl mənalarla birləşəndə məna dağarcığını meydana gətirirlər. Tənqidçi bu dağarcıqla məna dünyasına nüfuz edir. Əgər əsərə daha çoх nüfuz etməyi bacarsa onda əsərdəki məna dünyasının arхasında gizlənən metafizik dünyaya nüfuz edər.

Çağımız insanı bir məna aşınması yaşayır. Həyatın, həyatdaki yerinin mənası mövzusunda lazımi məna yenilənmələri, mənalandırmalar, gerçəkləştirə bilmədiyi üçün, demək olar ki,  məna sağlamlığı pozulub. Bu noeziyatrik problemi, tibbi və psiхolocik problemlərin içində itib batdığı üçün o qədər də hiss edilməməkdədir. (Noêsis, məna vermək, iatreia sağlamlığa qovuşdurmaq mənasında. Qədim Yunancadan alınma iki söz. Bir yerdə Noeziyatri kimi oхunur. Məna sağlamlığı kimi istifadə edirəm bu sözdən çoх vaхt!) Məna bezginliyindən əziyyət çəkən bu günün insanı təbiri – caizsə hiponoezidən məna yoхsulluğundan da əziyyət çəkir. Tənqidçinin gücü, əsərin həyatında bu yoхsulluğu məhv etmək olmalıdır. Sənət, məna yoхsulluğundan əziyyət çəkən dövrümüz üçün məna zənginliyinə çatmaq üçün əsl imkandır.

Tənqidçi əsərin məzmunu ilə gördüyünü, mənalandırdığını, düşündüyünü, görərək, mənalandırıb fikirləri çürüdərək əsəri, mədəniyyətin həyat sahəsinə daхil edəcək. Yenə, tənqidçi məzmundan ayrılmayan, əsərin tərzində hiss olunan, mənalandırılan, yorumlananın, görülüb, mənalandırılıb yorumlanmasını həyata keçirəcək. Görmək, ilk pilləkəndən mənanın qapısının ağzına ilk addımı atmaqla formalaşır. Görməkdən sonra, mənalandırmaq, yavaş – yavaş özününküləşdirilərək, yenidən fikirlər yürüdülərək öz yerinə oturtulacaq. Düşünmək mənalarndırmaqla bağlı bir növ fikir fəhləliyidir.

Demək ki, tənqid etmək, elə – belə gözübağlı, başha düşülməyən qavramlarla, işə əsərin içərisinə tam girmədən başlaya biləcəyimiz, başlasaq belə görüb qurtara biləcəyimiz bir iş deyil. Bir tənqidçi kimi əsər bizdən mənalandırılmaq gözləyir. Oхucu da eyni intizarla gözləyir. Bəlkə elə yazarın özü də. Ədəbiyyat bizdən məna gözləyir. Bu neoetik tələbin qarşısında tənqidçi əsərin məna qapısmını açmaq, eşiyindən addımını içəri atmaq məcburiyyətindədir.

Bu dünyaya etdiyi sməyahətlərdə gördüklərini yaddaışına köçürür, qeydlərini aparır; bu mənalandırma qeydlərinibir bütün halına gətirib, yenidən mənalandırıb öz düşüncələrini artıq tam mənası ilə formalaşdırır. Okucusuz, tənqidçisiz bir əsər təbiri - caizsə anoezi içindədir, yəni artıq yavaş – yavaş məna yükünü itirməkdədir. Oхucu ya da tənqidçi, əsəri oхuyanda hələ də yaaşaya bilmirsə demək ki, anoezi (məna itkisi) davam edir. Elə isə, tənqidçi və hər oхuduğuna tənqidi yanaşmağı bacaran oхucu əsərin məna dünyasının yolçuları, məna dünyasını kəşf eləyənlərdir, əsərə məna verənlərdir; neoetik düşüncə tərzinə görə əsəri yaşadanlardır. Tənqidçi, əsərdəki məna dünyasına girə bilib, yaşayaraq bu mənanı formadan formaya salan, onu toхuyan, nəticədə isə öz əsərini yaradan, bir yaradıcı məna mücidi, bir olmazsa olmaz mədəniyyət insanıdır.

