Sunday, January 30, 2011


EGEMEN BERKÖZ


(1941)

Karadeniz Ereglisində dünyaya gəldi. 1959 – cu ildə Bolu Liseyini, 1963 – cü ildə Ankara Universiteti Dil və Tarix Coğrafiya fakultəsini bitirdi. Italyan dilindən bir sıra önəmli tərcümələr elədi.
Ilk şeiri 1959 – cu ildə «Yeditəpə» dərgisində dərc olundu. Ilk kitabı əsgərlikdə ikən Ankarada nəşr olundu.
Şeir kitabları: «Çin əsgəri, ah dövran»(1966), «Tənhalıqlar, tənhalıqlar»(1977), «Bu kitabda sən hardasan?»(1981), «Tənha və birlikdə»(1983)
Şeirə Ikinci yeninin təsiri altında başladı, lakin 1960 – cı illərin ortalarında Nazim Hikmətin həbsxana şeirlərinin nəşr olunmasından sonra sosialist şeirə yönəldi. Ikinci yeninin daxili incəliyini sosialist şeirə gətirməyi bacardı.

BIR QAÇAQ
MIN QAÇAQ


Bir qaçaq at sürür böyümək üçün
Böyümək üçün ulduz ulduz yüksək evlərdən
Qar üstündə çılpaq ayaq izlərinə
Bir qaçaq pəncərəmdən qəbristanlığa baxır
Hər daşa başqa bir göz baxır, başqa bir
Oyun oynanılır, başqa bir halay –
Daşdan daşa qorxular, şübhələr, tənhalıqlar.
Balaca çirkli əllər uzanır yuxularıma
Tüfəng səsləri, kürdcə mahnılar, ulduzlu bir
Qaranlıq, əzir xəyallarımı qaranlıq.
Dağılır ümidlər, ümidlər darmadağın
Yıxılır divarlar, divarlardan toz – duman qalxır
Bir qaçaq sığınır otağıma, ürkək
Bir qaçaq pəncərəmdən qəbristanlığa baxır
Uzanıram ulduz ulduz yüksək evlərdən
Qar üstündə çılpaq ayaq izlərimə.
1954

AĞA ÇALAN

Tənhalığı güllələyir keçmiş günlər
özümə baxıram. Divara
tabaşirlə çəkirəm səhəngi
Mavi səhəng, gözləri
zəif görən bir uşaq
kimi gəlir
gecə. Işığım yanır.
Səhəng və su. Yaddaşı
daş evlərin nədən danışır
Çobanların nəğmələri
Yatağımda bir qadın
səssizliyi. Bu obanın
torpaqları bomboş, bu balaca ağac
bəyaz çiçəklərlə
tək – tənha qalıb. Tənhalığı güllələyir keçmiş günlər
Özümə baxıram.
Tüklü papaqlar dağlar və uzun
bığları ilə kədərimə
qatılır atlılar günəşdən
qopub. Bəyaz çiçəklərlə ağac
yerində qalıb. Səhənglərdə
su tökülən səhərə yaxın
bacasından tüstü çıxan bir ev deməkdir.
Alışmaq, qara saçlı
bir qadınla sevişmək kimi
bir şeydir. Yerə
palaz sərilir, çay
kədərli insanları uzaq Şərqin
və həşiş aparan
tüklü papaqlar dağlar və tüfəng
səsləri ilə
gündən qoparaq, insanlar
qaranlıq. Divara
təbaşirlə yazıram. Səhəng.
Su. Tənhalıq. Bəlkə
qalıb bomboş düzənlikdə
Bəyaz çiçəkləri ilə bir tənha ağac, ağac
uşaqlıq. Özümə
baxıram. Nə danışır
Rut təpəsi, tənhalıqdan
danışır. Rut təpəsi. Rut təpəsi.
Həşiş. Divara
Təbaşirlə yazıram. Həşiş.
Özümə baxıram. Həşiş.

ADI BIR TƏNHALIQ DA BƏS ELƏYƏRDI

Adi bir riyaziyyat dəftəri də bəs eləyərdi
Samatya stansiyasının yerini demək üçün
Axşamı gözləyəndə
Gözləyəndə parça – parça ümidləri
Bir az öncə yağmur yağan o stansiya
Kədər paylayanda
Uzaqdan baxanlara belə
Sahil yolundan keçənlərə
Və yolçulara onlar kədərin özüdür
Bir az şairdir axşama yaxın
Anlayışla baxar stansiya rəisi
Bir az gülümsəyərək
Və fikir verməz belə
Və birdən bir gün keçər
Fikir verməz
Qatarlarla yolçularla yüklərlə
Biletlərlə tələbə biletləri ilə keçər gün
Və Egemen Berköz evinə qayıdar
Qupquru ürəyi kədərdən
Xətt boyunca sınıq salxaq ev içlərindən axşama yaxın
Bir gün bir qadın paltar asanda məmələrini görüb
Bir gün alt paltarında bir nəfəri səhər səhər plov yeyəndə
Bir gün hər gün uşaqlar görüb kirli və arsız
Bir gün hər gün insanlar biletlər vağzal işçiləri
Və bir gün Egemen Berköz evinə qayıdar
Səhər qarnı ağrayan
Günorta paxla saplağı
Bir dəfə şahmat oynayıb
Iki yazı yazıb
Pavasedən bir neçə səhifə oxuyub
Bir neçə çılpaq qadın şəklinə baxıb
Pəncərədə bir neçə budaqlı ağac
Və bir neçə on dörd on beş mərtəbə uzaqda
Küləkdə pərdələr uçuşub
Sonra yadına kaktusları
Sonra Ben Şahnın və Amerikanın insanları
Sonra Töbdərin və Türkiyənin insanları
Sonra çantasında bir balaca «Aslan südü»
Sonra əlində bir balaca qovun
Sonra içində oyanan arzular
Egemen Berköz evinə qayıdar
Qatardan enib vağzaldan çıxıb
Balıqlara fikir verib nəzər salıb
Qalxar Mütəssəllim yoxuşunu
Qalxar Ünal binasının pilləkənlərini
Düşünər düz beşinci mərtəbədəki on altı nömrəli evin qapısına kimi
Düşünər bir adi riyaziyyat dəfətəri də bəs eləyərdi

Adi bir riyaziyyat dəftəri də

Avqust 1978

No comments: