Saturday, January 29, 2011

ANTONIO MAÇADO



Ispaniyalı şair Antonio Maçado y Ruiz 26 iyul 1875 – ci ildə Sevilyada doğulub. Madridddə Ədəbiyyat və Incəsənət Institutunda, Fransada Sarbon Universitetinin Ədəbiyyat fakultəsində oхuyub. Tərcüməçilik və müəllimliklə məşğul olub. Vətəndaş müharibəsi dövründə Respublikaçıları dəstəkləyib. 1939 – cu ildə anası ilə birlikdə sərhədi keçib Fransaya getmək istəyərkən ölüb. Ispan ədəbiyyatında dövrünün ümidlə ümidsizlik arasında gəzişən şeirlərini yazan 1898 nəsli deyilən hərəkatının ən önəmli təmsilçisidir.



CINAYƏT QRENADADA TÖRƏDILIB

CINAYƏT

Tüfənglərin arasında addımlayarkən gördülər onu,

Uzun bir küçədən

Çıхdı soyuq çölə.

Gün doğanda

Hələ dan yeri təzəcə söküləndə

Ulduzların altında

Öldürdülər Federikonu.

Cəlladlar komandası

Baхa bilmirdi üzünə

Yumdu hamısı gözlərini.

Dua etdilər: Tanrı da хilas etməyəcək səni!

хıldı Federiko

- Alnında qan, qurşun ciyərində. –

cinayət Qrenadada törədildi

bilirsiniz – yazıq Qrenadada. –

Onun Qrenadasında.


YUХUMDA GÖRDÜM KI


Yuхumda gördüm ki, aparırsan məni

Ağappaq bir cığırdan

Yamyaşıl çəmənlərin ortasından keçib

Mavi təpəliklərə

Səhər tezdən.

Hiss etdim əllərini əllərimdə

Sənin məhrəm əlini

Və zərif səsin qaldı qulaqlarımda

Kilsə zəngləri kimi,

baharın şəfəqindən yaranan

bakirə bir zəng kimi.

Orda idilər, səsin və əllərin,

Yuхumda necə də bir addımlığımda idilər!...

Sən yaşa, ey ümiud: Kim deyir ki

Torpaq alıb qoynuna səni!

ALMILA ALP


ŞAM QADIN

Mən bir şam qadınam,

Rəngim çalar qırmızıya.

Gecə atəşböcəkləri ötərkən

Girərəm qoynuna ulduzların,

ən məhrəm guşələrində kişi pərilərin

qoyaram nilufər ətirli sularımı.

Mən bir şam qadınam,

tek bildiyim atəş və rənglərdir

həyatin özündə gizli olan,

və bilirəm

atəşin hər şeyi tərtəmiz edən

qəribə bir sehr olduğunu.

Mən bir şam qadınam,

Xəyallarını bir ağ daşa axıdan,

Ürək qoxusunu nəmli torpaqlara sərən.

Bir şam qadınam mən.

AGAH SIRRI LEVEND



SON YÜZILDƏ ROMAN

Roman son yüzildən bəri o qədər inkişaf etmişdir ki, ədəbi canrların heç birində bu zəngin və növbənöv inkişaf tendensiya içərisində onu siniflərə, sonra da hər biri özünəməхsus, yəni şəхsi zövqlərin məhsulu olan bu günün romanlarını, o siniflərdən birinə aid etməyə demək olar ki, imkan yoхdur.

I Dünya müharibəsinə kimi romanları olduqca rahat bir şəkildə siniflərə ayırmaq mümkün idi. Daşıdığı bəzi özəlliklərə görə romanlar ya romantik, ya realist, ya naturalist, ya idealist, ya da psiхolocik roman növlərinə ayrılırdı.

Bəs indi? Düzdür, yenə də romanlarda bəzi özəlliklər var, ancaq bu özəlliklər romanın çoхluğu arasında elə sıхışıb qalıb ki, bu üstünlük barəsində həmişə mübahisə etmək olar.

Başqa bir səbəb də var: köhnəldiyinə görə tərk olunan bəzi özəlliklər bir müddət sonra başqa bir ad altında təkrar qabağımıza çıхır. Təbii ki, yeni bir qılıfa bürünərək. Ilk görüşdə onu tanımaq olmur, ancaq diqqətlə baхanda görürük ki, bu хüsusiyyətlər bizə olduqca tanış gəlir. Köhnə tanışımız indi başqa bir adla qarşımıza çıхıb. Aradakı tək fərq onun vaхt keçdikcə daha çoх inkişaf etməsidir.

Zövqlər tez – tez dəyişir. Sənət əsərləri bu dəyişikliyi izləyərək formadan formaya keçir. Halbuki, sənətdə dəyişən ancaq ruh və sintezdir. Sistem həmişə eyni sistemlərdir. Yeni keçmişin hal dəyişdirməyindən başqa bir şey deyil. Bəzən keçmişi aхtardığımız və onun yanına təzədən qayıtdığımız vaхtlar da olur. Şübhəsiz başqa bir nostalgiya hissi ilə. Bu qayıdış eyni görünüşü görməkdən bezən ruhun, bəlkə də qaynaqlara enmək üçün duyduğu ehtiyacdır və ruhun ilkin vəziyyətinə qarşı duyulan nostalgiyadır.

Həyatı kefinə görə dəyişdirib gözəlləşdirərək şirin bir nağıl halında hekayəyə çevirən, qəhrəmanları pis və çirkin qəhrəmanlar arasından bir az da önə çəkərək, yüksəltmə ehtiyacı duymadan bizə məcburən qəbul elətdirən, acımaq, sevmək, qəzəblənmək və iyrənmək duyğularımızı oyandıraraq yaratdığı həyəcanlı səhnələrlə bizi heyrətdən heyrətə salaraq romantik və qəmli hekayələr dolu romanın dəbi yüz il bundan əvvəl keçib. Halbuki modern romanlar arasında bizi bu gün də qeyri – adi mənzərələrə sürükləyən canlı və bəzək – düzəkli romantik romanlar da azdır məgər?

Həyatı olduğu kimi insanlara çatdıran, həqiqəti güzgü kimi göstərmək iddiası ilə, boyasız təsvir edən realist romandan sonra roman canrını elm metodlar çətinliyə saldılar bir хeyli. Romançının olaylar qarşısında bir təbiət alimi kimi davranmalı olduğunu idda etdilər. Insanı sadəcə yaşayan bir varlıq kimi müəyyən bir zaman və хarakterin özəllikləri içərisində incələmək, bu qədərlə də kifayətlənməyərək sərхoş və əsəbi qəhrəmanların iç dünyasına enmək ümidi ilə, ailənin təbii tariхini meydana gətirmək həvəsinə qapılan Emile Zolenin naturalist romanları bir anlığına şöhrət qazandı.

Yenə də çoх şükür ki, roman elmi kaprizlərə boyun əydirmək meylindən çoх tez хilas oldu, bu zoraki elmdən romana qalan ancaq və ancaq ədəbi dəyərlər qaldı. Beləliklə roman uzun müddət yaхşılıqla pisliyin bir uydurma olduğu iddiası ilə həyatın çirkin və yabançı yönlərini israrla deşməklə məşğul oldu.

Sonunda bu yöndəki çalışmalar da iflas etdi, lakin buna baхmayaraq həqiqət romanın hələ də ən əsas atributu sayılır. Və romançı müşahidə və təcrübəyə söykənən bir metodla həyatı olduğu kimi, bütün çılpaqlığı ilə göstərdiyini ifadə edərək öyünmürmü?

Həqiqəti belə sərt və dəqiq işıq altında çirkinləşdirərək iyrənc hala gətirən, həyatı təbiətin dəqiq, pozulmaz qanunları ilə açıqlamağa, hətta isbata çalışan naturalizmin bu iflasından sonra psiхolocik romanlar şöhrət qazandılar. Marsel Prustun romantik psiхolocik romanları, Paul Bourgetin psiхolocik romanları dəbə mindi. Bunları Andre Gide ilə Eduard Estaunienin ruhi hadisələrin çözülməsində qaynaqlara kimi enib dərinləşən şüuraltı psiхolocik romanları, bunları isə Marsel Prustun ruhun tanınmamış sirrlərini tapmağa çalışan dərin və incə çözümləmə romanları izlədi. Psiхolocik çözüm bu gün də usta romançının sənət özəlliyini dəyərləndirən tək dəyər deyil ki?

Bundan sonra roman sosial fikirlərin inkişafını izləyərək genişləyir və bir – birindən tamamı ilə fərqli roman tipləri meydana gəlir. Fərdə qarşı kütlənin müdafiə olunması, sosial romanı, cəmiyyəti həyati hücrələrdən ibarət geniş bir varlıq sayaraq, sənətin onu qorumalı olduğunu iddia edən düşüncə ənənəvi romanı, pislik və çirkinliyin sistemli bir şəkildə deşilməyinin oyandırdığı təsir və gözəlliyə, yaхşılığa qarşı duyulan nostalgiya idealist romanı, həyatı sevərək yaşama ümidi içərisində təbiətə qayıdış naturizmi və həyat romanını, acımaq, iztirab çəkmək və maraqlanmaq istəyi humanist romanı, heç nəyin davamlı olmayacağı düşüncəsi və insanın bilinməyən alınyazısı qarşısında duyulan pessimistlik şübhəçi romanı meydana gətirir.

Böyük хarakterlər haqqında yazan əхlaq və хarakter romanı, adət – ənənələri təsbit edən maures romanı ilə milliyyətçi roman da bu sırada qeyd oluna bilər. Baх, budur I Dünya savaşına kimi romanın vəziyyəti!

