Cavidan: «Ədəbi mühitdə bir canlanma var»
Müsahibimiz Cavidan gənc yazar olsa da, daha çox hadisələri kənardan izləməyə qərarlıdır. Regionda – Lənkəranda yaşasa da, hər şeyi dəqiqliyi ilə görür, duyur, hiss edir. Beləliklə, bölgədə yaşadığı üçün onunla müsahibəni virtual olaraq aldıq.
- Yeni kitabınız işıq üzü görüb. Adətən deyirlər ki, kitab da doğma övlad kimidir. Bir ana kimi uşaq və kitab: hansı daha doğmadır Cavidan üçün?
- Bəli, adətən belə deyirlər, amma bir ana kimi əlbəttə ki, ədəbiyyatımdan daha doğmadır mənə uşaqlarım, kim bunun əksini pafosla deyirsə, sadə bir testlə yoxlasın özünü – kitablarınımı əlindən alsalar həyat davam edə bilər, uşaqlarınımı? Qaldı kitablarıma, onlar üçün mən ana yox, atayam deyəsən, onlar da doğmadır!
- Lənkərandan necə görünür ədəbiyyatımız: inkişaf var, yoxsa geriləmə?
- Ədəbiyyatın təfəkkürdən çox ehtirasın, hisslərin məhsulu olmasına təkan verildi. Məhz bu yön daha çox alqışlanmağa başladı, amma bir dəfə bir başqa müsahibədə dediyim fikri bir daha təkrarlamaq istəyirəm: insanın bədənini deyil, ruhunu oyadacaq əsərlər yazmaq lazımdır. Bir canlanma var sanki indi, hamı yazır, hamı yazmağa qərarlı olur, bu, yaxşıdır, ədəbiyyatımızın inkişafı yolundakı yaşamaq uğrunda mübarizənin var olmasıdır, ədəbiyyatımızın həyat uğrunda mücadiləsidir. Amma kaş ki, oxucuya çata bilə yazdıqlarımız, əsl oxucuya, yazmağa qərarlı olmayan, yazarı yox, mətni görən, kitaba susayan oxucuya!
- Romanda əyalət şüuruna ya da uşaqlıq xatirələrinə yönəlmə ilə müasir ya da postmodern şüurun nostalji düşkünlüyünün hər hansı bir əlaqəsi varmı? Bəs siz əyalət şüurundan ya da uşaqlıq xatirələrindən romanlarınızda istifadə edəndə qarşınıza hansı məqsədləri qoyursunuz? Bununla etiraz etməyi düşünürsünüz?
- Başqalarının adından ümumi heç nə deyə bilmərəm, hər kəs özünün üçüncü dünyasını yaradır – yaşadığı və yaşamadığı iki dünyanın arasındakı ədəbiyyatını. Düşünmürəm də ki, hər kəs elə ancaq özünün şəxsi xatirələrini paylaşmağa qalxsın roman yazmaq adına. Şəxsən mən uşaqlıq xatirələrimdən yalnız «Cırcırama öpüşü» adlı povestimdə istifadə etmişəm, içi mən qarışıq yaşıdım olan qızların ümumi obrazıdır oradakı Zöhrə. Bu, başqa yazılarımda yoxdur, bir də «Namə» romanımda Aidanın yuxuları özümün nə vaxtsa gördüklərim olub, o qədər.
- Hekayə və romanlarınızda qəhrəmanların və onların düşüncələrini özünüzə yaxın hesab edirsinizmi?
- Hamısı doğmadır mənə, ən pisinin içində bir yaxşı, ən yaxşısının içində bir pis var mütləq, bir çoxlarını real həyatdan da tanıyıram. Yazdıqlarımın içinə həkk olunmuş bu insanların sonrakı talelərini realda izləməkdən qorxuram bəzən, məsələn, «Namə»dəki Masyanın xərçəng olduğunu biləndə ağlamışdım, Nadyanın fotosunu bir facebook fotoqrafının bomjlardan ibarət albomda görüb diksinmişdim ki, hələ də sağdır, «Folknerin vaxtsız gəlişi»ndəki qadının «Ağrı»dakının eyni olduğunu tək mən bilirəm, «Zazunun anası» mənimlə rastlaşanda mütləq mənim hekayəmə «düşdüyü» zamanları xatırlayıb zarafatlar edir, oğlu əsgər olacaq artıq… «Hamilə» hekayəmdəki qara, kobud səsli kişini mən bir də ən son hekayəm «Tarladakı qadınlar»da gördüm – Rüstəm adlı birisi. Hərdən heyrət edirəm yazdıqlarıma baxanda, hər şey canlıdır onlarda, hər tərəfimdədirlər, gözəl bir harmoniyası olan xaos, adrenalin və ekstrim dolu labirint kimi…
- Yazdıqlarınızda xəyalla həqiqət arasındakı məsafəni gizlətmək üçün bəzən müəyyən maraqlı gedişlər edirsiniz. Siz oxucunuza yazının əslində bir oyun olduğunu çatdırmağa çalışırsınız?
- Mənim üçüncü dünya dediyim ədəbiyyat elə budur – real olanla real olmayanın arasındakı neytral zona, bunu qəsdən uydurmaq olmur, gərək spontan alınsın, sən sadəcə yazının içinə qapılırsan və Alisa möcüzələr aləminə düşdüyü kimi bir halda olursan – ta ki mətn bitənə qədər. Oyun deyil, oyun dediyimizi şeirdə bacarıram, nəsrdə yox.
- Necə düşünürsünüz, yazdıqlarınız ənənəvi nəsr nümunələridir, yoxsa artıq özünüzə məxsus bir cığır açmısınız?
- Bunu mən deyə bilmərəm, yazdıqlarımı oxuyanlar deyə bilərlər, hərçənd, mən dəstə adamı deyiləm, tək getməyi daha çox sevirəm, alınacaqsa, nə gözəl!
- Bu gün televiziya kanallarında göstərilən bir çox serialın romanlardan televiziyaya uyğunlaşdırıldığını görürük. Nə zamansa telekanallar üçün serial ssenarisi yaza bilərsinizmi?
- Mənim son baxdığım teleserial «Klon»un ilk dəfə «Lider» telekanalında nümayişi vaxtı olub, məhz o zaman doğrudan da çox sevdim Qloria Peres adlı Braziliya yazıçısını. Düşündüm ki, mən də yaza bilərəm, çünki içimdə insanlara demək istədiklərim vardı. Həm də, bu işdən maddi gəlir də ola bilirsə, nə yaxşı deyə ümidlənmişdim. Amma internetimin belə olmadığı, kompüterdə yazmağın nə demək olduğunu bilmədiyim, əlyazmalarımın kiril əlifbasıyla yığıldığı vaxtlar idi, neçə dəftər dolu kinopovest yazdım, sonralar it-bat oldu onlar, məişət, ev, uşaqlar, şəxsi depressiyalar… Roman yazmaq daha çəkicidir. Serial ssenarisini ancaq çox gözəl qonorar müqabilində yaza bilərəm, söz yox ki, fərqli və gözəl olmaq şərtilə.
- «İsmin yeddinci halı» romanınızda istifadə etdiyiniz texnika ilə romanda dilə gətirmək istədikləriniz arasında nə kimi paralelliklər var?
- Bu roman ağırlığı ilə qaldı yadımda, necə başladım, necə yazdım, necə bitdi, hələ də anlamıram və əminəm ki, məhz bunu özüm anladığım zaman kitaba çevriləcək. Oradakı iç-içə, yan-yana olan dünyalar, hər şeyin və hamının hər yerdə və hər zaman ola bilməsi, içimizdəki aləmlər, içində olduğumuz aləmlər, reinkarnasiya, ölüm, həyat, müharibə, sevgi, qadın, özüm! Müəllif olaraq özüm də varam o romanda, yazdığım, yaratdığım obrazlarla yanaşı, bir yerdəyəm…
- Özünə xas üslubu olan bir yazarsınız. Üslub fərqliliyi hekayə və roman yazarkən təyinedici olurmu?
- Bu haqda düşünmürəm. Öncədən heç nəyi təyin eləmirəm, bunu bacarmadığımı deyib etiraf etmək istəyirəm. Məhz öncədən düşünüb-daşınmaq istəyim, bir çox yazarlar kimi öncədən karkas hazırlayıb planlı şəkildə yazmaq cəhdlərim çox geriyə atdı məni, depressiyaya qapıldım, yazmıram, yaza bilmirəm, yaza bilməyəcəm kimi sərsəm bir inamsızlığa sürüklədi ruhumu. Halbuki mənə sadəcə noutbukda təmiz bir səhifə açıb barmaqlarımı klaviaturanın üzərində gəzdirmək gərək idi, bunu çox gec başa düşdüm.
- Ümumiyyətlə, Cavidan necə yazır? Yazı mətbəxinə girməyimizə icazə verirsiniz?
- Ağ-qara bir xronika kimi, bir qədər Şərqi Avropa ruhuna yaxın. Amma Cavidan çox tənbəldir. Çox az yazır. Çünki bir saat yarıma düz on səhifə hazır mətn alınır onda, məhz bu arxayınlıq da imkan vermir daha çox işləməyinə. O, bilir ki, hər bir mətn üçün ayrıca musiqi fonu olmalıdır və həmin musiqini tapıb qulaqcıqlarda yüksək səslə dinləyə-dinləyə başlayır yazmağa. Düşünmədən, plan qurmadan, bir cümlə o tərəfə nə yazacağını belə bilmədən. Deyim Sizə, «İsmin yeddinci halı»nı əsasən «Manqa» rok qrupunu, Portuqaliya hissəsində Şakiranı, «Namə»də əsasən «Ave Mariya»nı və Teomanı dinləmişdi, Məhsəti haqqında romanı isə Fərqanə Qasımovanın muğamlarına büründü. Musiqi fonu vacibdir onun üçün, amma nəsrdə! Şeir yazanda dinləmir, özü nəsə zümzümə edir və bu fonda da yazır. Elə bu müsahibəni də Laleh adlı qızın «Snö» mahnısını dinləyərək hazırlayıram.
- Əsasən hadisələrdən ibarət olan romanlarda psixoloji təhlillər vermək bir qədər çətin olur. Belə olanda siz hansı vasitələrdən istifadə edirsiniz?
- Ən adi bir dialoqda da situasiyanın psixoloji əhvalını vermək olar, ya o hadisələrin içində obrazların xırdaca jestləri, gözlənilməz hərəkəti bütün mahiyyəti aça bilər, hər şey yazının nə dərəcədə yazıçıya görünməsindən asılıdır, özünün görə bilmədiyini başqalarına göstərə bilməzsən axı.
- Mətn-yazar-oxucu arasındakı dinamik əlaqədən yola çıxaraq Cavidanın yazdıqlarını necə oxumalıyıq?
- Sadəcə uzaqda yaşayan, heç vaxt yaxında olmayan və olmayacaq bir tanımadığınız müəllifin ilk fədə gördüyünüz əsərini oxuyurmuşsunuz kimi.
- Hazırda nə yazırsınız?
- «Cəhənnəmdə bitən çiçək» romanımı yenidən nəzərdən keçirirəm, bəzi xırda redaktə və korrektələr edirəm, bir də şərti adı «Bakı 96″ olan romanına başlamışam.
- Bir də eşitdiyimizə görə Türkiyə nəşriyyatlarından biri ilə əlaqə yaratmısınız. Bir az da bu barədə oxucularımıza məlumat verərdiniz.
- Bəli, elə «Cəhənnəmdə bitən çiçək» üçün sifarişi İstanbuldan almışdım, «Bakı 96″ da eyni nəşriyyat üçün yazılır, sifariş olaraq.
Söhbətləşdi: Oktay Hacımusalı
Saturday, June 23, 2012
«Yazdığım qəhrəmanların hamısı məndən bir parçadır»
Cavidan: «Ədəbi mühitdə bir canlanma var»
Müsahibimiz Cavidan gənc yazar olsa da, daha çox hadisələri kənardan izləməyə qərarlıdır. Regionda – Lənkəranda yaşasa da, hər şeyi dəqiqliyi ilə görür, duyur, hiss edir. Beləliklə, bölgədə yaşadığı üçün onunla müsahibəni virtual olaraq aldıq.
- Yeni kitabınız işıq üzü görüb. Adətən deyirlər ki, kitab da doğma övlad kimidir. Bir ana kimi uşaq və kitab: hansı daha doğmadır Cavidan üçün?
- Bəli, adətən belə deyirlər, amma bir ana kimi əlbəttə ki, ədəbiyyatımdan daha doğmadır mənə uşaqlarım, kim bunun əksini pafosla deyirsə, sadə bir testlə yoxlasın özünü – kitablarınımı əlindən alsalar həyat davam edə bilər, uşaqlarınımı? Qaldı kitablarıma, onlar üçün mən ana yox, atayam deyəsən, onlar da doğmadır!
- Lənkərandan necə görünür ədəbiyyatımız: inkişaf var, yoxsa geriləmə?
- Ədəbiyyatın təfəkkürdən çox ehtirasın, hisslərin məhsulu olmasına təkan verildi. Məhz bu yön daha çox alqışlanmağa başladı, amma bir dəfə bir başqa müsahibədə dediyim fikri bir daha təkrarlamaq istəyirəm: insanın bədənini deyil, ruhunu oyadacaq əsərlər yazmaq lazımdır. Bir canlanma var sanki indi, hamı yazır, hamı yazmağa qərarlı olur, bu, yaxşıdır, ədəbiyyatımızın inkişafı yolundakı yaşamaq uğrunda mübarizənin var olmasıdır, ədəbiyyatımızın həyat uğrunda mücadiləsidir. Amma kaş ki, oxucuya çata bilə yazdıqlarımız, əsl oxucuya, yazmağa qərarlı olmayan, yazarı yox, mətni görən, kitaba susayan oxucuya!
- Romanda əyalət şüuruna ya da uşaqlıq xatirələrinə yönəlmə ilə müasir ya da postmodern şüurun nostalji düşkünlüyünün hər hansı bir əlaqəsi varmı? Bəs siz əyalət şüurundan ya da uşaqlıq xatirələrindən romanlarınızda istifadə edəndə qarşınıza hansı məqsədləri qoyursunuz? Bununla etiraz etməyi düşünürsünüz?
- Başqalarının adından ümumi heç nə deyə bilmərəm, hər kəs özünün üçüncü dünyasını yaradır – yaşadığı və yaşamadığı iki dünyanın arasındakı ədəbiyyatını. Düşünmürəm də ki, hər kəs elə ancaq özünün şəxsi xatirələrini paylaşmağa qalxsın roman yazmaq adına. Şəxsən mən uşaqlıq xatirələrimdən yalnız «Cırcırama öpüşü» adlı povestimdə istifadə etmişəm, içi mən qarışıq yaşıdım olan qızların ümumi obrazıdır oradakı Zöhrə. Bu, başqa yazılarımda yoxdur, bir də «Namə» romanımda Aidanın yuxuları özümün nə vaxtsa gördüklərim olub, o qədər.
- Hekayə və romanlarınızda qəhrəmanların və onların düşüncələrini özünüzə yaxın hesab edirsinizmi?
- Hamısı doğmadır mənə, ən pisinin içində bir yaxşı, ən yaxşısının içində bir pis var mütləq, bir çoxlarını real həyatdan da tanıyıram. Yazdıqlarımın içinə həkk olunmuş bu insanların sonrakı talelərini realda izləməkdən qorxuram bəzən, məsələn, «Namə»dəki Masyanın xərçəng olduğunu biləndə ağlamışdım, Nadyanın fotosunu bir facebook fotoqrafının bomjlardan ibarət albomda görüb diksinmişdim ki, hələ də sağdır, «Folknerin vaxtsız gəlişi»ndəki qadının «Ağrı»dakının eyni olduğunu tək mən bilirəm, «Zazunun anası» mənimlə rastlaşanda mütləq mənim hekayəmə «düşdüyü» zamanları xatırlayıb zarafatlar edir, oğlu əsgər olacaq artıq… «Hamilə» hekayəmdəki qara, kobud səsli kişini mən bir də ən son hekayəm «Tarladakı qadınlar»da gördüm – Rüstəm adlı birisi. Hərdən heyrət edirəm yazdıqlarıma baxanda, hər şey canlıdır onlarda, hər tərəfimdədirlər, gözəl bir harmoniyası olan xaos, adrenalin və ekstrim dolu labirint kimi…
- Yazdıqlarınızda xəyalla həqiqət arasındakı məsafəni gizlətmək üçün bəzən müəyyən maraqlı gedişlər edirsiniz. Siz oxucunuza yazının əslində bir oyun olduğunu çatdırmağa çalışırsınız?
- Mənim üçüncü dünya dediyim ədəbiyyat elə budur – real olanla real olmayanın arasındakı neytral zona, bunu qəsdən uydurmaq olmur, gərək spontan alınsın, sən sadəcə yazının içinə qapılırsan və Alisa möcüzələr aləminə düşdüyü kimi bir halda olursan – ta ki mətn bitənə qədər. Oyun deyil, oyun dediyimizi şeirdə bacarıram, nəsrdə yox.
- Necə düşünürsünüz, yazdıqlarınız ənənəvi nəsr nümunələridir, yoxsa artıq özünüzə məxsus bir cığır açmısınız?
- Bunu mən deyə bilmərəm, yazdıqlarımı oxuyanlar deyə bilərlər, hərçənd, mən dəstə adamı deyiləm, tək getməyi daha çox sevirəm, alınacaqsa, nə gözəl!
- Bu gün televiziya kanallarında göstərilən bir çox serialın romanlardan televiziyaya uyğunlaşdırıldığını görürük. Nə zamansa telekanallar üçün serial ssenarisi yaza bilərsinizmi?
- Mənim son baxdığım teleserial «Klon»un ilk dəfə «Lider» telekanalında nümayişi vaxtı olub, məhz o zaman doğrudan da çox sevdim Qloria Peres adlı Braziliya yazıçısını. Düşündüm ki, mən də yaza bilərəm, çünki içimdə insanlara demək istədiklərim vardı. Həm də, bu işdən maddi gəlir də ola bilirsə, nə yaxşı deyə ümidlənmişdim. Amma internetimin belə olmadığı, kompüterdə yazmağın nə demək olduğunu bilmədiyim, əlyazmalarımın kiril əlifbasıyla yığıldığı vaxtlar idi, neçə dəftər dolu kinopovest yazdım, sonralar it-bat oldu onlar, məişət, ev, uşaqlar, şəxsi depressiyalar… Roman yazmaq daha çəkicidir. Serial ssenarisini ancaq çox gözəl qonorar müqabilində yaza bilərəm, söz yox ki, fərqli və gözəl olmaq şərtilə.
- «İsmin yeddinci halı» romanınızda istifadə etdiyiniz texnika ilə romanda dilə gətirmək istədikləriniz arasında nə kimi paralelliklər var?
- Bu roman ağırlığı ilə qaldı yadımda, necə başladım, necə yazdım, necə bitdi, hələ də anlamıram və əminəm ki, məhz bunu özüm anladığım zaman kitaba çevriləcək. Oradakı iç-içə, yan-yana olan dünyalar, hər şeyin və hamının hər yerdə və hər zaman ola bilməsi, içimizdəki aləmlər, içində olduğumuz aləmlər, reinkarnasiya, ölüm, həyat, müharibə, sevgi, qadın, özüm! Müəllif olaraq özüm də varam o romanda, yazdığım, yaratdığım obrazlarla yanaşı, bir yerdəyəm…
- Özünə xas üslubu olan bir yazarsınız. Üslub fərqliliyi hekayə və roman yazarkən təyinedici olurmu?
- Bu haqda düşünmürəm. Öncədən heç nəyi təyin eləmirəm, bunu bacarmadığımı deyib etiraf etmək istəyirəm. Məhz öncədən düşünüb-daşınmaq istəyim, bir çox yazarlar kimi öncədən karkas hazırlayıb planlı şəkildə yazmaq cəhdlərim çox geriyə atdı məni, depressiyaya qapıldım, yazmıram, yaza bilmirəm, yaza bilməyəcəm kimi sərsəm bir inamsızlığa sürüklədi ruhumu. Halbuki mənə sadəcə noutbukda təmiz bir səhifə açıb barmaqlarımı klaviaturanın üzərində gəzdirmək gərək idi, bunu çox gec başa düşdüm.
- Ümumiyyətlə, Cavidan necə yazır? Yazı mətbəxinə girməyimizə icazə verirsiniz?
