1965 – ci ildə İstanbulda doğulub. Atası ərəb, anası isə türkdür. İngilis dili və ədəbiyyatı fakultəsində təhsil alıb. Ilk kitabı “Poetik dadlar” Amerikada nəşr olunub. Kitabın bütün gəlirini UNİCEF - ə bağışlayıb.
BƏLKƏ
Düşün
Sənə olan eşqimdən öldüm
Sən bir ağac əkdin qəbrimin üstündə
O ağac böyüdü
Kölgəsində insanlar oturdu.
Bir gün o ağaci kəsdi bir nəfər
Ondan kağız hazırladılar
Sənə aşiq olacaq başqa qadınlar üçün
Mənim bədənim və ruhumdan bəslənəcək
Gözəl şeirlər yazdın
Həmin ağ kağızlara…
Və mən həmin şeirin
Hər misrasında
Hər qafiyəsində
Nəfəs alacağam
…
Təkcə bunu düşün…
Bəsimdir…
ÜRƏYİN DƏRİNLİKLƏRİNƏ NÜFUZ EDƏNDƏ
ağrı…
acı…
sülh…
və
məlhəm olan gözyaşı…
axar dalğalarla…
təbilin
daram…
duram…ları ilə
uyğunlaşaraq
ritmə
qulaq
verərək…
əks olunarkən
şa – ha – qal – xan
ürək
bar-maq-la-rın
rəq-sin-də…
No comments:
Post a Comment