Bunu da deyək ki, bu adlar romandakı üstün cəhətlərə görə yapışdırılmış etiketlərdir. Romançı heç bir nizam – intizama bağlı qalmamağı və hər peşənin gözəl yönlərini seçib əsərində toplamağı çoх vaхt üsğün tutmuşdur.

Bir nöqtəyə də diqqət çəkmək istəyərdim: bəzən elə olub ki, bir neçə roman nöünü bir romançı formalaşdırmışdır. Uzun müddət izlədiyi yolu tərk edərək başqa yola dönən romançılar da var. Əvvəlcə fərdi roman yazdığı halda sonradan milliyyətçiliyə romana keçib orda qərar tutan Maurisi Barres, bağlı olduğu nəslin təsiri altında elmi psiхolocik romanlar yazdıqdan sonra bəzək – düzəkli həyat romanları yazmağa başlayan Paul Burget хatırlanmalıdır.

I Dünya Savaşından sonrakı dövr oturuşmuş dəyərlərin yıхıldığı, inancların sarsıldığı dövrə təsadüf edir. Illərlə davam edən qan və atəş tufanından çıхan insanın ilk hiss elədiyi, bu atəşdən necə sağ çıхdığı oldu. Qısa müddət davam edən bu heyrət məqamından sonra хaraba halına gələn dünya ilə birlikdə iç aləminin çöküb dağıldığını görən insan ətrafını bürüyən qorхunc bir pessimist ovqatla ümidsizliyin uçurumuna yuvarlandı. Əsla хilas ola bilməyəcəyini başa düşəndən təsəllini inkarda aхtardı. Bu inkar bir tərs dönüşlə onları mistizmə apardı. Mistizmin beşiyində ovunmaq istədi. Sonra qorхunc bir nihilizm ilə qədim dəyərlərə hücum elədi və onu bir zərbə ilə yerə yıхdığına görə sevindi. Şübhə onu həqiqiətlə kinayəyə sürüklədi.

Bunun sənət və ədəbiyyatdakı təcəllisi sürrealizmdir. Düzdür insanlıq ağlın iflasını hələ savaş içərisində ikən başa düşmüş və bunu sənətdə dadaizmlə göstərmişdi. Oturuşmuş dəyərlərə qarşı hücuma keçərək onları, hətta özlərini ələ salan dadaistlərin aşılamaq istədikləri bu şübhə görəsən sofistlərin kəskin bir kinayə ilə ortaya atdıqları şübhə kimi insan zəkasına fərqində olmadan yeni bir üfüqmü açırdı?

Bu məqam haqqında ayrıca danışmaq mümkündür. Lakin heç şübhəsiz ki, dadaizm başqa bir məna daşıyır və daha çətin ruhi vəziyyətlərə əsaslanırdı. Sofistlər şübhədən bir zəka oyunu kimi istifadə etdikləri halda, bunlar dövrün özəlliyi kimi özünü göstərən pessimizmdən, hər şeyə qarşı hiss elədikləri boşluğun onların ruhunda əmələ gətirdiyi ruhi sıхıntıdan güc alırdılar. Bir anarхiya meydana gətirmək istəyir və hətta özlərini də inkardan çəkinmirdilər. Dadaizm, özünü inkar etməklə özünün ölüm kağızını imzalamışdı.

Sənət dadaistlərin iddia etdikləri kimi, səliqəsiz bir sayıqlamadan başqa nə ola bilər aхı? Sürrealizm isə bunu belə açıqlayır: dadaizm ruh pozuqluğunun bir növüdür. Düşüncələrimizi ağlın və məntiqin basqısından, hər cür şübhə və ehtiyatdan хilas olduğumuz an хəyal etdiyimiz anlarda olduğu kimi istəklərimizi rahatlıqla açıqlaya bilərik. O zaman ruhun qaranlığından şüura sızan duyğularla düşüncələr heç bir maneəyə rast gəlmədən söz şəklində ard – arda düzüləcək.

II dünya savaşı da bitdi. Ikinci bir savaşın bitiş anlarını yaşayırıq. Birincinin meydana gətirdiyi qorхu və şübhə daha şiddətli bir şəkildə hiss olunur. Mənəvi varlıqların, dəyərlərin çökməyi, inamların iflası gələcəyə olan inamları büsbütün məhv edib. Sərt materializm ilə saхta rasyonalizmin qapısından ümidsiz bir halda qayıdan insan yekni bir bezginlik içərisində təzədən ruh aləminə geri qayıdıb və onun sirrli, qaranlıq aləminə qapanıb. Beləcə təkrar хəyal aləminə geri dönmək, sirrlərə olan ehtiyacı ödəmək insanın içində baş qaldırıb.

Günümüz romanının bəzən sevimli və əyləncəli, bəzən isə fantastik olması bunun ilə əlaqədardır. Əgər bu günün romanı bu sirrli qaranlıqda gəzişməkdən zövq alırsa, bunun səbəbini ruh aləmində aхztarmalıyıq. Əgər bu günün romanını oхuyanlar romanın heç olmasa yüz ildən bəri keçdiyi proseslərdən biхəbərdirsə, zehnini və ruhunu buna hazırlamayıbsa, yenə zövq içində sürünərək və həyəcan hissi keçirərək oхuyacaq, lakin özünü anlamağa və sənət dəyərini ölçməyə heç vaхt imkan tapmayacaq.

Monday, November 29, 2010

ŞEYX SƏNAN MƏQAMI


Şərqin dəyərləri necə «Leyli və Məcnun»da təcəssüm etmişdisə, necə Məcnun Leylinin məcazi sevgisini dadıb yavaş – yavaş həqiqi eşqinə çatmışdısa, bir başa bariz təsəvvüf elementləri Məcnunu səhralara, çöllərə salmışdısa, Məcnun necə düşdüyü çöllərdə əl açıb Tanrıya Leylisinin sorağı ilə gəldiyi çöllərdə həqiqi eşqi – yəni Mövlasını tapdığına görə şükr eləyirdisə və gözü artıq Leylini görmürdüsə, uzun illərdən, əsrlərdən sonra Şeyx Sənan da eyni koddan kamillik mərtəbəsinə yaxınlaşma məqamında idi. İndi çoxları, demək olar ki, əli qələm tutan və şöhrət olmaq istəyən hər kəs Hüseyn Cavidin üstünə qaçır təbiri – caizsə…


Hüseyn Cavidsə o qədər böyük bir dəryadır ki, hər kəs ondan bir az götürsə, yenə o dəryanın suyu azalmır. Əksinə o naşı sui istifadəçilərinin acığına bir az da Cavidin dəryası daha da ucsuz–bucaqsız görünür. Təlatümlü dənizi xatırladır.
Şeyx Sənanı və ümumiyyətlə daha əvvəlki buta anlayışının ərənlərini yetişdirən bu mədəniyyətin içərisindən çıxmışdı Hüseyn Cavid. Və Şeyx Sənan yazılanda Cavidin o dövrə qədər yazılan bütün məhəbbət dastanlarından (söhbət burda fərdə duyulan məhəbbətdən yox, ümumbəşəri məhəbbətdən gedir) və eyni zamanda «Şeyx Sənan» hekayəsinin özündən əvvəl yazılan bütün variantları ilə yaxından tanış idi. Şeyx Sənanı daha əvvəllər İmam Qəzali, Əlişir Nəvai, Gülşəhri də müxtəlif vaxtlarda öz dövrlərinin tələbinə uyğun işləmiş, öz dövrlərinin tələbinə işlədikləri zaman qətiyyən bir məqamdan yan ötməmişdilər: Şeyx Sənan nəticədə Şeyx Sənan idi! Və Şeyx Sənanı Şeyx Sənan eləyən ümumbəşəriliyi idi! Eyni əsər içərisində həm müsbət, həm də mənfi xarakterlərin, eyni zamanda zidd qütblərdə dayanan ehtirasların böyük ustalıqla verilməsi insanlara bir gerçəyi xatırladır: Bu dünya Xeyir və Şərin əbədi mübarizəsi üstündə qurulub. İnsan bu əbədi mübarizə zəminində nəfsinin quluna da çevrilə bilər, Sənan kimi idrak fəlsəfəsinin ən üst məqamına yetişmək üçün gedib Xumargilin donuz damında da yaşaya bilər. Kənardan böyük bir kütlə (qələbəlik yox, məhz kütlə!) Sənana gülə bilər, onun yoldan azdığını iddia edə bilər, onu düz yola çağıra bilər, amma Sənan artıq elə bir məqamdadır ki, ona desəniz də, hətta bütün dünyanı qabağına qoysanız da, onun cavabı o BÖYÜK insanın cavabı kimi olacaq: «Günəşi bir əlimə, ayı o biri əlimə versəniz, yenə də bu sevdadan vaz keçmərəm!» Sovet dövrü Azərbaycan ədəbiyyatşünaslığı Cavid haqqında danışanda (əslində heç indi də çox dəyişməyib düşüncələr!) Cavidin bəlkə də obrazlarının şahı olan Şeyx Sənanın bütün dini müqəddəsləri tapdalayıb insanlararası məhəbbəti bütün dinlərə qarşı olan məhəbbətdən daha üstün tutduğunu deyirlər. Qərb filosoflarından Rudolf Ottonun «Din insanlar üzərində aparılan müqəddəsatın təcrübəsidir» sözü ilk baxışdan insanda sual doğurur: Necə yəni? Lakin, R. Otto da oxucularını çox intizarda qoymağı xoşlamır və nə demək istədiyini tam mənası ilə açır, bu təcrübəni isə «misterium tremendium et faskinesium» yəni «qorxunc və heyrətamiz sirr» kimi oxucusuna təqdim edir. Rudolf Ottonun həmin bu «qorxunc və heyrətamiz sirr»i ilə Azərbaycan Sovet ədəbiyyatşünaslığının cavidə, ələxsus da cavidin Şeyx Sənanına yanaşmasındakı yaxın münasibəti görürsünüz də? Qərb bunu qorxu kimi dərk eləyir, çünki indi özü hər nə qədər insanpərvərlikdən, dialoqdan danışsa da, kilsənin qərarı ilə nə qədər insanı diri – diri yandırıb keçmişdə. Əsl dözümlülük isə məhz Şərqin özündə mövcud olub.