- Ağ-qara bir xronika kimi, bir qədər Şərqi Avropa ruhuna yaxın. Amma Cavidan çox tənbəldir. Çox az yazır. Çünki bir saat yarıma düz on səhifə hazır mətn alınır onda, məhz bu arxayınlıq da imkan vermir daha çox işləməyinə. O, bilir ki, hər bir mətn üçün ayrıca musiqi fonu olmalıdır və həmin musiqini tapıb qulaqcıqlarda yüksək səslə dinləyə-dinləyə başlayır yazmağa. Düşünmədən, plan qurmadan, bir cümlə o tərəfə nə yazacağını belə bilmədən. Deyim Sizə, «İsmin yeddinci halı»nı əsasən «Manqa» rok qrupunu, Portuqaliya hissəsində Şakiranı, «Namə»də əsasən «Ave Mariya»nı və Teomanı dinləmişdi, Məhsəti haqqında romanı isə Fərqanə Qasımovanın muğamlarına büründü. Musiqi fonu vacibdir onun üçün, amma nəsrdə! Şeir yazanda dinləmir, özü nəsə zümzümə edir və bu fonda da yazır. Elə bu müsahibəni də Laleh adlı qızın «Snö» mahnısını dinləyərək hazırlayıram.
- Əsasən hadisələrdən ibarət olan romanlarda psixoloji təhlillər vermək bir qədər çətin olur. Belə olanda siz hansı vasitələrdən istifadə edirsiniz?
- Ən adi bir dialoqda da situasiyanın psixoloji əhvalını vermək olar, ya o hadisələrin içində obrazların xırdaca jestləri, gözlənilməz hərəkəti bütün mahiyyəti aça bilər, hər şey yazının nə dərəcədə yazıçıya görünməsindən asılıdır, özünün görə bilmədiyini başqalarına göstərə bilməzsən axı.
- Mətn-yazar-oxucu arasındakı dinamik əlaqədən yola çıxaraq Cavidanın yazdıqlarını necə oxumalıyıq?
- Sadəcə uzaqda yaşayan, heç vaxt yaxında olmayan və olmayacaq bir tanımadığınız müəllifin ilk fədə gördüyünüz əsərini oxuyurmuşsunuz kimi.
- Hazırda nə yazırsınız?
- «Cəhənnəmdə bitən çiçək» romanımı yenidən nəzərdən keçirirəm, bəzi xırda redaktə və korrektələr edirəm, bir də şərti adı «Bakı 96″ olan romanına başlamışam.
- Bir də eşitdiyimizə görə Türkiyə nəşriyyatlarından biri ilə əlaqə yaratmısınız. Bir az da bu barədə oxucularımıza məlumat verərdiniz.
- Bəli, elə «Cəhənnəmdə bitən çiçək» üçün sifarişi İstanbuldan almışdım, «Bakı 96″ da eyni nəşriyyat üçün yazılır, sifariş olaraq.
Söhbətləşdi: Oktay Hacımusalı
Qəribə adam haqqında düşüncələr
Cəlil Cavanşir
Oktay Hacımusalı imzası oxucularımıza yəqin ki, tanışdır. Mən bu imzanı çoxdan tanıyıram, 2006-cı ildən. O zaman Oktay bizimki.org ədəbiyyat portalında yorulmadan ədəbiyyat üçün çalışırdı. Təsadüfən internetdə tanış olduq və Oktay mənim paytaxt ədəbi mühitinə açılmağıma, ədəbiyyatla daha ciddi məşğul olmağıma təkan verdi. Şeirlərim haqqında ilk yazıları da məhz Oktay yazıb və məni ədəbi mühitə təqdim edib. Sonra dostlarla birlikdə «Nota bene» və «Mərkəz» qəzetlərində ədəbiyyat səhifələri hazırlamağa başladıq. Mən Gəncədə, Oktay isə Bakıda bu işə xeyli əmək verdik. Nəticə də pis olmadı. Bizim təqdim etdiyimiz müəlliflərin bir çoxu ədəbi və elmi fəaliyyətini davam etdirdi, bir çoxu jurnalistika sahəsində tanınmış imzalara çevrildi. Birlikdə çap olunduğumuz müəlliflərin bir çoxu da zatən tanınmış imzalar idi.
Oktayın mənim yaradıcı həyatımda çox böyük etkisi var. Zamanında tanış olmağımız, yazılarım haqqında ümidverici fikirləri məni daha da həvəsləndirdi. O günlərin sahibiydi Oktay. Bütün gücüylə məni ədəbiyyata doğru çəkirdi. Ədəbiyyatla məşğul olmağın heç bir perispektiv vəd eləmədiyini bilə-bilə…
Qəribə adam
Oktay qəribə adamdır. Onun həyatdan bəkləntiləri yalnız özünə məlumdur. Bəlkə də buna görə ədəbi mühitdə ona münasibət birmənalı deyil. Sakit-sakit qarşısına keçənin bostanına daş atmaqla nəyə nail olmaq istəməsi mənim üçün sirri-xudadır. Onu hər zaman yazan, oxuyan, araşdıran görmüşəm. Tərcümələri, yaradıb sonra ləğv elədiyi ədəbiyyat bloqları, tənqidi yazıları ədəbiyyatımız üçün faydalı xidmətlərdir. Ancaq Oktay başladığı, gördüyü işlərin heç birində sabitqədəm deyil. Onun gördüyü işlərdən tez pəs etməyini hələ də anlamış deyiləm. Gördüyü işlər nəticə verməyə yaxınlaşanda Oktayda sanki ruh düşkünlüyü yaranır. Bulunduğu cəbhələr isə hər zaman rəngarəngdir. Dindarlar, solçular, millətçilər və s. Çalışdığı müddətcə boynuna düşən işin haqqını versə də, lazımınca çalışqan və zəhmətkeş olsa da qəfildən çalışdığı nəşriyyatdan uzaqlaşıb hansısa bir ədəbiyyat bloqu yaradıb onu təkbaşına idarə eləyə bilən adamdır. Yazmaqdan yorulduğunu, şikayətləndiyini görməmişəm. Yorulmadan tərcümə elədiyi yazıları bir araya gətirsən böyük bir biblioqrafiya alınar. Maaləsəf tərcümə edib bloqlarda yayınladığı ədəbiyyat nümunələrinin böyük əksəriyyətini indi axtarsam da tapa bilmirəm. Yəqin ki, onların harda olduğunu özü də unudub. Məsələn, Nazim Hikmətdən tərcümə elədiyi bir kitablıq şeir, yəhudi ədəbiyyatından tərcümələr, müxtəlif şairlərdən elədiyi bir neçə almanaxlıq tərcümələri indi axtarıb tapmaq çox çətindir. Bəlkə də dağınıq həyat tərzi, bir ayağının Siyəzəndə, bir ayağının Bakıda olmasına görədir zəhmətinin bəhrələrinin ortalıqda it-bat olması. Hərbi xidmətdən gələndə onu görüb çox heyrətlənmişdim. Dəhşətli dərəcədə arıqlasa da, gözləri dəyişməmişdi. Əvvəlki qədər inamlı görsənirdi. Qısa müddətə iş tapacağını, hər şeyi yoluna qoyacağını elə inamla deyirdi ki, öz ümidsizliyimdən utanırdım. Ucuz çayxanalarda çay içə-içə onun yeni yazılarını dinləməyim yazılmalı xatirələrdəndir. Mənə qarşı həmişə diqqətli və qayğıkeş olmağa çalışsa da Oktayın qəribə bir məsuliyyətsizliyi də var. Məsələn, müsahibə üçün göndərdiyin suallara bir günə cavab verəcəyini deyib üç gün yubatması, səndən aldığı hansısa müsahibəni unudub çap etdirməməsi Oktay üçün sadə bir şeydir. Həm də Oktay bu işlərin altında çox şirinliklə sivişir, «Abisi, narahat olma, düzələcək».
Oktay günahını yumaq üçün qarşısındakını asanlıqla ovsunlayır. Ona əsəbləşmək də olmur. Mən isə aramızdakı 3-4 yaş fərqə görə həmişə susuram.
Bir az bohem adam
Oktaydan öyrəndiyim bir çox şeylər var. Məsələn, kirayədə qalmaq imkanı olmayanda, evə getmək həvəsi olmayanda internet klubda gecələməyi öyrədib mənə. Sonra bu təcrübəni dəfələrlə həyatımda tətbiq eləmişəm. Bir az bohem həyatdır, ancaq olsun. Elə Oktay özü də bir az bohem adamdır.
Sözün kəsəsi, Oktay zəhmətkeş, çalışqan, eyni zamanda məsuliyyətli olmağı sevməyən, «Araz aşığından, Kür topuğundan» olan maraqlı bir adamdır. Həm ədəbiyyat adamı, həm də maraqlı bir ədəbi qəhrəman kimi olduqca kaloritlidir. Bu Oktay haqqında ilk yazım deyil, bir dəfə hardasa 2008-ci ildə şeirləri haqqında bir yazı yazmışdım. «Ümid var əvəzində…» adlanan yazım onun poeziyası haqqında, daha doğrusu bir neçə şeiri haqqında idi. Bu yazını başlayanda isə onun yenicə çap olunan «Bu vaxtın sahibi» romanı haqqında düşüncələrimi yazmağı düşünürdüm. Nədənsə söhbət bu yerə qədər uzandı. Oktay həqiqətən bədii obraz kimi çox maraqlıdır, lap roman qəhrəmanları kimi…
«Bu vaxtın sahibi»
Sözün açığı, romanın elektron variantını oxuyub fikirlərimi isti-isti yazmaq istəmişdim. Ancaq sonra fikrimdən daşındım. Hətta özümə söz verdim ki, bu kitab haqqında heç nə yazmayım. Yazmamaq üçün səbəblərim daha çox idi və bu səbəbləri Oktay yəqin ki, özü başa düşür. Ancaq kitabın təqdimatından sonra kitabı təkrar oxudum. Cəmi yarım saata kitabı bitirdim və başa düşdüm ki, nə isə yazmalıyam.
Oktay həyatını bir az tünd boyalarla, ümidsizcəsinə yazıb. Bir yazıçının zaman axımında bütün çırpıntılarını tələskənliklə, birnəfəsə köçürmək istəyib vərəqlərə. Romanın müəyyən parçalarını çayxanada çay içə-içə özü oxumuşdu mənə və böyük zövq almışdım doğrusu. Ancaq kitab halında romanı oxuyanda hiss elədim ki, Oktay sadəcə mənə oxuduğu parçalara ürəyini qoyub. Nədənsə digər hissələrə, digər parçalara lazımı qədər diqqətlə və həvəslə yanaşmayıb. Oxuduqca düşündüm ki, Oktay müəyyən hissələri daha əhatəli, daha oxunaqlı, daha maraqlı yaza bilərdi. Ancaq təəssüf ki, müəllif tələskənliklə işləyib mövzunu. Bizim hamımızda bu tələskənlik, tez yazıb bitirmək ehtiyacı var. Ancaq Oktay sanki həqiqətləri unudacağından qorxaraq, deyəcəklərinin hədəfə vaxtında çatmayacağından əndişlələnərək yazıb «Bu vaxtın sahibi»ni.