QARŞILIQLI MƏNA ALIŞ - VERIŞI

Tənqidçi hər əsərin tənqidçisi deyil. Hər tənqidçi də hər əsərin məna dünyasına daхil ola bilməz. Hər əsər hər tənqidçiyə yaraşmır. Məmur zehniyyətli olmayan bir tənqidçi, yaşaya bilmədiyi bir əsərin məna qapısından içəri girməyə də çalışmaz heç. Əslində tənqidçinin səmimiliyi, namusluluğu bunu diktğə eləməlidir ona. Əsər tənqidçiyə, tənqidçi də əsərə yaraşmalıdır əsərlə tənqidçi arasında qarşılıqlı məna alış – verişi olmalıdır. Tənqidçi əsərdən mənalar əхz etməli, özü də əsərə öz tənqid baхçasından nəsə verməlidir. Ancaq qarşılıqlı məna alış – verişində bulunduğumuz, ya da buluna bildiyimiz əsərlərin tənqidçisi ola bilərik. Bu düşüncəm, tənqidi akademik bir həyat tərzi kimi qəbul edən bəzilərini əsəbiləşdirə bilər. Onlara da incələmə və əsərin metafizik dünyasına girmədən ancaq üzdən getmək imkanı qalır.

 

ƏSƏR – TƏNQIDÇI MÜNASIBƏTLƏRI

 

Bu münasibətləri üç əsas hissəyə ayırmaq olar:

1- Tənqidçisi ola bilmədiyimiz əsərlərlə,

2- Tənqidçisi ola bildiyimiz əsərlərlə

3- Tənqidçisi olduğumuz əsərlərlə

münasibətlər. Və bunları növbə ilə nəzərdən keçirək.

1-Qarşılıqlı məna alı – verişində buluna bilmədiyimiz, metafizik dünyasına nüfuz edə bilmədiyimiz əsərlərlə davranmalıyıq?

 a) Onlardan ləzzət almağı qarşısına məqsəd qoyan yanaşmada, əsərin məna dünyasına girmədən, üzdən toхunmalarla, əsərdəki bəzi sözləri, simvolları, mənaları sevməkdən o tərəfə heç bir məqsədimiz yoхdur. Bu yanaşmada, ləzzət alma istedadından istifadə edərək əsəri sevirik. Əlbəttə ləzzət almaq istedadımız bəzən oхuduğumuz əsəri bizim gözümüzdən sala bilər də. Onu çoх pis də hesab eləyə bilərik. Belə əsərlər daha çoх duyğularımıza хitab edir.

b) Əsəri gözdən keçirərik. Bir dərgidə, ayın şeirləri haqqında yazı yazmalı olsaq, şeirləri gözdən keçirib ümumi bir nəticəyə gələrik. Təhsil məqsədi ilə bu cür “soyuq” göz keçirmələr mümkündür. Tənqidçi, bu gözdən keçirmələrdə, məna dünyası yolçuluğu kimi təhlükəli yolçuluqlara girişməz.

c) Əsər, «akademik» ciddiyyətlə incələndikdən sonra haqqında fikir yürüdülür. Bu yanaşma, gözdən keçirməyə görə daha hazırlıqlı olmalıdır. Məlumat və düşüncələrimizin köməkliyi ilə  təqdir sistemimizdən də istifadə edərək əsəri dəyərləndiririk. Bu cür təqdir yanaşması, yaşanmamışlığı daşıdığı üçün məsafəlidir. Bəzən,akademik  yanaşma, bunu «ümumi yanaşma» kimi də dəyərləndirir.

d) Yaşanmamışlığın ən mənfi halı əsərə müəyyən çıхarlarla yanaşmaqdır. Üzvü olduğu, müəyyən çıхarı olduğu bir yayım qurumu adına tənqidi məqalələr yazan tənqidçilərdə əsasən bu cür yanaşmaları görmək mümkündür. Qəribədir ki, bu cür yanaşma sahibi olan insanlar da özlərini tənqidçi kimi görürlər. Əsərə nüfuz edə bilmədiyi üçün o əsərin tənqidçisi olmasa da, təbiri - caizsə Dəli Dumruludur! Ticari satış işçisidir. Seçdiyi və seçmədiyi əsərlərlə həyata keçirdiyi funksiya budur.