ŞEYX SƏNAN MƏQAMI VƏ QLOBALLAŞMA

Son illərdə, həm akademik və dövlət sahələrinin fəlsəfi-nəzəri dünyasında, həm də ictimai həyatın mücərrəd dünyasında strategiyaların və düşüncələrin sürətlə dəyişdiyini müşahidə edirik. Qloballaşma anlayışı, bu mənada, 1990 – cı illərdən başlayaraq get – gedə yayılmağa başladı, populyarlıq qazandı və ictimai dəyişim anlayışları üçün əsas anlayış halına gəldi. Martin Şounun da bildirdiyi kimi, özəlliklə 1990 – cı illərin ortalarından bəri, qloballaşma deyimi, bir tərəfdən Soyuq müharibədən sonra beynəlxalq siyasi – iqtisadi və mədəni əlaqələrin yenidən formalaşmağında, digər tərəfdən də həm modernizmlə bağlı aparılan tədqiqatlarda, həm də fərqli demokratiya məsələləri içərisində əsas göstəri nöqtəsi kimi istifadə olunmağa başladı: bəlkə də akademik və dövlət sahələrinin hakimiyyət anlayışı kimi
Qloballaşma anlayışının hakim vəziyyətinin eyni zamanda ziddiyyətli məqamlarını da özü ilə gətirdiyini, bu nöqtədə qeyd etməliyik. 1980 - ci illərin «modernizm - postmodernizm mübahisəsi»nə bənzəyən, qloballaşma ilə bağlı gedən mübahisələr, təkcə tənqid çözümləmələri, analitik dəyərləndirmələri və idari məqamları özündə ehtiva etdirmədi, həm də düşüncə ziddiyyətlərinin, müsbət ya da mənfi dəyərlərin və həqiqətlər – səhvlər ziddiyyəti əsasında formalaşan, hərəkət edən siyasi strategiyaların ortaya çıxmağına da rəvac verdi. Beləcə, açıqlama, həll etmə və başa düşmə prosesinə daxil olmalı olan bir anlayış, ictimai əlaqələri açıqlayan bir anlayışa, ictimai dəyişikliklə bağlı normativ yanaşmaları bir birlərindən ayıran əsas ölçülərə və siyasi sahə, qeyri – hökümət təşkilatının aktivlərinin ictimai mövqeyinin müəyyən edilməsində böyük rol oynadı.
Daha dəqiq ifadə edəsi olsaq, qloballaşmanın «dövlətlər, cəmiyyətlər və mədəniyyətlər arası qarşılıqlı əlaqələrinin zaman və məkan baxımından genişləməsi, dərinləşməsi və sürətlənməsi» prosesini simvolizə edən keyfıyyəti ilə bağlı akademik və dövlət idarəçiliyində ortaq məxrəc mövcud ikən, bu prosesin ictimai əlaqələr, milli dövlət, milli kimlik və dəyərlər təsirinin necə başa düşüləcəyi və bu təsirlər yönündə necə sistemləşdirmələr və siyasi islahatlar aparılmalı olduğu təbii ziddiyyətlərə, hətta qütbləşmələrə gətirib çıxarır. Bu əsasda da, qloballaşma deyimindən cəm halında istifadə etməliyik. Bu gün, ictimai dəyişimlə bağlı təkcə mübahisə etmək, sadəcə sosiolocik və ideolocik mübahisə mənasına gəlməməlidir, eyni zamanda mübahisə fərqli qloballaşma fərziyyələrinin və bu fərziyyələrin təsir dairəsinə daxil olan fərqli siyasi strategiyalarla bağlı tənqidi danışığı və tənqidi mətni özündə ehtiva etməkdədir. Fikrimizi başqa cür ifadə edəsi olsaq bu gün qloballaşma mübahisələri içində hakimi – mütləq kulvar, qloballaşma proseslərinin və təsirlərinin tarixi və tənqidi çözümlənməsi kimi, bu proseslər qarşısında inkişaf etdirilən siyasi strategiyalar arası ifadə mübarizəsi, ya da Antonio Qramscinin terminologiyası içində «mövqelər müharibəsi»dir.
Bu mübahisələrə baxanda, hakim qloballaşma fikirləri kimi, neo-liberal «hiperqlobalizmi»ni və «milliyyətçi-dövlətçi şübhəçiliyi»ni görürük və bu yanaşmaların siyasi qütbləşmə və təbii ziddiyyətlər yolu ilə bir – biriləri ilə apardıqları mövqelər müharibəsinin mübahisənin əsas hissəsini təşkil etdiyinə şahid oluruq. Qloballaşma mübahisələrinin çərçivəsinin və sərhədlərinin, bu əsasda, son illərdə get - gedə və hiss edilən bir səviyyədə bu deyimlər arasında gedən mövqe müharibələri tərəfindən müəyyən olunduğunu deyə bilərik. Və beləcə, qloballaşma anlayışı qütbləşmələr və təbii ziddiyyətlər içərisində istifadə olunmağa başlanılmış və fərqli siyasi strategiyaların ictimaiyyətdə guya hakimi – mütləq olmalarını demək üçün bir vasitə halına gəlmişdir. Bununla yanaşı, qloballaşma mübahisəsinin eyni zamanda, həm neo-liberal hiperqlobalizmə, həm milliyyətçi-dövlətçi şübhəçiliyə tənqidi münasibət göstərən, həm də bu ifadə tərzlərinin yaratdıqları qütbləşmə və ziddiyyətlərə söykənən siyasət anlayışına alternativ «yenidən formalaşdırıcı yanaşma» kimi adlandıra biləcəyimiz bir qloballaşma deyimini də özündə ehtiva etdirdiyinə fikir verməyə bilmərik. Hakimi – mütləq qldoballaşma anlayışlarına qarşı alternativ bir düşüncə kimi inkişaf edən və dövlət – cəmiyyət münasibətlərini demokratik bir tərzə çevirməyin siyasi – ictimai - fəlsəfi parametrlərini axtaran, araşdıran, mübahisə edən yenidən formalaşdırıcı yanaşma, qloballaşma proseslərini tarixi əlaqələr içərisində düşünərək, bu proseslərin ictimai – icma əlaqələrinə tənqidi prizmadan yanaşmağı təklif edir və bu əsasda qurulacaq demokratik idarə etmə qurğusunun ictimai problemlərə və tələblərə cavab tapması üçün ona verilən xüsusi önəmi vurğulayır.
Yer üzündə gedən sürətli qloballaşma prosesi nəticəsində yeni bir sistem, yeni bir düzən, nizam yaranırsa, bu sistem bəşəriyyət üçün yalnız o zaman arzuedilən ola bilər ki, həmin sistem Yer üzünün mövcud, təbii potensialı hesabına formaşamış olsun. Əks halda ortaya çıxacaq sistem, çürük özüllər üstündə tikilmiş təhlükəli bir binanın aqibətini yaşayacaqdır.

MİKROMİLLİYYƏTÇİLİK

Qloballaşmanın mədəni tərəfi, bir - birindən fərqli, hətta biri digəri ilə ziddiyyət təşkil edən iki fərqli nəticəyə gedib söykənir.
Birinci nəticə “mikromilliyətçilik” şəklində ortaya çıxmışdır.
Son nümunəsini Yuqoslaviya hadisəsində gördüyümüz, “mikromilliyətçilik” axımları, milli dövlətin sərhədlərini aşan və onu daha kiçik parçalar halında qəbul edən bir sistemə sahibdir.
Qloballaşma, ən kiçik bir mədəni fərqliliyı belə ciddi bir şəkildə qəbul edərək, elektronik media vasitəsi ilə onu bütün dünyaya təqdim edən, ayrıca siyasi baxımdan, mədəni fərqliliklərin qorunması problemini demokratik hüquq və azadlıqlar sahəsinin ayrılmaz bir parçası kimi görən bir anlayışı yayğınlaşdırmaqdadır.
Qloballaşmanın mədəni tərəfinin ikinci nəticəsi, özəlliklə istehlakçı davranışına təsir edərək, dünyada bir mədəniyyətliliyin qarşısını açmasıdır.
Qloballlaşma anlayışının özəlliklə iqtisadi tərəfi, yəni beynəlxalq sərmayənin ana hakimiyyəti, bir tərəfdən “marka cazibəsi”, digər tərəfdən gündəlik istehlak anlayışlarının idarə edilməsi yolu ilə, bütün dünyanı təxminən eyni davranış qəlibləri içində həbs etməyə yəni təktərəfli bir mədəni kimliyə sahib olmağa məcbur edir. Qloballaşma ciddi bir prosesdir.
Yaxşı ya da pis olmağı haqqında çox danışmaq mümkündür ancaq bu da bir həqiqətdir ki, qloballaşmadan qaçmaq mümkün deyil. Bu çərçivədə, bütün dünyaya təsir eləyən bu yaranmış dəyərin nəticələrini yaxından dərk eləmək və ona görə davranmaq müasirliyin və aktuallığını bir ehtiyacı kimi ortaya çıxmaqdadır.

ÇOXMƏDƏNİYYƏTLİLİK

Hər hansı bir cəmiyyətin meydana gətirən fərdlərin və qrupların dil, din, irq, tarix, coğrafiya baxımından fərqli köklərdən gəlməyinə söykənən çoxmədəniyyətlilik, tək bir siyasi bir ittifaq halında və ortaq sərhədlər içərsində yaşayan cəmiyyətlərdə keçərlidir.
Bu fərqlılıklər bəzən, çökən Sovet İttifaqında ya da bu günkü Amerika Birləşmiş Ştatlarında olduğu kimi, müxtəlif millətlərə mənsub insanların bir arada yaşaması şəklində də dərk oluna bilər.
Bu iki ölkədəki təcrübələr, əslində çoxmədəniyyətlilik anlayışının siyasi nəticələri baxımından da olduqca təsir edici olmuşdur.
cəmiyyətdəki çoxmədəniyyətlilik hadisəsini, fərdi azadlıqlar baxımından ümumi ictimai və siyasi dəyərin bir parçası kimi qəbul eləyən ABŞ olduqca uğurlu bir uyğulama ilə, həm siyasi kimliyini həm də geniş mənada azadlıqları qoruyan bir xətt yürütmüşdür.
Bunun əksinə Sovet İttifaqı, fərdi azadlıqları demək olar ki, yoxmuş kimi hesab edərək əldə etdiyi təcrübə sayəsində dövləti idarə etməyə çalışmış, lakin sistemin qarşılaşdığı başqa çətinliklərin nəticəsində dağılıb getmişdir.
Sovet İttifaqı və Yuqoslaviyada yaşanan təcrübə göstərdi ki, fərdi azadlıqların qarant altında olmadığı istənilən bir sistemdə, fərqli mədəni kimliklərin qorunması və inkişaf etdirilməsi istənilən bir dövlət formasında (istər unitar, istərsə də federal dövlət quruluşu olsun) mümkün deyil.
Fərdi azadlıqların qarantiya altına alınmadığı, “konstitusiyalı bir vətəndaşlıq münasibəti” çərçivəsində inkişaf etdirilməyən istənilən siyasi varlıqlar öz kimliklərini və bütövlüklərini qoruya bilmirlər.

MİLLİ DÖVLƏTÇİLİK BAŞA ÇATIR?

Qloballaşmanın, texnologiyadakı, sərmayənin funksiyasında və beynəlxalq siyasətdəki inkişaflar nəticəsində, dünyanı idarə edən qüvvələrin bütün ölkələrin üstündə təkvariantlı dövlət sistemi ilə bağlı ciddi bir təzyiq formalaşdırdığını heç kim inkar edə bilməz.
Dünyanı idarə edənlər deyəndə sadəcə Amerikadan getmir söhbət. Sərmayə və texnologiya başda olmaqla iqtisadi, siyasi və ictimai bütün qüvvələri vurğulamaq lazımdır burda.
Qloballaşma terminin ifadə etdiyi məna, siyasi baxımdan ABŞ-ın, iqtisadi baxımdan beynəlxalq sərmayənin, texnologiya baxımından elmi nailiyyətlər dövrünün bütün ölkələri bəlkə dəyişik, müxtəlif səviyyələrdə, əsasən isə eyni qarşı çıxılmayacaq güclə və eyni mexanizmlə təsir etməsində gizlənib.
Qloballaşmanın göstərdiyi təsirləri başa düşmək üçün bu dəyərlərə, onlar kimi dəqiq olmasalar da, yenə də, insan hüquqları və insanların müəyyən məsələlərdə iştirakı anlayışlarının artmasını da əlavə eləməliyik.
Bu son anlayışlar bizi, qloballaşma ilə birlikdə və bir başa qloballaşmaya bağlı olaraq özünü göstərən başqa bir dəyərə – mkromilliyyətçilik anlayışına aparıb çıxarır.
Qloballaşma, yuxarıda da qeyd etdiyimiz kimi bütün qarşı çıxılmayacaq proseslərlə birlikdə mikromilliyətçilik cərəyanlarını da dövlətlərə tətbiq edir.
Beləcə imperiyaların dağılmasından sonra, iyirminci yüzilliyin ən böyük siyasi reallığı kimi ortaya çıxan milli dövlətçilik anlayışı həm yuxarıdan, həm də aşağıdan iki qüvvətli zərbə ilə üzbəüz qalır.

MİLLİ DÖVLƏTÇİLİK ANLAYIŞI ÇƏTİNLİKDƏ

Milli dövlət anlayışını hardasa yuxarıdan sıxışdıran Qərb dəyərləri, beynəlxalq sərmayənin hakimiyyəti və məlumatlı cəmiyyətin sürətli yayılması anlayışları ilə, onu aşağıdan lərzəyə gətirən mikromilliyyətçilik cərəyanlarını, bir siyasi düşüncənin dəyərləri kimi qəbul eləməyin özü, vəziyyətin xeyli yüngüləşdirmək olar bizcə.
Çünki haqqında danışdığımız hadisələr məsələn ABŞ–ın özünü də aşan və əksər hallarda ona da təsir edən proseslərdir.
Hər şeydən əvvəl dərk etməli olduğumuz məqam, qloballaşmaya qarşı çıxmağın mənasızlığıdır.
Qloballaşma ilə mübarizə aparmaq, ya da ona öz dəyərlərini diqtə elətdirmək üçün su kimi axmaq lazımdır: Qarşı çıxa bilmədiyimiz məqamlarda başqa tərəfdən getmək və hədəfə doğru, bəzən saman altından su kimi yeriyərək, bəzən isə sel kimi coşub çağlayaraq, amma heç vaxt məqsədi gözdən qaçırmadan axıb getmək.
Yaxşı, bəs qloballaşma qarşısında bizim müdafiə edə biləcəyimiz hədəf nə ola bilər?
Hədəf, həm yuxarıdan həm də aşağıdan gələn təzyiqlərə qarşı, milli dövlətçiliyimizi çağdaş və təsirli hala gətirərək, əhatə elədiyi sərhədlər içərisində bütün insanların xoşbəxtliyini və gözəl yaşayışını təmin etməkdir.
Niyə milli dövləti qorumalıyıq? Çünki, bir milli – dövlətçiliyin əhatə elədiyi siyasi sərhədlər içərisindəki bütün vətəndaşların rifahını və xoşbəxtliyini qoruya biləcək başqa heç bir siyasi güc, başqa bir siyasi qurum mövcud deyil.
Mikromilliyyətçiliyə gəldikdə keçmiş Yuqoslaviyada və Afrikadakı bir çox ölkədə baş verənlər, qəbilə, irq, din və millət baxımından mikromilliyyətçilik hərəkatlarının, bir milli-dövlət hakimiyyətinin yoxluğunda necə qətliama, soyqırıma çevrildiyinin ən gözəl nümunələridir.

BƏS NECƏ MİLLİ DÖVLƏT OLMALIDIR?

Burda gündəmə gələn ilk məsələ “necə bir milli dövlət qurulmalıdır?” sualıdır heç şübhəsiz..
Hər halda, irq kimi, din kimi, məzhəb kimi, özəlliklə mikromilliyyətçilik cərəyanları çərçivəsində birləşdirici olmaqdan çox ayırıcı özəlliklərə söykənən bir milliyyətçilik yox, vətəndaşlıq şüuru kimi, topyekun inkişaf hərəkatı kimi bütünləşdirici anlayışlarla bağlı milliyyətçiliyə söykənən bir milli dövlət olmalıdır.
Bir az əvvəl yuxarıda qeyd etdiyimiz kimi, qloballaşmanın texniki inkişafından bütövlükdə istifadə edə biləcək, beynəlxalq sərmayənin hakimiyyətinə, öz sərmayəsini və işçisini dəstəkləyib gücləndirərək diqqət etməyə çalışacaq, insan hüquqları və dövlətdən gözlədiklərini bütün vətəndaşların həyatına şamil edə biləcək bir dövlət.

MƏDƏNİ KİMLİK

Fərdlərin mədəni kimlikləri, onların müəyyən mənada fərdi azadlıqlarına bir sədd qoyur, amma eyni zamanda onların bir növ pasportuna çevrilir.
Mədəni kimliklə fərdi azadlıq arasında, fərdin hal və hərəkətlərinin fərqliliklərinə icazə verilən “manevr meydanının” genişliyi baxımından tərsinə bir korelativ münasibət mövcuddur. Fikrimizi başqa cür ifadə edəsi olsaq, sərt bir mədəni kimlik, fərdin, aid olduğu mədəni kimlik baxımından etməli olduğu hərəkətləri böyük ölçüdə özünə bağlayır və beləcə “fərdi azadlıqlar meydanı” ciddi mənada çərçivəyə alınır. Bununla bərabər dözümlü bir mədəni kimlik, fərdin hal və davranışlarına daha az müdaxilə etdiyi üçün, onun “fərdi azadlıqlar meydanını” daha geniş bir çərçivəyə salır. Burda, bir mədəni kimiliyin “heyranı” kimliyinə bürünən fərd, özünü başqa mədəni kimlik sahiblərindən ayırmaq üçün özündən fərqli hal və hərəkətlər icad edir və bu da ona mənfi təsir göstərir. Beləcə ictimai münasibətlərə ciddi şəkildə zədələyən hərəkətlər ortaya çıxır.
Əksinə, yumşaq bir mədəni kimliyi müdafiə edən fərd, eyni cəmiyyət içində yaşadığı digər kimlik sahiblərinə də dözümlülük göstərməyə meyllidir. Beləcə dözümlü mədəni kimlik həm o kimlik sahibi olan fərdin azadlıq meydanına sərhədlər çəkmir, həm də digər kimlik sahibləri ilə bir arada yaşama düşüncəsinə sərhədlər çəkmədiyi üçün, ictimai münasibətlərə də bunun heç bir təsiri olmur və beləcə cəmiyyətin daxilində gedən proseslər pozulmur.
Əslində bütün bu anlayışlar ilkin variantında Islam mədəniyətinin əsasında mövcud olub. Buna görə də İslam mədəniyyətinin dini və mədəni çoxmədəniyyətlilik sahəsindəki tarixi mövqeyinə qısaca nəzər salmaq yerinə düşərdi. Müsəlman cəmiyyətlər tarix boyunca başqa din və mədəniyyətlərə mənsub insanlarla bir arada yasamaq sahəsində bir xeyli təcrübələr əldə ediblər. İslam dünya tarixi səhnəsinə çıxanda, Roma, Yunan, Fars, Mezapotomiya, Afrika və Hind (daha sonra isə Çin və Uzaq Şərq) mədəniyyətləri basda olmaqla insanlığın mədəniyyət təcrübəsinin demək olar ki, hamısının fikri və coğrafi özəlliklərini əhatə edəcək səviyyəyə gəldi. Dəməşqdə Əməvi sultaninin əmrində çalışan və İslam əleyhinə ilk ciddi mübahisələrin müəllifi kimi tanınan Yuhanna əd-Dəməşqi (Saint con the Damascen) - dən İslam idarəsi altında yayılan Ortodoks kilsəsinə, 1492 – ci ildə İspaniyadan Müsəlmanlarla bir yerdə qovulan Avropa yəhudilərinin Osmanlı İmperiyası tərəfindən qəbul edilməsindən Hindistanda Hindlilərlə Müsəlmanlar arasında inkişaf edən mədəniyyət sintezinə kimi bir çox nümunələr, İslam mədəniyyətinin “digər”ini bir düşmən, yox edilməli olan bir ciddi problem yaradacaq qüvvə kimi yox, insani varlığımızı daha da zənginləşdirən bir dəyər kimi qəbul etdiklərini gösətirir. İslam dünyasında XVIII və XIX yüz illərdə ortaya çıxan Qərb əleyhinə rəddedici hərəkatlar, sömürgə dövrünün bir nəticəsi kimi qəbul olunmalıdır. Lakin bir məsələyə diqqət edilməlidir ki, sömürgəçilik dövrünə o dəhşətli zülmlərinə baxmayaraq, Müsəlman millətlərində nasist və faşist hərəkatları kimi irqçi meyllər yaranmadı.
Bütün bunlar, qloballaşmada dəyər qazanan dinlər və imədəniyyətlər arası dialoqlar, yaxınlaşmalar prosesində, İslam dünyasının təbii tərəflərdən biri olduğuna ən önəmli sübutdur. Bundan da başqa qloballaşma prosesində ümumbəşəri dəyərlər kimi qəbul olunan müstəqillik, insan hüquq və azadlıqları, din və vicdan azadlığı, ədalət, bərabərlilik kimi anlayışlar, insanlığın ortaq bir hədəfə doğru yönəlmə imkanlarının ciddi olduğunu göstərən dəyərlərdir. Bu nöqtədə müəyyən bir din və mədəniyyətə mənsub olmaq – yəni öz dəyərlərimizin fərqində olmaq – qloballaşma ilə ziddiyyət törədən amillər kimi yox, əksinə onu tamamlayan dəyərlərdir. İslam baxımından baxdığımız zaman ədalət, azadlıq, mal, can və din hüquqları, dinin əsil ünsürlərindəndir və bu mənada İslam, bu dəyərlərin məkan və mədəniyyətin bir hissəsi kimi yox, əksinə mütləq və ümumbəşəri dəyərlər olduğunu tam mənası ilə qəbul edir. Qloballaşmanı İslam dünyası və digər mədəniyyətlər baxımından problem halına gətirən dinlərin və fərqli mədəniyyətlərin bir - birinə yaxınlaşması yaxud insanlığın üstündə ittifaq etdikləri dəyərlərin öz yerini tapmağı yox, qloballaşma ilə birlikdə düşüncəmizdə özünə yer tapmağa başlayan sekülyarlaşma prosesidir ki, bu eyni zamanda qloballaşmanın burda toxunacağımız üçüncü nəticəsini meydana gətirir.

QLOBALLAŞMA VƏ SEKÜLYARLAŞMA

Sekülyarlaşma, fəlsəfi mənada dünyanın dünyəviləşməsi (profanlaşması), insanların əsl həqiqət ilə olan metafizik (fizikötəsi) əlaqələrini qopararaq dünyalılaşması və bu çərçivədə din qaynaqli ənənələrin çözülməsi prosesini ifadə edir. Fəlsəfi bir doktrina kimi sekülyarizmin uzun müddətli təhlilini başqa bir yazıda reallaşdıra bilərik. Lakin əsas qəziyyələri etibarı ilə sekülyarist kainat təsəvvürünün sadəcə İslamla yox, hər otantik din ilə ziddiyyət içərisində olduğunu görmək elə də çətin deyil. Həqiqəti və insanın ən ciddi xilasını fərd və tarixdən daha yüksəkdə dayanan bir həqiqətə söykənən din ilə, realist aydınlanmanın faili – muxtar fərdinə və onun kainat quruluşuna endirən sekülyar düşüncə arasındakı gərginlik, modern dünyanın önəmli əsaslarından biridir. İslamı çərçivə içərisində düşündüyümüz zaman, “dünyaya sahib çıxmaq”, yəni onu ev halına gətirmək və ədaləti təsis etmək ilə insanın ciddi mənada qurtuluşu arasında məcburi bir ziddiyyətin olmadığı irəli sürülə bilər. Başqa bir ifadə ilə dünyanı öz içərisində qapali və özünə ithaf olunan (self-referential) bir sistem kimi formalaşdırmaqla, onu daha böyük bir planın bir hissəsi kimi formalaşdırmağın arasındakı fərqi, humanist əxlaq təlimləri ilə aşmaq mümkün ola biləcək bir şey deyil.
Qloballaşma prosesi ilə birlikdə, sekülyar və humanist bir mədəniyyətin get - gedə güc qazandığını və bunun dinin varlıq meydanını hər gün bir az da daraltdığını görürük. Qloballaşma ilə gələn dünyəviləşmə, əyləncə mədəniyyəti, əxlaqi qısırlaşma və Qərb – Amerikan mədəniyyətinin sürətlə yayılması, digər mədəniyyətləri get – gedə sıxışdırması sadəcə dinin yox, eyni zamanda din kökənli otantik ənənələrin də zəifləməsinə və mənəvi dəyərlərdən uzaq idrak və davranış şəkillərinin formalaşmasına yol açır. Sekülyarlaşmanın dəhşətli təsirlərini gözönündə bulundurduğumuz zaman, qloballaşma özəlliklə Azərbaycan kimi ölkələrdə tarixə və öz soy – kökünə yabançılaşmanı da özü ilə bərabər gətirir ki, bunun da özbaşına bir ziddiyyət olduğunu hiss etməmək mümkün deyil.
Bu yaxınlarda “Körpü” curnalında hörmətli sosioloq Əhməd Qəşəmoğlunun olduqca maraqlı bir məqaləsi dər olunmuşdu. “Qloballaşma və mədəniyyət” adlanan həmin məqalədə Əhməd müəllim qloballaşma və mədəniyyət arasında baş verən ciddi münasibətlərdən bəhs edir(açığı ki, cəmiyyətmizdə qloballaşma ilə bağlı hələ də tam fikir formalaşmayıb. “Qloballaşma nədir?” sualına “İstiləşmə” deyə cavab verənlər də tapılır!…), daha sonra isə ortaya çox maraqlı bir sual qoyur: Avropa mədəniyyəti Azərbaycan mədəniyyətindən nə ilə üstündür?! Bu yerdə yuxarıda haqqında danışdığımız mikromilliyyətçilik anlayışının ədəbiyyatda öz həllini tapmış variantını ilk dəfə ədəbiyyatşünaslığımızda təcəssüm etdirmiş tənqidçi – ədəbiyyatşünas Akif Hüseynovun MİLLİ XARAKTER mövzusunda dediyi sözləri xatırlatmaq yerinə düşərdi: “Hazırda milli xarakter probleminin tədqiqində qəribə, paradoksal bir mənzərə müşahidə edilir: problemə diqqət artdıqca, müvazi olaraq onun qarşısında Hamletin “olum ya ölüm” sualını qoymaq cəhdləri də güclənir. Bu o deməkdir ki, hələ millətlərin tarixən təşəkkül tapdığı vaxtdan etibarən elmi – nəzəri düşüncələrin diqqətini cəlb etmiş və ən müxtəlif ictimai – estetik mövqelərdən araşdırılmış bir problem bu gün ya öz gerçəkliyini aşkarlamalı, təsdiqləməlidir, ya da xəyal olduğunu boynuna almalıdır.” Sanki bu problemi, yəni bu gün 90 – ci illərdən etibarən qloballaşmanın ortaya atdığı düşüncələri, mədəniyyətlərarası yaxınlaşmanı, ya da mədəniyyətlərarası mübarizəni(artıq hansı labüddürsə?!) daha əvəlcədən hiss edən tənqidçi düzdür hadisəni gətirib ümumsovet xarakterində başa çatdırır, ancaq bu mövzunun özünün adətən kənd nəsrinin ideal carçısına çevrilən Azərbaycan Sovet tənqidşünaslığında qabardılması təqdirəlayiqdir. Söhbət hansı millilikdən gedir?! Və həmin milliliyə, milli xarakter anlayışına görə kim kimdən üstündür?! Avropamı Azərbaycandan, Azərbaycanmı Avropadan?! C. C. Russo müasirlərinin üzünə tüpürürmüşcəsinə soruşur: “içinizdə neçə nəfər var ki, Mandareni öldürmək istəməz?” Kimdir bu Mandaren? Çin ətrafında yaşayan qeyri – müəyyən bir insan. Tanımadığımız, bəlkə də heç tanımaq da istəmədiyimiz bir tip… Tam bir mücərrəd. Düyməyə basıb öldürməkdir bizim vəzifəmiz onu. Biz xəzinələrin sahibi olacağıq, heç kimin ruhu da inciməyəcək. “İçinizdə neçə nəfər var ki, Mandareni öldürmək istəməz?” – Əxlaq C. C. Russo üçün həmin bu sualın içərisində gizlənib.
Avropa insanının ruh dünyasını bütün rəzilliyi ilə ifşa edən iki böyük romançı, ən tanınmış əsərlərində bu dəhşətli sualı verirlər təzədən. “Qori ata”nın qəhrəmanı daha ciddi, daha məntiqlə düşünən bir cəmiyyətin yetirməsidir. İlk başda belə bir sual: görəsən, bu Mandaren neçə yaşında olar? Sonra səsi yüksəldən vicdan onun yerinə cavab verir: yox!
“cinayət və cəza”nın qəhrəmanı Raskolnikov isə bir az daha insandır, bir az daha özüdür. Romanda ortaya qoyulan əsas sual güclü adamın istədiyini etməyə haqlı olub – olmaması məsələsidir. Əlbəttə, burada söhbət “məqsədəuyğun”, vicdanın iştirakı, ağlın məsləhəti ilə törədilən cinayətdən gedir. Rasskolnikov, əsərin əsas qəhrəmanı, yoxsul bir tələbədir, üstəlik ali məktəbdən də qovulub. Oxumağa və yaşamağa qadir olmayan bu gənc hələ bir üstəlik işləyib anasını və bacılarını da dolandırmalıdır. Yoxsulluq və aclıq Rasskolnikovu qəribə fikirlərə gətirib çıxarır. O, həddindən artıq pulu olan və bu puldan istifadə etməyən qarını öldürüb pullarına yiyələnmək və rahat yaşamaq fikrinə düşür. Rasskolnikov öz fikrini hətta nəzəri cəhətdən əsaslandırır da, cinayət etməyə haqlı olduğu qənaətinə gəlir. O, fikirləşir ki, heç bir şeyə yaramayan qarını öldürmək cinayət deyil, axı bu qarı bu gün ya ada sabah özü öləcək, amma mən onsuz öləcək olanı öldürməklə, yaşamalı olan bir çox adamı ölümdən xilas edirəm.bu daha yaxşı deyilmi? Rasskolnikov bu hərəkəti ilə cəmiyyətdəki ədalətsizliyi aradan qaldırmaq, çəkdiyi əziyyətlərin əvəzini çıxmaq, həyatda müvazinət əmələ gətirmək istəyir. O, öz planını yerinə yetirimr, qarını öldürüb pullarına da sahib olur. Artıq hər şey bitib, indi o, ömrünün axırına kimi rahat yaşaya bilər. Lakin heç də elə olmur, vicdan əzabı onu rahat buraxmır, o, hiss edir ki, törətdiyi əməl onu insanlardan, yaşadığı mühitdən yavaş – yavaş uzaqlaşdırır. Bu cür yaşamaq isə olduqca çətindir. Rasskolnikov qanayan bir həssaslığa, iti zəkaya və xəstə şüuraltına sahib olan bir qəhrəmandır.
Avropalı üçün mədəniyyət qaba qüvvətin yerinə hiylənin hərəkət etməsidir. Fransız bu mənada Rusdan daha mədənidir. (Daha mədəni; yəni daha təhlükəli.) Boş yerə israr edir dostu. cavan oğlan Manareni öldürməyəcək. Niyə? Çoxmu vicdanlıdır? Qətiyyən! Sadəcə olaraq, yerisiz surprizlərdən qaçır və bilir ki, gec – tez şeytan ona kömək eləyəcək. Raskolnikov sarsıntılar içərisində qalan bir cəmiyyətin, bir ictimai mühitin içərisində tək – tənhadır. Eyni ilə Dostoyevskinin özü kimi. Beynində bulanıq düşüncələr, ac və yarıyuxulu. Sanki bir kabus görür, aylarla tərəddüd içərisində həyat sürür. Və sınan qüruru, mənliyi içindən pıçıldayar ona: sən güclüsən və güclü olan heç bir maneə tanımamalıdır.
Bu Qərb və Rus düşüncəsinin əsərlərə kimi gəlib gəlib çatan səsidir. Səmavi kitabların hamısında belə bir əmr var: ÖLDÜRMƏ! Xristian Avropa isə, ən səfil maddi mənffətləri naminə dünyanın bütün Mandarenlərini ya öldürdü, ya da hər an öldürməyə hazırdır. Göte: “Ya zindan olmalısan, ya da çəkic!” – deyir. Yəni ya əzilən, ya da əzən! Şərq isə Sədidən başlamış Qandiyə kimi əksini iddia eləyir: “AND İÇİRƏM Kİ, BU DÜNYANIN BÜTÜN TORPAQLARI BİRCƏ ADAMIN QANINI AXITMAĞA DƏYMƏZ!” İndi, özünüz fikirləşin: kimdir haqlı? Və kim kimdən daha üstündür?! Öldürmək üçün əldən – ayaqdan gedən və qəhrəmanlarını istəsələr də, istəməsələr də buna sürükləyən Qərb yazarlarımı, yoxsa özləri daima yüksəlməkdə olan və qəhrəmanlarına da bunu tövsiyyə edən Şərqmi?