Əsər dil, üslub və süjet baxımından da axsayır. Məsələn, Türkiyə türkcəsindən transfer olunan sözlər əsərdə kifayət qədər yerinə oturmur. Əsərin qəribə üslubu (bəlkə də üslubsuzluğu) oxucunu çaşdırır. Süjetsizlik isə oxucuda mütaliə xaosu yaradır. Ən ciddi məqam, əsər «roman-gündəlik» adlandırılsa da, roman və gündəlik kriteriyalarına cavab vermir. Burda ciddi bir məqamı qeyd eləmək istərdim. Ola bilsin ki, əsər kitabın üz qabığında yazıldığı kimi, mənim bilmədiyim, haqqında məlumatsız olduğum «roman-gündəlik» janrının xüsusiyyətlərinə cavab verir.
Müəllif romanın çapından sonra verdiyi müsahibələrin birində, romanı yazmaq məqsədini açıqlayarkən bildirir ki, romanı yazmaqda məqsədi ədəbiyyat adamlarına «master-klas» keçməkdir. Oktay bunu zarafat və ya ironiya ilə demiş olsa belə, onun istəyini kifayət qədər əks etdirir bu fikir. Çünki ədəbiyyatı dərindən bilən, güclü mütaliəsi və bazası olan müəllif mənim düşüncəmə görə əsil «master-klas» keçməli idi. Təəssüf ki, müəllif bütün yaradıcı imkanlarından yararlanmayıb. Şəxsən mən daha doyumluq bir əsər oxuyacağıma inanırdım. Oktayın yaşadıqları, müşahidələri, bilgiləri imkan verirdi ki, o daha maraqlı və əhatəli bir əsər yazsın. Bu sadəcə mənim bəkləntilərimdir. Oktay isə həmişəki kimi öz bildiyini eliyib. Yəni, sübut edib ki, mən gözlənilməz tryukları bacarıram. Hətta bu tryuklar uğursuz olsa belə ondan çəkinmirəm.
Poetik nəsr
Əsərin poetikliyi, şeir kimi oxunması məni daha çox cəlb elədi. Hərdən mənə elə gəldi ki, Oktayın nəsrini yox, poeziyasını oxuyuram. Poeziya demişkən, son dövrlər yazdığı şeirlərdə də Oktay tələsir sanki. Sözün düzü, Oktayın əvvəlki şeirləri daha maraqlı idi. Oktayın digər nəsr əsərlərinə də də bir poetika hakimdir. Oktayın şeirdən nəsrə keçidi, onun hər ikisi ilə parallel məşğul olması, əsərin poetikasıdır.
«Gecənin bir aləmi yenə qarabasmadan oyanıb ona rast gəldiyim günə lənət yağdıra – yağdıra işığı yandırıb düşünməyə başladım. Bunların hamısı onun ayağına getdiyim gündən sonra başladı. Bu qarabasmalar, yuxumun pozulması və tez – tez qulağımda Şəbnəmin «Get, Oktay, get!» – cümləsinin səslənməsi…» Əsərdən seçdiyim bu parça mənim fikrimi əsaslandırmaq üçün kifayətdir. Cümlələrə bir az əl gəzdirsən şeirdir.
Və son…
Əsər haqqında çox danışmaq istəmirəm. Hər halda kifayət qədər ucuz qiymətə satışa çıxarılan, asan oxunan bu əsəri oxumaq daha məqsədəuyğundur. Həyat gerçəkləri, dinamika, oxunaqlı əsər oxucunu yormur. Yuxarıdakı iradları müəllif və oxucular qəbul etməyə bilər, ancaq düşündüklərimi yazmaqda bir fayda var. Son olaraq Oktay Hacımusalıya bol-bol uğurlar arzulayıram. Ümid edirəm ki, Oktay yazmaq istədiklərini yazmaq üçün fürsət tapacaq. Nə qədər məsuliyyətsiz yanaşsa da, ədəbiyyat onun boyuna biçilib. Ümid edirəm ki, yazı boyu səsləndirdiyim iradlardan inciməyəcək.
Mən belə yazmalıydım, abisi…
«Bütün ömrüm mövqe nümayiş etdirməklə keçib»
Anar: «AYB-ni min bir əzab-əziyyətlə qoruyub saxlamışıq və istəyirik ki, bu qurumu bada verməsinlər»
«Əslində AYB-nin istedadlı, ciddi saya biləcəyimiz üzvlərinin sayı iki yüz nəfərdən çox deyil…»
«İnternet müasir dövr üçün həm böyük bir kəşf, həm də eyni zamanda böyük bir bəladır. İnsanları məsuliyyətsizliyə yönəldən bəla…»
Azərbaycan Yazıçılar İttifaqının 1987-ci il iyunun 18-də keçirilən qurultayında yazıçı Anar ilk dəfə bu qurumun sədri seçildi. Sovet İttifaqının tifaqı dağıldı və qırmızı imperiyanın süqutu ilə yanaşı Yazıçılar İttifaqının adındakı «ittifaq» sözü də tarixin arxivinə gömülərək «Birlik» sözü ilə əvəz olundu… Artıq 25 ildir ki, xalq yazıçısı Anar Yazıçılar Birliyinin sədridir və artıq 25 ildir ki, Yazıçılar Birliyinin sədri Anar ləngərini pozmadan yolunu davam etdirir…
«Məni hər zaman günahlandırıblar…»
- Anar müəllim, bu iyirmi beş il necə qalıb yaddaşınızda?
- …Bu iyirmi beş ilin dörd ili Sovetlər Birliyi dönəminə təsadüf edir. Daha sonra, bildiyiniz kimi Sovetlər Birliyi dağıldı və bütün sahələrdə olduğu kimi ədəbiyyat sahəsində də xaos və anarxiya hökm sürməyə başladı. Çox çətin dövrlər yaşadıq. Ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə Azərbaycan ədəbiyyatında müəyyən irəliləyişlər başladı. Bu gün də cənab prezidentin ədəbiyyata qayğısı bariz şəkildə özünü göstərməkdədir.
- Etiraf edək ki, AYB digər yaradıcı qurumlardan fərqli olaraq, sıx-sıx qalmaqallarla gündəmə gəlir. Sizcə bunun səbəbi nədir?
- AYB-nin digər yaradıcı qurumlardan fərqi ondadır ki, AYB – nin üzvlərinin sayı digər yaradıcı qurumların üzvlərindən bir qədər çoxdur. AYB-nin hazırda 1500 nəfərdən çox üzvü var.
- Çox deyilmi? Anar müəllimə görə AYB-nin əslində neçə üzvü var?
- Əslində AYB-nin istedadlı, ciddi saya biləcəyimiz üzvlərinin sayı iki yüz nəfərdən çox deyil… Bu da istər-istəməz problemlər yaradır. Mən hər zaman qalmaqalların içində olmuşam. Məni hər zaman günahlandırıblar, hər zaman mənə hücum çəkiblər…
- Müstəqillik dövrünü bilirik. Bəs Sovetlər Birliyinin zamanında sizə kim hücum çəkirdi?
- Covet dövrünün son dönəmlərində, mən AYB sədri seçiləndən sonra ermənilərlə aramızda çox ciddi konflikt yaranmışdı. Və o zaman ermənilərdən çoxlu hədələr alırdım. Hətta, ermənilər içində mənim də adımın olduğu bir siyahı hazırlamışdılar ki, bu siyahıdakılar qətlə yetiriləcəkdilər.
- Heçənci adam idiniz o siyahıda?
- Mərhum alimimiz Ziya Bünyadovun dediyinə görə mənim adım o siyahıda ikinci yerdə idi…
- Hətta ona görə də sizə paxıllıq edirdilər?
- Bəli, deyirdilər ki, niyə onun adı ikinci yerdədir? Və ya ümumiyyətlə Anar nə edib ki, onun adı o siyahıda qeyd olunub…
«Gərək etiraf edim…»
- Bu günə qayıdaq… Anar müəllim, dünya bu gün informasiya və kommunikasiya inqilabları sayəsində əməlli-başlı dəyişib. AYB bunun qarşısında duruş gətirə bilirmi?
- Mənim nöqsanlarımdan biri də budur ki, mən internetdən istifadə edə bilmirəm. Gərək etiraf edim… Övladlarım da, nəvələrim də internetdən istifadə etməyi bacarırlar. Mən isə bacarmıram. Bacarmıram deyəndə ki, heç vaxtım da yoxdur. Amma Yazıçılar Birliyinin saytı var, onun orqanlarında dərc olunan yazılar mütəmadi olaraq bura yerləşdirilir. Həm də ona görə internetə girmirəm ki, haqqımda yazılan böhtanları, tənqidləri oxuyub vaxt itirmək istəmirəm. Onsuz da qəzetləri alıb oxuyuram. Bir də nə ehtiyac var ki, internetə girib onların nə yazdığını oxuyum?
Amma başa düşürəm ki, internet müasir dövrün vacib bir sahəsidir. Müasir dövr üçün o həm böyük bir kəşf, həm də eyni zamanda böyük bir bəladır. İnsanları məsuliyyətsizliyə yönəldən bəla… Nə istəyirsən yaza bilirsən, amma məsuliyyət daşımırsan. Qəzetdə yazanda heç olmasa yazan şəxsi məhkəməyə vermək olur, amma saytda bunu eləmək mümkün olmur. Həm də insan yorular. Orada yalan deyən də var, böhtan atan da. Onların hamısı ilə məşğul olsan, onda gərək bütün həyatını bu işə həsr eləyəsən.
«O qədər mərdimazar var ki…»
- Bir müddət əvvəl mənzil bölgüsü ilə bağlı iki yazar ortaya çıxaraq AYB-yə öz narazılıqlarını bildirdilər. Onlar qeyd edirdilər ki, biz Anar müəllimi sevirik, Anar müəllim yaxşıdır, ətrafı isə pisdir… Bunu necə anlamaq olar, həqiqətən Anar müəllimin ətrafı pisdir?
- Mənim ətrafım katiblərdən ibarətdir. Onlarla həm münasibətim yaxşıdır, həm də bir yerdə rahatlıqla işləyirik. Aramızda heç bir problem yoxdur. Mən bu adamlarla işləmişəm və işləyəcəyəm…
- O zaman bu bu söz-söhbət haradan qaynaqlanır?