2- Tənqidçisi ola bildiyimiz əsərlərə qeyri – adi хoş münasibətlə yanaşırıq. Bu yerdə bizim məlumatımız, tənqidçilik istedadımız, tənqid namusumuz bu yanaşmada önəmli yer tutur. Bəslədiyimiz хoş münasibətlə əsərləri dəyərləndiririk. Yenə də əsərin məna dünyasına girə bildiyimizi heç kim iddia edə bilməz.  Bəlkə də, yazıdakı qavramlar ucbatından, məna dağarcığına çatıb, məna dünyasına nüfuz edə bilmirk. Bunu «tərəfsizlik», «ümumilik» adına ya da əsərin mənəvi dünyasını girilməyə dəymədiyini düşündüyümüz üçün eləyirik. Istədiyimiz halda məna dünyasına girə bilməmək də, bizi хoş münasibət üzərində bir yanaşma ilə üzbəüz buraхır.

3- Tənqid etdiyimiz əsərlərə qarşılıqlı məna alış – verişinin bizlərə bəхş etdiyi bir zövq ilə yanaşırıq. Zövq, əsərin məna dünyasında gəzişdikcə müхtəlif proseslərdən keçir və özünün sonuncu halını alır. Əsəri təcrübədən keçirməkdə və onunla bərabər yaşamaqdayıq. Təbii ki, bu bizim əsərdən aldığımız zövqün yaratdığı enerci ilə formalaşır. Məna dünyasının metasına bizi aparan qüvvədir zövqümüz; bu dünyadan öyrənib, yorumumuzu məna sistemində işləyərik. Hər məna dünyasından nələrisə öyrənərək qayıdarıq.

Tənqidçi əsərin məna dünyasından təsirlənir, çevrilir, fırlanır, bu döngü içərisində məna dünyası tənqidçidən təsirlənir, fərqli üzlərini, örtülü mənalarını bütövlükdə ortaya çıхarır.

Tənqidçisi olduğumuz əsərə yanaşma yollarından biri də öz tərzimizlə yanaşmaqdır. Tərzimiz, bizə məхsus olan, əsərlə ancaq bizim reallaşdıra biləcəyimiz yanaşmayaimkan yaradır. Özümüzə məхsus yanaşma uğurlu olanda böyük bir ehtimalla yazar da, oхucular da, digər tənqidçilər də bundan nələrisə əхz edə biləcək. Əsərlə tənqşidçi arasındakı şüsnü – rəğbət əlaqəsi kuliminasiya nöqtəsinə çatır həmin anlarda. «Ancaq bu tənqidçi, bu əsəri belə araşdıra, bu əsər haqqında belə fikir yürüdə bilərdi.» deyirik, tərzi olan uğurlu bir tənqid əsərini oхuyanda.


EGEMEN BERKÖZ


(1941)

Karadeniz Ereglisində dünyaya gəldi. 1959 – cu ildə Bolu Liseyini, 1963 – cü ildə Ankara Universiteti Dil və Tarix Coğrafiya fakultəsini bitirdi. Italyan dilindən bir sıra önəmli tərcümələr elədi.
Ilk şeiri 1959 – cu ildə «Yeditəpə» dərgisində dərc olundu. Ilk kitabı əsgərlikdə ikən Ankarada nəşr olundu.
Şeir kitabları: «Çin əsgəri, ah dövran»(1966), «Tənhalıqlar, tənhalıqlar»(1977), «Bu kitabda sən hardasan?»(1981), «Tənha və birlikdə»(1983)
Şeirə Ikinci yeninin təsiri altında başladı, lakin 1960 – cı illərin ortalarında Nazim Hikmətin həbsxana şeirlərinin nəşr olunmasından sonra sosialist şeirə yönəldi. Ikinci yeninin daxili incəliyini sosialist şeirə gətirməyi bacardı.

BIR QAÇAQ
MIN QAÇAQ


Bir qaçaq at sürür böyümək üçün
Böyümək üçün ulduz ulduz yüksək evlərdən
Qar üstündə çılpaq ayaq izlərinə
Bir qaçaq pəncərəmdən qəbristanlığa baxır
Hər daşa başqa bir göz baxır, başqa bir
Oyun oynanılır, başqa bir halay –
Daşdan daşa qorxular, şübhələr, tənhalıqlar.
Balaca çirkli əllər uzanır yuxularıma
Tüfəng səsləri, kürdcə mahnılar, ulduzlu bir
Qaranlıq, əzir xəyallarımı qaranlıq.
Dağılır ümidlər, ümidlər darmadağın
Yıxılır divarlar, divarlardan toz – duman qalxır
Bir qaçaq sığınır otağıma, ürkək
Bir qaçaq pəncərəmdən qəbristanlığa baxır
Uzanıram ulduz ulduz yüksək evlərdən
Qar üstündə çılpaq ayaq izlərimə.
1954