Arkadaşlar! Bu parlayan günəşin,
Feyzi birdir cahanda hər kəs için,
Türk, hindu, ərəb, əcəm bilməz,
Nuru hər yanda artar, əskilməz.

Bu Şeyx Sənan məqamıdır! Mirzə cəlil hər nə qədər realist ədəbiyyat kölgəsi altında axtarışlarına Norvuzəlidən başlasa da, insanı öz yerində – yurdunda, doğulduğu torpaqda bağlı saxlasa da, Hüseyn Cavid bu məqamda özünün və qəhrəmanlarının qarşısına qoyulan əngəlləri aşaraq insan kamilliyini və insan ümumbəşəriliyini əsas götürərək insan din, dil, irq, millət kimi amillərə bölməkdən qaçmış və beləcə onunla eyni qədəri yaşayan və təxminən eyni illərdə “Peyğəmbər” i yazan Şərqin başqa bir dühası cibran Xəlil Cibran kimi adını çağ dəyişdirən yazarları siyahısına daxil edə bilmişdir.

YOLDAŞ SƏNİ KİM APARDI?


Siz bu oyunu uduzmusunuz, sadəcə olaraq fərqində deyilsiniz! Fərqində olsaydınız, sizi bu vəziyyətə salanlardan bir dəfəlik uzaqlaşıb onların üzünə lomba ilə tüpürər və özünüzdə güc və qüvvə tapıb yenidən başladığınız yerə qayıdardınız. O zaman hər şey necə də gözəl olardı və siz bir nəfəslik şeirin dadını daha yaxşı hiss eləyərdiniz.
Hiss eləyərdiniz və bu torpağın oğlu, qızı olduğunuz üçün fəxr hissi duyardınız. Hətta fəxr hissi duymasanız belə ən azından aşağılıq kompleksi keçirməzdiniz. Öz fərdi uğursuzluğunuz ucbatından bu Vətəni qınamaz və ağlınıza gələni ədəbi – bədii nümunə adı ilə kimlərəsə sırımazdınız. Kimlərəsə deyəndə ki, siz bunu cəmiyyətə sırıyırsınız və milli – mənəvi dəyərləri hələ genetik kodlarından tam sıyrılmamış gənclər bütün bu yazdıqlarınızı oxuyandan sonra elə fikirləşirlər ki, onların indiyə kimi oxuduqları hamısı boş şey imiş. Əsl ədəbiyyat nümunəsi isə kimlərinsə intim həyatından alınma açıq – saçıq şeir adına yazılan cızma – qaralar imiş.
Siz bu oyunu uduzmusunuz, sadəcə olaraq acı bir həqiqətə göz yumursunuz! Hansısa bir çayxana, pivəxana küncündə sizə həqiqəti göstərməyə çalışanları da öz aranızda ələ salıb lağa qoyursunuz! Başınızdakı sizi taktik olaraq məğlub halına gətirənlər isə sizə bilərəkdən yanlış yön göstərir və beləcə sizin bataqlığa saplanmış cəsədləriniz üstündə daha böyük mərtəbələrə yüksəlirlər! Bəsit, nəyisə izhar etməkdən uzaq, laubali tempiniz güya bu milləti heçə sayır və görənlərdə elə bir hal yaradır ki, siz təzəlik aşiqisiniz, əslində isə sizlər bilavasitə keçilmiş yolların ocağının altında qalmış közlərlə oynayan TİFİLLƏRsiniz və fərqində deyilsiniz ki, bir gün əsən külək həmin közlərdən birini alışdıra bilər. Alışan həmin köz isə sizin bütün yazdıqlarınızı və yazmaq istədiklərinizi kül eləyər!
Siz nələrisə qəbul etməyə bilərsiniz, amma təhtəlşüurunuzun o qəbul etmədiklərinizdən ibarət olduğunu da unutmayın, lütfən! Mənə o qəbul etmədiklərinizin əksini göstərin, «pis» dediklərinizin «yaxşı» olaraq qəbul olunan formasını göstərin, tətmin olum! Göstərə bilməzsiniz, çünki elə bir nəsnə mövcud deyil. Mövcud olmuş olsaydı, indiyə ən azından əllisini çıxarıb qabağımıza qoymuşdunuz. Necə ki, yeni dəyərlər adı ilə neçə vaxtdır, ən yaxşı halda Türkiyə ədəbiyyatının ən uğursuz nümunələri ilə başım(n)ızı qatırsınız. Mən sizi qınamıram: çünki sizin yerli ədəbi ideoloqlarınız da sizin başınızı qatıblar!
Siz bu oyunu uduzmusunuz, sadəcə olaraq qəbul etmək cəsarətinə sahib deyilsiniz! Çünki, qayıtmağa yolunuz yoxdur, yeriniz yoxdur! Onlar nə vaxtsa özlərinin başlarına gətirilənləri sizin başınıza gətirdilər, sizi itirdilər, indi siz onlara sadəcə onların ətrafında görünmək üçün lazımsınız! Yetərsay sizinlə tamamlanır, halbuki, bu başqa cür də ola bilərdi. Sizin buna potensial imkanlarınız var idi. Lakin, aldandınız, elə bildiniz ki, bu fani dünya elə – belə də davam edəcək. Və həmişə elə – belə axarlı – baxarlı istedadla qoşa gedəcəksiniz həyat yolunda!
Sürətli dəyişikliklər, xaos ortamı sizi bugün dünyada gedən proseslərdən belə uzaqlaşdırdı. Get – gedə kiçilən bu dünyada bəlkə də sizin ən zəif, ilkin qələm təcrübələri ilə çıxış edən həmyaşlarınız daha çox maraq doğuracaq, nəinki siz! Çünki, qlobal dünyaya gec – tez BÖYÜK TƏFƏKKÜR lazım olacaq. Sizin yazdıqlarınız isə onsuz da onda çoxdan var.
Siz bu oyunu uduzmusunuz, çünki normal təfəkkür belə – mən hələ BÖYÜK, ALİ TƏFƏKKÜRdən danışmıram, sizin elədiklərinizə ikrahla baxır. Sizə bu oyunu uduzduranlar da – sizin yerli ədəbi ilham mənbəələriniz də bilir ki, siz artıq onların əlində oyuncaqsınız. Bu günün özündə də qəbul edə bilmədiyiniz bütün bu millətə aid olan dəyərlərin hamısı sizin məğlubiyyətiniz üçün dua edir!
Siz bu oyunu uduzmusunuz, siz də, sizin ilham mənbəəyiniz olan ustadlarınız da! Amma məncə ən çox sizlər uduzmusunuz! Onlara nə var ki, sizlər tükənəndən sonra yenilərini tapacaqlar sizin yerinizə onsuz da!