- Nə bilim, vallah. O qədər mərdimazar var ki… Bir də görürsən kimsə kiminsə xətrinə dəyir. Kimsə kiməsə salam vermir… O dəqiqə sən olursan düşmən. Bax, sən bayaq iyirmi beş illik fəaliyyətimlə bağlı sual verdin…
…Xaricə də səfərlər etmişəm, ölkə daxilində də olmuşam, müxtəlif yerlər gəzmişəm, insanlar tanımışam, amma özlüyümdə bu qədər nankor insanla, bu qədər nanəcib insanla, bu qədər yalançı insanla heç vaxt heç yerdə rastlamamışam. Gəlir girir bu otağda başqa şey deyir, çıxır gedir başqa şey yazır. Mənə bir şey deyir, başqasına isə tamam başqa bir şey. Kiminləsə yola getmir, dalaşır, hayıfını gəlib məndən çıxır. Düzü bütün bunların hamısını desəm, bir dastan olar. Özü də o dəqiqə elə dəyişirlər ki… Min dəfə yaxşılıq elə, bir dəfə bir işini eləmə, o dəqiqə səndən üz döndərəcək. Hamısı elə deyil əlbəttə, amma adamların böyük bir qismi bax, belədir. Üzüdönükdür, etibarsızdır, çörəyi dizinin üstündə olandır, nankordur və nanəcibdir….
- Yəni söhbət yazarlardan gedir də?!…
- Yazarlardan gedir əlbəttə! Mənim ayrı adamlarla işim yoxdur ki!
«Qapım hamının üzünə açıqdır»
- …Bir də AYB-dən kənarda yaranan ədəbiyyat var. Anar müəllim, onları izləyə bilirsiniz?
- Bəzən onlar belə bir fikir səsləndirirlər ki, biz Anarla görüşmək istəyirik. Mən həmişə deyirəm, qapım hamının üzünə açıqdır. Əgər gəlmək istəmirlərsə, əsərlərini göndərsinlər. Mən özüm düşüb qapı-qapı onların əsərlərini axtarmayacağam ki. Əgər doğurdan da əsərlərini layiq bilirlərsə, hesab edirlərsə yazdıqları ədəbiyyatdır və bunu oxumaq olar, göndərsinlər. Amma mənim bu adamların yazdıqlarının həqiqətən də ədəbiyyat olmasına şübhəm var. Hiyə şübhəm var, çünki, o onların köşə yazılarını oxumuşam və inanmıram ki, o əxlaqda, o səviyyədə, o düşüncədə olan birisi ortaya nəsə ciddi bir ədəbi nümunə qoysun. Amma ola bilər ki, mən də yanılım. Ola bilər ki, köşə yazılarının tələbi tamam başqadır. Ola bilər həmin adam köşə yazanda yalan yazsın, böhtan yazsın, bəsit və dayaz yazsın, amma roman və şeir yazanda çox gözəl yazsın. Bəlkə də… Hə deyə bilərəm? Mən şəxsən oxumamışam.
«Gec-tez başa düşəcəklər…»
- Sizin də qeyd etdiyiniz kimi bir müddət əvvəl bir qrup gənc yazar ortaya çıxıb sizinlə görüşmək istədiklərini demişdilər. Onlar açıqlamalarında qeyd etmişdilər ki, biz barışığa getmək istəyirik…
- Bilirsiniz, axı, bu bir az Qarabağ seperatçıları ilə Azərbaycan dövlətinin görüşməsinə oxşayır… Azərbaycan hökuməti heç vaxt seperatçılarla danışıqlar apara bilməz. Və Yazıçılar Birliyinin sədri də heç vaxt beş nəfər adamla tərəf müqabili kimi danışıqlar apara bilməz. Gələ bilərlər, buyurub gəlsinlər. Amma onlar «biz barışmaq istəyirik» – deyəndə elə çıxır ki, guya mən onlardan küsmüşəm.
- Bəlkə, onlar sizdən küsüblər?
- Özləri küsüblər, özləri də bilərlər. Şəxsən mən heç kimdən küsməmişəm. Ona görə də heç kimlə də barışmaq fikrində deyiləm. Elə çıxır ki, guya mən bunlarla müharibə eləmişəm, indi də barışıram.
- Sizin adınızdan belə bir fikir də səsləndi ki, guya siz demisiniz: «tövbə eləsinlər, mən onlarla görüşərəm»…
- Mən bir qədər başqa cür demişəm. Demişəm ki, Yazıçılar Birliyinin tövbə qapısı açıqdır. Çünki, o qədər çirkin, o qədər eybəcər fikirlər deyiblər ki, peşman olduqlarını, bu fikirlərindən daşındıqlarını deməsələr, mən onlarla necə görüşə bilərəm? Mənə olmazın təhqirlər, olmazın böhtanlar yazan adamlarla necə danışa bilərəm? Bu böhtanlardan sonra mən durum deyim ki, gəlin gözümün üstündə yeriniz var?! Xeyir! Desinlər ki, bu yazdıqlarımızdan peşmanıq, desinlər ki, bu yoldan çəkinirik, bir də belə səhvlər eləməyəcəyik, ondan sonra hə, nədənsə danışmaq olar. Axır vaxtlar görürəm, çoxu səhv etdiyinin fərqinə varır. Gec-tez başa düşəcəklər…
- Yəni, gec-tez hamısı tövbə edəcəklər?
- «Tövbə» sözü bəlkə də bunu tam ifadə eləmir, yəni başa düşəcəklər ki, düzgün hərəkət etməyiblər. Mən nə «tövbə etsinlər», nə «qələt etmişik desinlər» – deyirəm, nə də başqa bir ağır ifadə işlədirəm, amma deyəcəklər ki, düz eləməmişik.
- Bu eyni zamanda AYB-nin içində müxalifətdə olan qüvvələrə də aiddir?
- Mən bilmirəm… AYB-nin içində müxalif qüvvələr var ki, məgər?
- Niyə ki, telekanallara çıxırlar…
- Bu ev məsələsində bir-iki nəfər çıxdı, onlar da sonra peşman oldular. Gördülər ki, ədalətsizlik ediblər.
- Amma belə bir səs-soraq da çıxdı ki, onları işdən azad etdirənlər olub…
- Söhbət bir nəfərdən gedir: Südabə Sərvidən. Südabə də müsahibəsində çox haqsızlıq etmişdi. Yaraşmazdı ona. Amma mən onun işdən çıxarılmasını eşidən kimi Vahid müəllimə zəng vurdum və xahiş etdim ki, çıxartmasınlar, təkrar öz yerinə bərpa eləsinlər. Vahid müəllim əsas göstərdi ki, o, bizim nizamnaməmizin daxili tələblərini pozduğuna görə işdən çıxarılıb. Mən heç kimin çörəyinə bais olmaq istəmədiyimi dedim və uzun müzakirələrdən sonra Vahid müəllim mənimlə razılaşdı. Daha sonra Mirşahinlə danışdım. Razılaşdıq. İndi Südabə zəng vurub ki, məni işdən çıxarıblar. Sən özün də eşitdin… Mənim də sözümü yerə salandan sonra mən daha artıq neyləyə bilərəm ki?! Amma təəssüf edirəm. Təəssüfümü bildirirəm ki, gərək Südabə Sərvini işdə saxlayaydılar.
- Anar müəllim, bu xalçanı kim bağışlayıb sizə?
- Yüz faiz Südabənin atası bağışlamayıb. Bunu mənə Gəncənin icra başçısı altmış illiyimdə bağışlayıb. Bax, belə şeyləri necə bağışlayasan? Bunu necə bağışlayasan ki, bu xalçanı mənə yüz adamın içində hədiyyə ediblər, Südabə də yazıb ki, mənim atam bağışlayıb. Mən heç onun atasını tanımıram axı. Üzünü də görməmişəm. İndi bax bu müsahibədən sonra da həmişəki kimi deyəcəklər ki, tənqidi niyə qəbul eləmirsən? Bu tənqiddir? Əgər bu tənqiddirsə, o zaman mən «tənqid» sözünün mənasını başa düşmürəm. Bu yalandır, bu böhtandır, bu iftiradır.
«Yazsınlar da…»
- Anar müəllimi sizcə tənqid daha çox eləyirlər, yoxsa təhqir?
- Bir-iki qəzet var, əsasən «Azadlıq» qəzetidir, orada bir neçə «anarşünas» əyləşib, işləri-gücləri məndən yazmaqdır. Sonra «Müsavat» qəzetində arada yazılar çıxır. Son zamanlar «Şərq» qəzeti də yazır. Yazsınlar da… İslanmışın yağışdan nə qorxusu?! Mən öz işimi görürəm, onlar da bir gün başa düşəcəklər ki, vaxtlarını boş-boş işlərə sərf ediblər.
- Hərdən yazı masası üçün darıxdığınız vaxtlar olur?
- Mən yazı masasından ayrılmıram, daim işləyirəm. Qəribədir, bəzən yalnız müəyyən janrlara diqqət olur. Sən əgər başqa janrlarda işləyirsənsə, deyirlər, yəqin yazmır. Mən ssenari də, nəsr də, pyes də yazıram, onları görmürlər, deyirlər, yəqin yazmıram. Son illərdə yazdıqlarımı oxusunlar, sonra desinlər yazmışam yoxsa yox?!
- Bəziləri iddia edirlər ki, siz xaricdə ancaq özünüzə yaxın, AYB-yə yaxın bəlli çevrələri təqdim edirsiniz… Doğurdanmı, bu belədir?
- Qətiyyən elə deyil. Türkiyədə «Min ilin yüz şairi» kitabını tərtib etmişəm. Deməli, yüz şairi artıq mən türkiyəli oxuculara təqdim etməyi bacarmışam.
- Ən gənc şair kim idi həmin yüz şairin içində?
- Türkiyədə çalışdığım dövrdə olub bu. Vaqif Cəbrayılzadə nəsli idi. Yox, dəqiq yadıma düşdü, şəhid şairlərimiz Ülvi Bünyadzadə, Alı Mustafayev, bir də Nizami Aydın… Türkiyədə Cəlil Məmmədquluzadənin, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin ayrı-ayrılıqda kitablarını çap etdirmişəm. Əgər bunlar Azərbaycan ədəbiyyatından saymırlarsa, bəs yaxşı bunlar kimdir?
«Valideynlərimi ədəbiyyatdan silə bilmərəm»
- Son dövrlər AYB-nin xarici əlaqələri hansı səviyyədədir?
- Bizim Avrasiya Yazarlar Birliyi ilə sıx əlaqələrimiz var. Ən son Sabir Poeziya günlərində ordan gəlmişdilər. Avrasiya Yazarlar Birliyinin orqanı var: «Kardeş kalemler». Onlarla da əlaqəni mən yaratmışam, amma indi həmin dərgidə istənilən Azərbaycan yazarı, şairi rahatlıqla çap olunur. «Dialoq Avrasiya» dərgisində də Azərbaycan yazarları öz əsərlərini çap etdirirlər. Yəni, mənim əlim hara çatırsa, orada yazarlarımızı təqdim edirəm.