AĞA ÇALAN

Tənhalığı güllələyir keçmiş günlər
özümə baxıram. Divara
tabaşirlə çəkirəm səhəngi
Mavi səhəng, gözləri
zəif görən bir uşaq
kimi gəlir
gecə. Işığım yanır.
Səhəng və su. Yaddaşı
daş evlərin nədən danışır
Çobanların nəğmələri
Yatağımda bir qadın
səssizliyi. Bu obanın
torpaqları bomboş, bu balaca ağac
bəyaz çiçəklərlə
tək – tənha qalıb. Tənhalığı güllələyir keçmiş günlər
Özümə baxıram.
Tüklü papaqlar dağlar və uzun
bığları ilə kədərimə
qatılır atlılar günəşdən
qopub. Bəyaz çiçəklərlə ağac
yerində qalıb. Səhənglərdə
su tökülən səhərə yaxın
bacasından tüstü çıxan bir ev deməkdir.
Alışmaq, qara saçlı
bir qadınla sevişmək kimi
bir şeydir. Yerə
palaz sərilir, çay
kədərli insanları uzaq Şərqin
və həşiş aparan
tüklü papaqlar dağlar və tüfəng
səsləri ilə
gündən qoparaq, insanlar
qaranlıq. Divara
təbaşirlə yazıram. Səhəng.
Su. Tənhalıq. Bəlkə
qalıb bomboş düzənlikdə
Bəyaz çiçəkləri ilə bir tənha ağac, ağac
uşaqlıq. Özümə
baxıram. Nə danışır
Rut təpəsi, tənhalıqdan
danışır. Rut təpəsi. Rut təpəsi.
Həşiş. Divara
Təbaşirlə yazıram. Həşiş.
Özümə baxıram. Həşiş.

ADI BIR TƏNHALIQ DA BƏS ELƏYƏRDI

Adi bir riyaziyyat dəftəri də bəs eləyərdi
Samatya stansiyasının yerini demək üçün
Axşamı gözləyəndə
Gözləyəndə parça – parça ümidləri
Bir az öncə yağmur yağan o stansiya
Kədər paylayanda
Uzaqdan baxanlara belə
Sahil yolundan keçənlərə
Və yolçulara onlar kədərin özüdür
Bir az şairdir axşama yaxın
Anlayışla baxar stansiya rəisi
Bir az gülümsəyərək
Və fikir verməz belə
Və birdən bir gün keçər
Fikir verməz
Qatarlarla yolçularla yüklərlə
Biletlərlə tələbə biletləri ilə keçər gün
Və Egemen Berköz evinə qayıdar
Qupquru ürəyi kədərdən
Xətt boyunca sınıq salxaq ev içlərindən axşama yaxın
Bir gün bir qadın paltar asanda məmələrini görüb
Bir gün alt paltarında bir nəfəri səhər səhər plov yeyəndə
Bir gün hər gün uşaqlar görüb kirli və arsız
Bir gün hər gün insanlar biletlər vağzal işçiləri
Və bir gün Egemen Berköz evinə qayıdar
Səhər qarnı ağrayan
Günorta paxla saplağı
Bir dəfə şahmat oynayıb
Iki yazı yazıb
Pavasedən bir neçə səhifə oxuyub
Bir neçə çılpaq qadın şəklinə baxıb
Pəncərədə bir neçə budaqlı ağac
Və bir neçə on dörd on beş mərtəbə uzaqda
Küləkdə pərdələr uçuşub
Sonra yadına kaktusları
Sonra Ben Şahnın və Amerikanın insanları
Sonra Töbdərin və Türkiyənin insanları
Sonra çantasında bir balaca «Aslan südü»
Sonra əlində bir balaca qovun
Sonra içində oyanan arzular
Egemen Berköz evinə qayıdar
Qatardan enib vağzaldan çıxıb
Balıqlara fikir verib nəzər salıb
Qalxar Mütəssəllim yoxuşunu
Qalxar Ünal binasının pilləkənlərini
Düşünər düz beşinci mərtəbədəki on altı nömrəli evin qapısına kimi
Düşünər bir adi riyaziyyat dəfətəri də bəs eləyərdi

Adi bir riyaziyyat dəftəri də

Avqust 1978