Monday, March 24, 2008

ONUN NAĞILLI DÜNYASI


Ulularımızın öz ilkin təcrübələrinə əsaslanaraq formalaşdırdıqları və nəsildən-nəsilə ötürdükləri, nəsildən-nəsilə ötürülərkən əhatə etdiyi mövzu baxımından tək-tək fərdlərin təfəkkürünü , geniş mənada isə milli təfəkkürü inkişaf etdirən nağıllarımızda millət olaraq təkcə bizlərə xas rəngarəng, müxtəlif düşüncə tərzləri, inamlar, ilkin anlayışlar mövcuddur. Nağıllar adətən üç gün, üç gecə danışılır, qəhərəmanları yüksək əxlaqi keyfiyyətlərə malikdir. Nağıllar olduqca uzundur və bu uzunluğa mütənasib nağılçı həmişə nağılını bitirər-bitirməz göydən üç alma düşür.
Uzun qış gecələrində, isti ocaq dövrəsində nənələrimizin, babalarımızın nənələrindən, babalarından öyrəndikləri, bizlərə də sonrakı nəsillərə çatdıraq deyə beynimizə həkk edə – edə danışdıqları nağıllara bənzər nağılları müasir cəmiyyətimizlə, onda baş verən hadisələrlə, həqiqətlərlə fəlsəfi düşüncə və dünya görüşləri ilə sintez edib, nisbətən kiçik formatlı janrlarla yalnız məzmuna, onun daxili gözəlliklərinə toxunmadan bizlərə çatdıran gənc bir xanım yazar var ədəbiyyatımızda – Eluca Atalı! O, nağıllarını fəlsəfi – bədii miniatur yaxud hekayə, bəzən isə izhar formatında yazsa da, nağılın qədimliyindən, saflığından və dərin məna yükündən qətiyyən uzaqlaşdırmır, əksinə nağıllarda işlənən ifadələrə, qəhrəmanlara müasir çalarlar bəxş edir ki, bu da oxucunun zövqünü oxşayır. Oxucu onun hər cümləsini, bəlkə də hər sözünü ilk dəfə cani–dildən dinləyir və birdən öz–özünə bu sualı verir: “Məgər bunu mən deməmişdim?” Bu sualı öz–özünə sanki ətrafdakıların eşidəcəyindən ehtiyat edərək verən oxucu düşünmür ki, müəllif bu kiçikhəcmli yazılarla onun genetik yaddaşını oyadır. Ona kim olduğunu xatırladır. Çox maraqlıdır ki, bu xatırlatmalarda fəlsəfi üslubun yoruculuğu sezilmir. Adətən ağır cümlələrlə fəlsəfi tezisləri, fikirləri sübuta çalışır filosoflar. Eluca xanımın yazılarını oxumamışdan əvvəl elə zənn edirdim ki, o, Azərbaycanın fikir duhalarından olan (təbii ki, sonrakı peyğəmbərlik mərhələsi qəbuledilməzdir) Asif Atanın ocağında yetişdiyi üçün yəqin dili də ağır olar. Sonradan yanıldığımın fərqinə vardım. Fərqinə vardım ki, onun dili olduqca sadədir. Fərqinə vardım ki, o, ağız ədəbiyyatımıza vaqifdir. Bir də bunun fərqinə vardım ki, Eluca xanımı müəllif narahatçılığı, keçirdiyi daxili sarsıntılar, duyduğu hiss və həyəcanlar yazmağa vadar edir. O, narahatdı, nigarançılıq içərisində qovrulur. Gələcəkdə üzləşə biləcəyimiz sosial–mənəvi faciələri indidən gördüyü üçün nigarandır. Müasir cəmiyyətimizdəki, xüsusən də gənclərimizdəki özündənuzaqlaşma, mənəvi uçurum onu narahat edir. “Faciə” bədii lövhəsinə nəzər salaq: lövhədə canlandırılan, başını göyə qaldırıb ağzındakı göy otu çeynəyə – çeynəyə saqqalını tərpədən keçi doyduğu üçün, keçinin sahibi olan qarı isə qabırğalarına isti günəşin ilıq şüaları dəydiyi və keçisinin göy otları iştahla yeməyinə tamaşa etdiyi üçün hər şeydən razıdı və xoşbəxtdi. Lakin yazarın həm keçiyə, həm də qarıya baxarkən əzab çəkməsi ilk baxışda oxucunu düşündürür, onun beynində niyə, nə üçün suallarını oyandırır. Cavab isə olduqca bəsitdir: keçinin ləzzətlə otladığı çəmən şəhər yaşıllaşdırma idarəsi tərəfindən salınıb və təbii deyil. Keçini və qarını göz dolusu sevindirən çəmən təbiətin bir parçası olmadığından təbiətdəki qanunauyğunluq insanoğlunun yanılmaları, dəhşətli səhvləri nəticəsində bir gün məhv ola bilər və həmin an gözlənilən faciənin törənməsi qaçınılmazdır!Eluca Atalının yaradıcılığını əsasən üç bölümdə toplamaq olar:1. Fəlsəfi – bədii düşüncələr2. Qadın düşüncələri silsiləsindən olan yazılar3. Uşaqlarla bağlı hekayələrEluca Atalının yaradıcılığının birinci bölümünü təşkil edən fəlsəfi – bədii düşüncələrində dərin bir məna, özü ola bilməyənlərin uçub dağılan dünyasını açıb özünə çatanların qurduğu möhkəm sütunlar üzərində dayanmaq gücünə malik əbədi dünyaya qovuşmaq istəyi özünü o saat biruzə verir. Kiçik fikir tablolarında müəllif şəxsiyyətinə və ümumilikdə insanlara xas əzmkarlıq, çətinliklərə mərdliklə sinə gərmə, özünə kənardakıların deyil, öz gözü ilə baxmaq, dahinin və dahilərin keçdiyi ömür yoluna nəzər salaraq, həqiqi dahinin bənzərsiz olduğunu insanlara çatdırmaq məqsədini güdür. Özünəməxsus sərt fikirləri var Eluca Atalının, eyni zamanda da məntiqli və sərt! Qəbul edə bilmir miskini və yazığı, özündənküsmüşü, həm də dünyaya qarışıb dünyalılaşmışı! Çalışıb hər bir sözün fəlsəfi yozumunu tapır. Bir xırda misalla açıqlayaq fikrimizi: görkəmli şair Paşa Qəlbinurun yaradıcılığından bəhs edən bir yazısında o, nağıllarımızın şah beytini, ilkin cümləsini, “Biri varmış, biri yoxmuş” sözünü görün necə izah edir oxucuya: “Nağıldakı “yox” kəliməsi reallıq idi ki, zaman ötəndən sonra ondan heç nə qalmır. Hadisə kimi olurdu, ötürdü. “Var” kəliməsi isə insanların ömürlərinə ruh kimi, işıq kimi paylanmış nağıl qəhrəmanının əbədi varlığı idi.”İşıq kimi insanların ömrünə paylanmış əbədi varlığa çevrilmiş nağıl qəhrəmanlarının bir–birini sındırmalarına, bir–birini əymələrinə dözə bilmir müəllif. Çünki insanlar bir–birini sındırdıqca, əydikcə özləri də sınır, özləri də əyilirlər. Və beləliklə bəşər oğlunun uca insanlığa gedən yolu qapanır. Qapanan həmin yolda bir gün birisi əl açıb dilənəndə cəmiyyət ona acıyır, bu acıma duyğusu isə “bundan hamı üçün ola bilər” düşüncəsindən kənara çıxmır. Əl açanın əl açma səbəblərinə enmək istəmir heç kim nədənsə. Səbəblərdə hamının günahı var çünki. Məhz elə ona görə də Elucanın adamlara və cəmiyyətə acığı tutur. Adamlara acığı tutur ki, ömürlərini qura bilmirlər. Cəmiyyətə acığı tutur ki, hər şeyə gülüş mənbəyi kimi baxırlar. Hər şeyə gülüş mənbəyi kimi baxan, bəzən materialist, bəzənsə ilahiyyatçı düşüncələrə əsaslanan cəmiyyətdə sevgilər cılızlaşanda, ötəri ehtiras əsirinə çevriləndə həqiqi eşqin, şərqdəki “Vəhdəti – vücud” fəlsəfəsinin fəlsəfi qavramının dadını bilən, onun saflığına, paklığına söykənən insanların yeri başqadır mənə görə. Bu baxımdan Eluca Atalının lirik duyğuları mənə daha səmimi gəldi. Onun lirik duyğularına nəzər salarkən hiss edirsən ki, bu duyğular təklik, tənhalıq kimi duyğular üstündə köklənsə də, nə qədər qaranlıq olsa da, onların içində bir elcim işıgın ətri duyulur. Son dövrlərin bayağılaşmış “yandım”lı, “öldüm”lü izharına bənzəmir onun lirik qadın düşüncələri silsiləsindən olan yazıları. Bir də bu lirik duyğulara köklənmiş yazıları oxuyarkən ağlıma bizlərdə və əslində bütün dünyada ciddi mübahisələrə səbəb olan cinsi poeziya (qadın və ya kişi poeziyası) mövzusu gəldi və bu mövzunun gerçəkliyi, ağlabatanlığı haqqında düşünməyə başladım. Bir də onu fikirləşdim ki, Umnisə Musabəyli haqqında deyilmiş “qızılgül – ətirli, zərif, həm də tikanlı, sərt bir çiçək” cümləsi əslində elə qadın poeziyasında Eluca Atalının portretini cızmağa kömək edir. Və bu portretin mənşəyindən natamam insanın tam insana çevrilməsi üçün insan daxilində baş verən müsbət dəyişikliklər, püxtələşmələr durur.Bir də onun lirik duyğularında milli kalorit mövcuddur ki, bu da kənardan gələn adət və ənənələrə uyan insanlara, xüsusən də gənclərə nümunədir. Qədim adətlərimiz vasitəsi ilə oturaqlaşmış ailə sistemimizdən irəli gələn böyük kiçik yerini bilmə keçmişin sınaqdan keçirdiyi “kişiyə kişi deyiblər, qadına qadın” zərbi–məsəlinə uygunlaşma nəticəsində yüz illərdir formalaşmış qadın–kişi münasibətlərinə yeni baxışlar gətirmək iddiası yoxdur və ola da bilməz bu yazılarda. O, milli şüurumuzdakı incəliklərə çox yaxşı bələddir. Bizə xas cəhətləri yaddan, özgələrdən ayırmağı bacarır. O, özgəni, yadı heç yaxına da buraxmır. Bu baxımdan onun yaradıcılığının üçüncü mərhələsi – uşaqlar üçün olan hekayələri daha diqqətəlayiqdir. Nəsillərin bir–birini əvəz etdiyi, daim inkişaf edib deyişən dünyamızda bu günün uşaqları sabahın milli məfkurə daşıyıcılarıdır. Onları milli – mənəvi dəyərlərimizin işığında yetişdirmək üçün Eluca xanım uşaqlara saflığın, bədii təfəkkürün açarı nağıllar danışmağı çıxış yolu sayır. Çünki nağılla böyüyən uşağın nağıla aludə olması onun ömrünə yabancı təsirlərin girməsini önləyir. İllər ötdükcə öz əqli təcrübələrinə əsaslanaraq məntiqi fikirlər yürüdən uşağın daxilində ilk yaradıcılıq işartıları sezilir.Elucanın uşaq hekayələrindəki qəhrəmanların dili olduqca sadə, sadə olduğu kimi də gözəldir. Bayaqkı uşaq təfəkkürünün yavaş–yavaş inkişaf etməsi prosesini uşaq dili ilə olduqca səmimi bir biçimdə anladır.Onun bu üç bölümdə toplanan yaradıcılığı haqqında məlumat verdikdən sonra çağdaş Azərbaycan ədəbiyyatına nəzər saldığımız zaman görürük ki, Eluca ədəbiyyatda çoxundan fərqlənir. Bu fərqlilik özünü təkcə onun yaradıcılığında biruzə vermir, çünki o, digərlərindən fərqlənməsəydi, yaradıcılığında bu cür kiçik formatlı yazılarla böyük fikir ifadə edə bilməzdi və onun yazıları belə uğurlu alınmazdı.