Bu iddiaların alt mənası odur ki, mən Türkiyədə atamın da kitabını çap etdirmişəm. Hiyə də elətdirməyim?! Başqa şairlərin də kitabı çıxıb, onun da. Əgər bir adam iddia etsə ki, mən atamı və anamı digər yazarlardan daha çox təbliğ edirəm, bu düz olmaz. Amma mən onları ədəbiyyatdan silə bilmərəm. Onlar düşünürlər ki, Anar durmadan öz ata-anasını təbliğ edir. Hətta bir nəfər yazmışdı ki, Anar gedəndən sonra Rəsul Rzanın adını heç «Ədəbiyyat qəzeti» də çəkməyəcək.
«Ədəbiyyat qəzeti»ndən razı deyiləm
- «Ədəbiyyat qəzeti»ndən söz düşmüşkən, «Ədəbiyyat qəzeti»ndən razısınız?
- Müəyyən məqamları ilə razıyam, müəyyən məqamları ilə yox. İstərdim ki, bu qəzet daha mükəmməl çıxsın.
- Gözünüzün qabağına bir anlığına «Ədəbiyyat və incəsənət» qəzetini gətirsəniz, səviyyə baxımdan üstünlüyü hansına verərsiniz daha çox?
- Bunun üçün gərək o dövrü və bir də bu dövrü gözünün qabağına gətirəsən və yalnız o zaman dəqiq paralelliklər aparmaq mümkün olar. Sovet dövrü indiki dövrdən nə qədər fərqlənirsə, «Ədəbiyyat və incəsənət» qəzeti də «Ədəbiyyat qəzeti»ndən o dərəcədə fərqlənir. Amma mən deyə bilmərəm ki, «Ədəbiyyat qəzeti»ndən tam razıyam. Bu qəzetə mən dəfələrlə təkliflər də vermişəm…
- Hətta, bir ara tənqid də etdiniz…
- Tənqid də etmişəm, redaktoruna da demişəm, təkliflərimi də eləmişəm. Amma bir şeyi qəbul edirəm ki, bu qəzeti qalmaqal qəzetinə çevirmək olmaz. Bəzi qəzetlər sensasiya xətrinə yalan, böhtan, şər yaza bilər, amma «Ədəbiyyat qəzeti» gərək öz mötəbərliliyini saxlasın.
- Zənnimcə, «Ədəbiyyat qəzeti»nin indi heç bir mötəbərliyi yoxdur…
- «Ədəbiyyat qəzeti»nin ən böyük nöqsanı onun çox böyük-böyük materiallar verməsindədir. Mən kiçik, xırda, oxunaqlı materiallar verən qəzetləri sevirəm. Vaxtım olduqca məhduddur. Görürəm ki, böyük materialdır, oxumadan keçirəm. Qəzet isə oxunmaq üçün çıxır. Materialı gərək elə təqdim edəsən ki, oxucu ondan yorulmasın, bezməsin. Bu baxımdan mən «Ədəbiyyat qəzeti»ndən razı deyiləm. Forma cəhətdən. Məzmun da forma ilə sıx surətdə bağlıdır.
«Zamanla ayaqlaşılmalıdır…»
- Sizi adətən ziyalı mövqeyi nümayiş etdirməməkdə də ittiham edirlər…
- Mənim elə bütün ömrüm mövqe nümayiş etdirməklə keçib. Deyirlər də… Ona görə deyirəm ki, bütün bunların hamısı yalan, böhtan, məkr üzərində qurulub. Əgər bunların içində bir balaca həqiqət olsaydı, adamı yandırmazdı. Bu yazanların bir hissəsi bilməyərəkdən yazır. Bir hissəsi isə bilə-bilə yazır. Mənə elə gəlir ki, bunların yaxşı muzdverəni var. Belə olmasa bu qədər canfəşanlıqla yazmazlar. Yazırlar, sonra bir müddət ara verirlər, sonra yenə başlayırlar. Deməli, tapşırıqla yazdıqları kimi tapşırıqla da susurlar. Gəlin ayrı şeylərdən danışaq. Kimdi axı bunlar? Belə çıxır ki, mənim başqa işim-gücüm yoxdur…
- Qarşıdan qurultay gəlir. Anar müəllim qurultaydan sonrakı AYB-ni necə görmək istəyir?
- Birinci növbədə biz AYB-ni min bir əzab-əziyyətlə qoruyub saxlamışıq və istəyirik ki, bu qurumu bada verməsinlər. Eyni zamanda yeniləşmə olmalıdır. Zamanla ayaqlaşılmalıdır. Mənim gələn il yetmiş beş yaşım tamam olur. Mən də əbədi deyiləm ki… Allah indi nə qədər ömür veribsə, onsuz da gələcəkdə gənclər gələcəklər. Amma bu gənclər mən istərdim ki, sağlam gənclər olsun. Olanların üstündən qələm çəkməsinlər, oturduqları budağı baltalamasınlar, su içdikləri quyuya tüpürməsinlər. Eyni zamanda ədəbiyyatı irəli aparsınlar. Eyni zamanda yeniləşməni təmin etsinlər. İndi internet əsridirsə, bunlar o vasitələrdən də isifadə etsinlər. Biz də imkanımız olsa kənardan baxaq və sevinək ki, ədəbiyyatımız əmin əllərdədir.
Söhbətləşdi: Oktay Hacımusalı
Friday, June 1, 2012
VAXTDAN çox qabağa gedən “Bu vaxtın sahibi” və nələr, nələ
Thursday, May 31, 2012
Här cümläsindä bir roman gizlänän kitab
Sunday, July 24, 2011
hələ rastına çıxmamış gəl vaz keç məndən
gəl vaz keç məndən
nolsun e nolsun
məni tərifləyiblər yanında
bir iki saytda şeirlərimi oxumusan
sonra hansısa bir tədbirdə görmüsən məni
(əli və ninoda olar da yəqin)
mən də axmaq kimi dilboğaza qoymamışam
atanı görmüsən bir az məndə
bir az da yaşamadığın uşaqlığını
qızım məncə unuda bilərsən axı
hələ rastına çıxmamış
gəl vaz keç məndən
yuxuna haram qataram a haram
unudarsan hər şeyi
saaatlarla güzgünün qabağında bəzənməyi tərgidərsən
sonra gözlərini yığa bilməzsən yollardan
məni gözləyərsən
mənim istəklərim ağır gələr
əzilərsən altında
ilk başda sevgi gözünü örtdüyündən
nə desəm həyatının qanununa çevrilər
amma sonra
sonra
əzablar kor bataqlıqlar kimi çəkər içinə
ayılıb görərsən ki batıb gedirsən
əlacsızam da
neynim əlacsız
deyərsən telefonda rəfiqənə
oktaya öyrəşmişəm
onsuz dəli olaram
yalandı
adının bir parçası haqqı yalandı
adam böyüyün sözünə qulaq asar
quzum
hələ rastına çıxmamış
gəl vaz keç məndən
BEYNİNƏ TƏKLİK VURANDA...

(“REAKSİYA BİLDİRMƏLİ OLDUQLARIM ÜÇÜN” III YAZI)
Bir zaman hətta kimsənin yanında danışmasını belə istəməyən bir insan elə bir an gələ bilər ki, susqunluğunu pozmaq istəyər və ətrafında olanların hamısından susmadan danışmasını istəyər. O, illərlə bunun həsrətini çəkmişdir çünki. İllərlə bu günün xəyalı ilə yaşamışdır. Hətta, o anda bezgin olduğunu, dərdin bala – bala içini əzdiyini hayqırsa da, əslində onu bezdirən, içini əzən illərdən bəridir susqunluğunu qoruması, hər şeyi içinə atması olmuşdur. O, bunun fərqindədir, ona görə də qarşısındakına “susma!” – deyə müraciət etməkdədir. Onun müraciəti artıq xahişi keçmişdir, tam tərsi ona əmr verməkdədir.
Yanğın var içimdə, susma
yoruldum rəsminlə danışmaqdan
ağlamaqdan yoruldum
səni düşünməkdən
və rəsmini sevməkdən bezdim.
bezdim insan olmağımdan
sənsiz qalmağımdan
susmağından bezdim, susma
Budur, insanlığın sevgisizlikdən yola çıxaraq gəldiyi nöqtə! Cəlil Cavanşir bunu üstünə alınmasın, məsələ onun sevgisizliyi deyil, tam tərsi məsələ cəmiyyətin sevgini xırdalaşdırmasındadır, məsələ cəmiyyətin sevgini qutsallaşdırmaqdansa onu yataq oyunlarının bir parçası halına gətirməsindədir. Ona görə Cəlil üsyan bayrağını qaldırır, ona görə “siz mənim dərdimə çarə tapmasanız çıxıb gedərəm” – deyir.
gedərəm, gedərəm, çıxıb gedərəm
milyon il gedərəm
işıq yoluyla
milyon il gedərəm
işıq sürəti
milyon il gedərəm tək O-na doğru
səmanı çiynimə alıb gedərəm
üzüm kainatın sonuna doğru.
Sevgisizlik və təklik girdabında boğulmaqdan dəhşətli bir şey ola bilməz bu yer üzündə. ətrafın, çevrən insanla dolu olar, yığın halında, sürü halında gəzişərlər ətrafında, amma dərdini danışmağa bir Allah bəndəsi tapmazsan. Tapmazsan ki, dərdini, illərdən bəridir içinə atdığın dərdləri, sıxıntıları Əvəz Qurbanlı demiş “qışqırasan dincələsən”. Yoxdur, Cəlil Cavanşir, yoxdur! Axtarmağına belə dəyməz! Bizimkisi iki daşın arasında, yarı yaşında birilərini sevənlərdi ki, qismətimiz buraya qədərmiş deyib kifayətlənərik. Ya da kifayətlənmərik, təklik beynimizə vuran anlarda bax beləcə sənin etdiyin üsyan bayraqlarını çəkərik. Qarşımızdaki şəxsdən ancaq danışmağını istəyərik. Susmasın, danışsın, nədən danışacaq, kimdən danışacaq, umrumuzda belə olmaz. Içində, içimdə, içimizdə yaranan fırtınalar başqalarının gözündə bəlkə də bizi adamlıqdan çıxarar, bəlkə də biz onların gözündə heçliyə, puçluğa çevrilərik, amma sən, mən, yəni biz ancaq bir şeyi istəyərik qarşımızdakından: susma! Dərdlər içimizdə dərin yaralar açar, ağrıdan alnımızdaki damarlar ilan kimi qıvrılar, bizsə həmin anlarda iki şeydən qorxarıq sadəcə: susqunluqdan və bizə baxan ətrafımızdaki gözlərdən!
susma,
içimdə hüzn var,
dərd içimi oyur,
yoruluram baxışından
baxma.