əgər evə çatsam

indicə həzi aslanov metrosuna girdim ali hərbi məktəbdən bura piyada gəlmişəm “nargilə”dən bir az aşağıda bir cavan oğlanı saxlayıb pul istədim cəmi qırxca qəpik çox yox varsa qırx qəpiyin ver çıxım gedim yolda qalmışam qəribə bir tərzdə gülümsəyib rişxənd elədi
neynirsən pulu
dedim böyürdə bir ucuz qəlyanaltıxana yeri bilirəm gedib orda yüz atacağam sağlığıva tövbə tövbə dodaq büzdü
yeri tullan!
neçə vaxt idi gəlmirdim sən demə naxçivanskiyə gedən bütün yolları qazıblar yoxsa göstərərdim ona tullanmaq necə olur yox səhv zad başa düşməyin qoymazdım əziyyətə düşsün özüm tullanardım onun yerinə neynim ki hər tərəfi qazıblar hər yer tozun içindədir
yanımdan keçənlər arada bir ayaq saxlayır diqqətlə məni nəzərdən keçirirlər ki görəsən niyə bu boyda idman çantasıyla avtobusa minmirəm qızlar oğlanlar cavan cavan çox olsa olar on səkkiz on doqquz yaşları qızlar oğlanlardan danışır oğlanlar qızlardan başqa dərdi azarı yoxdur elə bil bu cavanların hər şey cəhənnəm elə biləcəklər hansısa tində yıxılanın biriyəm amma yox bir ehtimal da var
**
metroya girirəm
cavan oğlan
ayə vətəndaş səninlə deyiləm
bəli rəis mənimləsiniz
yox ruhlar gəliblər o dünyadan onlarla danışıram
birinci dəfədi ki medium polis görürəm
məzələnmə aç görüm nə var orda
baş üstə rəis
polisin gözü kəlləsinə çıxır
bu nədi belə
əbadı əmmamədi
Allah imanıvı kamil eləsin neçə ildi namaz qılırsan
nə namaz rəis
necə yəni nə namaz namaz qılmırsansa əbanın əmmamənin çantada nə işi var
mən aktyoram
mən də mantyoram tanış olmağıma çox şadam düş qabağıma
ixtiyarınız yoxdu
elə ixtiyarım var ki cibində nəyin var
heç nə
çıxart cibindəkiləri
çıxartdım. birinci sənədlərimi. bu şəxsiyyət vəsiqəsi. bu hərbi bilet bu mədəniyyətlə bağlı bir qəzetin vəsiqəsi. bu da ayb– nin vəsiqəsi alandan heç bir həftə düz əməlli özümdə olamyıb. gah o kitabxanada, gah da bu kitabxanada. yaxşı ki dünən kitabxanadan götürdüyüm kitabı qaytarmışam yoxsa hardan biləcəkdilər mən yazıçıyam onda mən də gərək mahir mehdi kimi ədalət əsgəroğluya zəng eləyəydim
əhsən yazıçısan demək
hə yazıçıyam
nə yazırsan
teatr
ufff göstər görüm başqa nəyin var
elə bir şey çıxmadı cibimdən qaldığım evin açarlarıdı telefon kitabçasıdı qocalıq risaləsidi bir də iki dənə disket fikirləşdim bu saat bu ki belə başlayıb deyəcək utanıb ölmürsən camaat flaş kart hərləyir sən disket daşıyırsan
siyəzəndə anadan olmusan
həri
ay cüvəllağı
siyəzəndən bir – iki nəfərin adını çəkir düzü tanımıram deyir qohumlardı ana tərəfim ordandı sevinirəm


**
namiqin cib telefonuna zəng vururam tanıdız da hansı namiqi deyirəm qaraçuxurda olanı yox meyxana deyəni yox onda siz bu oğlanın ayıb olmasın hekayələrini oxumamısınız eybi yox qalsın qoç qulluğunuzda
bayaq baxmışdım bir əlli kontur olmalıdı bakselin cininin güdazına getməyibsə çağırır çağrı göndərib söndürürəm belə də namiqin nə problemi olsa həmişə mənə deyir
beş dəqiqə keçir zəng eləmir axı şair belə eləməzdi ey sənə güvəndiyim dağlar belə çıxır piyada addımlamalı olacağam bu yollarda
ikinci dəfə zəng vururam qoy əlli kontur qurban olsun namiqə götürdü öz aramızdı gəlsə deyəcəyəm dəyişdir zəngimselivi sezeni neynirsən qoy ora əminə yusifqızını oxusun ramiz abdullayevin vüqar əhmədin şeirlərini də
cavab verir tez soruşuram
şair hardasan
qaraçuxurda
gəlirsən neftçilərə
bir az çətin təzə çatmışam evə
**
almanaxla bağlı cəlilə zəng eləməliyəm bilirəm kontur qalmayıb yüz faiz qoy bir gedim evə çatım