Sənin susqunluğundan,
dəli ola bilərəm,
baxma
belə baxma.
sənin lal baxışından
baxışından
ölə bilərəm...
Cəlil “elə gözləyirəm ölümüm gələ”ni yazdığı zaman da təklik içərisində idi, “Qızımın adını Şəbnəm qoysam”ı yazanda da. Alın yazısı – təklik, sevgi, sonda isə depresiya… və dalınca dalbadala düzülmüş nöqtələr… bəlkə də sual işarələri… həm də cavabını gözləyən sualların axırına qoyulan sual işarələri…
Nəyimə lazımdı səni yazmaq,
yazılacaq bunca sevdalar içində.
bu şəhərdə sevgilər də,
nisgillər də
tamam fərqli biçimdə.
“Nəyimə lazımdı?” - sualı ilə başlayır Cəlil Cavanşir, elə deyilmi? “Nəyimə lazımdı?” sualı “yum gözünü, baxma, baxma…” cümlələri ilə davam edir, axır gedib harda dayanır qatar? Depressiyada! Günümüz insanı, yaşadığımız toplumun kəsavətli havası ona elə təsir edib ki, ütopik bir sevgi də artıq tərk edilmiş bir xarabaya çevrilib Cəlilin nəzərində. Və yavaş – yavaş dəyərini itirib…
səni hər doğan günəşdə
hər batan ayda
hər axan ulduzda
və hər sevdiyim qızda itirdim
unutdum
bir azda.
Hər nə qədər “lənətə gələsən!” – desəm də, desən də, desək də nəticə etibari ilə gəldiyimiz nöqtə eynidir: “Sevirəm səni hələ də...” Yenə də görürsən ki, onun əsirisən. O, sənə xəyanət etsə də, səni sevsə də, sənə nifrət etsə də, səninçün dəyişilməzdir, əvəzolunmazdır. Baxmayaraq ki, bu şəhərdə sevgisini rahatlıqla səninlə paylaşabiləcək qızlar, xanımlar var və sən onlardan sevgini beşdəqiqəlik sədəqə kimi qəbul etməyəcəksən. Və bir də... Cəlilin dediyi kimi bu şəhərdə ucuz qadınlar var. Amma inanın mənə, onlar şair dostumuzun o
Saçlarının bəyazını xınayla gizləyən,
Kiçiçik qızınını atasız böyüdən,
İşini çox sevən qadın... – deyə bəhs etdiyi qadınının yerini verməyəcək. Neyləsə də! Baxmayaraq ki, özünün dediyi kimi “tənha gecələrdə, kişilərə yaraşmayan ağlamaq, qışqırmaq kimi vərdişləri var.”
Sonda sənə bir söz deyim, Cəlil qardaş! Əsas odur ki, bu şeirlərində özünsən! Kimisə təkrarlamırsan, belə getsə daha fərqli yerlərə gələcəksən. Içində partlmağa hazır, partladığı zaman hər yeri dəhşətlə sarsıdacaq nəhəng bir bomba yerləşib. O sözün partlayışıdır. Və o partlayışdan qətiyyən qorxma!
milyon il gəlmişəm işıq yolunu,
gəlib dayanmışam bu yer üzündə
dünyanı qoyublar ayağım altda
dünya ilk durağım
dünya son evim.
dünya unutduğum,
dünya sevdiyim.
Milyon ilə işıq yolunu gəlmisənsə, gəlib bu yer üzündə dayanmısansa, dünyanı ayaqların altına qoyublarsa sən xoşbəxtsən. Amma, sənə verilənlə kifayətlənmə! Daha çoxunu istə! Onsuz da gec ya da tez çıxıb gedəsiyik bu fəna mülkündən!
“Sağlam İnkişaf və Maarifəndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov"Din insan ruhunun qidasıdır"

Müsahibimiz “Sağlam İnkişaf və Maarifəndirmə” İctimai Birliyinin sədri Anar Xəlilovdur
- Qısaca oxucularımıza özünüz və təşkilatınız haqqında məlumat verə bilərsinizmi?
- Sağlam İnkişaf və Maarifəndirmə ictimai birliyi 2003-cü ilin sentyabr ayinin 15-də bir qrup gənc tərəfindən yaradılıb. 20-ə qədər layihə 50-dən çox müxtəlif tədbirləri həyata keçirmişik. Üç dildə Qarabağ abidələri kitabını, Qarabağ yaddaş kitabını və 5 müxtəlif maarifləndirmə kitabçaları nəşr etdirmişik. Xarici dillərdə Qarabağa aid CD disklər təbliğat xarakterli müxtəlif divar kağızları hazırlamışıq. “Unutmayaq” kompaniyasının Respublikada keçirilməsinin müəllifi bizik. Əli bəy Hüseynzadə adına diplom təsis etmiş lakin hələ də müxtəlif səbəblərdən onu heç kimə təqdim etməmişik. www.karabakhmonuments.az və www.karabakhnature.az saytlarını da bizim birlik yaradıb. Gənclərin ilk tribunası olan Təməl jurnalını təsis etmiş indiyə qədər 6 sayını oxuculara təqdim etmişik. Birliyin əsas istiqaməti Qarabağ həqiqətlərinin dünyada yayılması istiqamətində işlər, gənclər arasında müxtəlif maarifləndirmə işlərinin aparılması, milli mənəvi dəyərlərimizin soy kökümüzun qorunması naminə fəaliyyətdir.
- Milli – mənəvi dəyərlərin gəncliyin həyatlnda önəmi nə qədərdir?
- Əslində Azərbaycan gəncliyinin həyatında milli – mənəvi dəyərlərin rolu əsas önəmli yerlərdən biri olmalıdır. Çünki millət kimi formalaşmaqda bu çox vacib amildir. Amma gənclik elə bir təbəqədir ki, qəti şəkildə bunu ona bu gün vacib şərt kimi qoymaq çox çətinir. Qloballaşan dünyada mədəniyyətlərin bu gün xalqlar arasında inteqrasiyasının geniş vüsət aldığı məqamda bu çox çətin prosesə çevrilmişdir. Lakin mən hesab edirəm ki bu gün ziyalılarımız bu istiqamətdə işlərini artırmalı və gənclərimizə milli mənəvi dəyərlərimizi müasir dünyanın tələblərinə cavab verə biləcək tərzdə aşılamalıdırlar. Əgər biz istəyiriksə dövlətçiliyimiz daim güclü olsun, Azərbaycan həmişə dünyada öz sözünü özünəməxsus qürurla desin bu çox vacib məsələdir. Gəncliyin vətənpərvər, savadlı, layiqli vətəndaş kimi yetişməsi məhz bu yoldan keçir. Düzdür, mənimlə razılaşmayanlar da olar. Avropa mədəniyyəti, Avro inteqrasiya və s məsələlərdən misallar çəkilə bilər. Ancaq mən hesab edirəm ki, Azərbaycana lazım olan müasir dünyagörüşlü intellektual gəncliyin yetişməsində milli mənəvi dəyərlərimizin əsas götürülməməsi düzgün deyil. Əksinə, bünövrəsində milli dəyərlərimizə söykənən biliklərə malik gənclərimiz Azərbaycanın inkişaf edərək dünya dövlətləri sırasında önəmli yerlərə çıxmasına daha çox fayda verə bilərlər. Dünyanın aparıcı dövlətlərinə diqqət etsək bu belədir. Yəni alman və fransız heç vaxt öz dəyərindən uzaqlaşmır. Biz isə inteqrasiya deyəndə özümüzü onların dəyərlərinə yiyələnməklə müasir dünyanın tələblərinə uyğun savadlı hesab edirik, lakin son nəticədə biz Azərbaycanlıyıq heç nə dəyişmir əksinə itir – itən də bizim dəyərlərimiz. Bu isə müasir dünyada çox təhlükəlidir və işğal olunmaqdan da dəhşətli bir prosesdir. Mənim dünya xalqlarının dəyərlərinə çox böyük hörmətim var . Əslində dünyanın bütün müsbət dəyərlərinin bir müəllifi var insan Lakin reallıq da var insanlar müxtəlif millətlərə bölünüb və hesab edirəm ki, bu dəyərlər öyrənilməlidir amma olduğu kimi özümüzə tətbiq edilməməlidir.
- Sizə görə din nədir? Din və millət anlayışlarının bir – birindən ayrıldığı incə cizgilər hardan başlayır?
- Din insan mənəviyyatının onun ruhunun qidasıdır. Söhbət Tanrının peyğəmbərlər vasitəsilə insanlara göndərdiyi əsl dinlərdən gedir. Quranda da səhv etmirəmsə millət anlayışı ilə bağlı ayə vardır. Mən hesab edirəm ki din insanların həyatında hansı önəmli rolu oynayırsa millət anlayışı da bir o qədər önəmli rol oynayır. Amma bu bir millətin digər millətdən üstünlüyü kimi olmamamalıdır. Din bütün insanları tərbiyyə edir onu saflaşdırır düzgün yaşamaq yolu göstərir dünyanın onların yaşaması üçün Tanrıdan bir əmanət olduğunu izah edir və s. Millət anlayışı isə bu dünyada müxtəlif millətə məxsus insanların elminin inkişaf etməsinə, güclü iqtisadiyyat qurmasına , yüksək mədəniyyətə malik olmasına, təhlükəsiz yaşamasına, firavanlıqlarının təmin edilməsinə və s xidmət edir. Yəni fərq budur. Din bütün insan fərdlərinin hər birinə aiddirsə, Millət anlayışı ancaq ona məxsus topluma aiddir. Məhz buna görə daim görkəmli siyasətçilər və mütəfəkkirlər dini siyasətdən və dövlətdən ayırmağa çalışıblar mənim fikrimcə onların bir yerdə tətbiqi heç vaxt uğur qazana bilməyəcək.
- Bu gün Azərbaycanda dini və milli tolerantlıq hansı səviyyədədir?
- Hesab edirəm ki Azərbaycanda olan tolerantlıq bütün dünya üçün bir nümunə ola bilər. Bu bizim xalqın ən böyük baş ucalığıdır. Bütün dinlərə məxsus ibadət ocaqlarının bu gün Azərbaycanda maneəsiz və qısqanclıq olmadan fəaliyyəti buna misaldır. Eyni zamanda milli mənada da bu belədir inanın mən deyərdim ki ən qatı düşmənimiz olan ermənilərə qarşı da biz kin saxlamırıq əksinə sabah biz qələbə çalıb torpaqlarımızıl azad edəndən sonra ermənilərlə ilk barışan biz olacayıq və yenə də onları evimizin əziz qonaqlarından biri sayacayıq. Bu mənfi və ya müsbətdir deyə bilmərəm.
- Azərbaycandakı dini və milli tolerantlıq ənənələri regionda örnək təşkil edəb ilərmi?
- Bəli nəinki regionda hətta dünyada sadəcə bunun təbliğatını qurmaq lazımdır və bütün dünyaya bunu göstərmək lazımdır ki min illərdir bu belə olub və belə də olacaq biz bu cür formalaşmış millətik.
- Gənclər arasında bu sahədə hansı işlər aparılmalıdır?
- Gənclərimiz artıq bunu görür sadəcə daim ayıq olmalıyıq ki bəzi qüvələr onların beyinlərini korlamasın. Min illər boyu qoyulmuş bu ənənə daim gənclərimizə aşılanmalıdır.
- Azərbaycançılıq modelinin dünya düşüncə sistemində yeri hardadır? Və Azərbaycançılıq düşüncə modeli bölgənin dini və milli balanslaşdırılmasında nə qədər önəm kəsb edir?
- Azərbaycançılıq modeli əslində Türk təffəkkür tərzinin müsbət mənada bir baxış nümunəsidir. Yəni Türklər heç zaman qatı milliyyətçi olmayıb. Onlar xalqalrı Tanrının ədalət prinsipi ilə idarə ediblər. Heç bir xalqın dininə, dilinə, mədəniyyətinə zərər vurmayıblar. Azərbaycançılıq modeli də bu ideyalardan qaynaqlanan türk təfəkkürünün məhsulu kimi bir vətəndaşçılıq modelidir. Yəni dilindən dinindən irqindən aslı olmayaraq hər bir vətəndaşa xidmət edən ədalətli idarəetmə metodudur. Bu gün Azərbaycanda daimi yaşayan hər bir xalq özünü təhlükəsiz hesab edir və Azərbaycan dövlətçiliyini özlərinki sayır. Məhz Ümummilli lider Heydər Əliyev də Azərbaycançılıq deyəndə bunu nəzərdə tuturdu və arzulayırdı. Tarix boyu da bu belə olmuşdur. 1918-ci ildə də ADR-in qurucusu M.Ə. Rəsulzadə azərbaycançılıq deyirdi və bu adda mohtəşəm əsəri vardır. Ondan da əvvəl regionda daim bizim tutduğumuz bu yol çox önəmli bir ideya olaraq xalqların təhlukəsiz yaşamasına şərait yaratmışdır. Misal olaraq götürək Səfəviləri, Qacarları bu günkü İran əraziləri də daxil olmaqla bu regionu bir vahid dövlət şəklində yüz illərlə Türk olaraq idarə etsələr də tabeliklərindəki xalqların dilindən mədəniyyətindən belə istifadə edərək heç bir ayrı seçicilik qoymadan dövləti yüksək səviyyədə idarə etmişlər. Bu gün də İranda bu belədir. Düzdür onlardan fərqli olsa da əhalisinin çox hissəsi və hakimiyyətin önəmli postlarında daha çox Türklərin olmasına, baxmayaraq fars dili dövlət dilidir və farsçılıq daha çox gözə çarpır.
- Azərbaycançılığın yeni Avrasiyaçılıq modeli kimi qəbul edilməsi sizcə nə qədər realdır? Və bu düşüncənin reallaşması hansı müddətə reallaşa bilər?
- Əslində burada da heç bir fərq yoxdur Azərbaycançılıq Avrasiyaçılıq oxşar modellərdir. Sadəcə azərbaycançılıq bu gün tətbiq edilir və uğurunu biz görürük. Avrasiyaçılıq isə həyata keçirilməsi arzu olunan ideyadır. Mən yenə də deyirəm hər şey bizim təbliğatımızdan aslıdır.
- Bu sahədə bizlərin üzərinə hansı vəzifələr düşür?
- Bizdən aslı olan budur ki biz bu ideyanın həyata keçirilməsində avanqard olduğumuzu digər millətlərə təbliğ edə bilək bunu üçün isə çox işlər görməliyik xüsusilə demokratik ənənələrimizə ədalətli prinsiplərimizə sadiq qalmaqla və yaxşı nümunə olaraq.
Doç. Dr. Abbas Karaağaclı: “Türk Dünyasının təməlini meydana gətirəcək ortaq layihələri həyata keçirməliyik.”

Müsahibimiz Türkiyə Cümhuriyyəti Giresun Universiteti Beynəlxalq Münasibətlər Faklultəsinin müəllimi Doç. Dr. Abbas Karaağaclıdır
Doç. Dr. Abbas Karaağaclı: “Türk Dünyasının təməlini meydana gətirəcək ortaq layihələri həyata keçirməliyik.”
- Əvvəlcə oxucularımıza təqdim edə bilərsinizmi?
-1956-cı ildə Cənubi Azərbaycanın Mərənd şəhərində dünyaya gəlmişəm. Universitet və akademik təhsilmi İstanbul Universitetində bitirmişəm. 12 il Orta Asiya dövlətlərində Qazaxıstan və Qırğızıstanda Türk və yerli universitetlərdə müəllim kimi çalışmışam. 2004-cü ildə Əhməd Yəsəvi Universitetində dosent vəzifəsinə yüksəlmişəm. Hələ Türkiyə Cümhuriyyəti Giresun Universitetinin Beynəlxalq Münasibətlər Faklultəsində müəllim kimi fəaliyyət göstəriirəm. Türkiyədə, Qazaxıstanda və Qırğızıstanda araşdırmalarımvə məqalələrim nəşr olunub. BILGESAM( Bilge Adamlar Strateji Araşdırmalar Mərkəzi)da Orta Asiya Araşdırmaları İnstitutunun direktoru vəzifəsində çalışıram. Orta Asiya, İran, Əfqanıstan və digər regionlarda baş verənlərlə bağlı araşdırma yazılarım www.bilgesam.org və www.aygazete.com internet portallarında dərc olunmaqdadır.
- Müasir dünyada geniş yayılan qloballaşma deyilən anlayışı necə qiymətləndirirsiniz? Və bu qiymətləndirməniz milli və mədəni dəyərlərimizlə üst – üstə düşməlidirmi?
- Son vaxtlarda qloballaşma anlayışı bütün yazar və ziyalıların dilindən düşməməkdədir. Burda qloballaşmanın tərifini verməkdəns bu anlayışın bizlərə etdiyi təsirdən və Qərbdən qaynaqlanan digər anlayışların bizləri hansı yönə yönəltməyi hədəflədiyi haqqında danışmağa çalışacağam. Əsasən dünyanın hegemon gücləri və başda ABŞ olmaqla bütün qərb dövlətləri indiki halda dünyanı iqtisadi və hərbi baxımdan işğal etdiklərini və davamlı olaraq müxtəlif coğrafi bölgələrdə böhranlar yaradaraq öz mənfur hədəflərinə çatmaq üçün planlar qurmaqdadırlar. Mədəniyyət imperializmi əsrlərdən bəri qərblilərin müraciət etdikləri ən böyük istismar vasitələrindən biri kimi müasir dövrdə bəzək – düzəkli hala gətirərək, sevimli hala və kütlələri təsir etmək məqsədi ilə “qloballaşma”, “insan haqqları” və bu kimi bəzəkli – düzəkli sözlərlə ifadə edilərək hədəf ölkə və kütlələrə istiqamətli çirkli məqsəd və hədəfləri həyata keçirmək üçün istifadə edilən bir üsuldur. Bu istiqamətdə qərb indiki dövrdə bütün ünsiyyət və xəbərləşmə vasitələrindən istifadə edərək iqtisadi yeraltı və insan qaynaqlarımızı istismar etmə vasitəsi kimi qloballaşma anlayışından istifadə etməkdədir.
Çox təəssüf ki, bizim kimi ölkələrin sözdə ziyalıları da bu tələlərə düşərək və ya şüurlu surətdə bu istiqamətdə həmin düşüncə mərkəzlərinin çirkli məqsədlərinə xidmət etməkdədirlər. Məncə nə milli nədə mədəni dəyərlərimizlə üst – üstə düşmür. Diqqət yetirsək görərik ki, bizim vizual və yazılı mediamızın böyük bir hissəsi qərbin bu oyununda iştirakçi kimi çıxış edir və o istiqamətdə öz fəaliyyətlərinin davam etdirirlər. Bircə, Türk Dünyası deyilən böyük bir coğrafi məkanın Türkiyənin milli mediasında nə qədər işıqlandırıldığına baxsanız, məncə kifayət edər.
- Bu gün hər kəsin özünə xas dini və milli tolerantlıq anlayışı mövcuddur… Bu anlayışları hər kəs öz düşüncəsinə uyğun olaraq açıqlamağa çalışır. Bəs bu anlayışı siz necə qiymətləndirirsiniz?
- Əslində tolerantlıq olmalıdır və bu şərtdir. Beynəlxalq İnsan Hüquqları Konvensiyasının müddəalarına görə də bütün insanların dilini, dinini, mədəniyyətini azad bir şəkildə yaşaması onun ən təbii haqqıdır. Açıqcası milli dövlətlər öz ölkələrində yaşayan xalqların müxtəlif etnik dini azlıqları cəmiyyətin zənginliyi kimi qiymətləndirib, o insanların azad bir şəkildə yaşamaları və fəaliyyət göstərmələri üçün mühit təmin etdikləri təqdirdə bu hüquqların rəhbərliklər tərəfindən məhdudlaşdırılmasını fürsət kimi qiymətləndirən imperialist qüvvələrin səyləri boşa gedəcəkdir.
- Türk xalqlarının digər xalqlara göstərdiyi tolerantlıq sizcə digər xalqlara nümunə kimi göstərilə bilərmi?
- Əlbəttə, bunun da ən aşkar nümunəsi altı yüz/üz il boyunca dünyanın ən böyük imperatorluqlarından biri olmuş Osmanlı İmperatorluğudur. Osmanlı İmperatorluğu dövründə bu böyük coğrafiyada - Afrikadan Avropanın ortalarına, Orta Şərqdən, Balkanlara kimi olan imperatorluq torpaqlarında yaşayan bütün xalqlara dini və etnik azlıqlara göstərilən tolerantlığı biz dünyaya tolerantlıq nümunəsi kimi göstərə bilərik. İmperatorluqda yaşayan bütün dini və etnik azlıqlar imperatorluğun təmin etdiyi tolerantlıq mühitində bütün dini milli və mədəni ehtiyaclarını azad bir şəkildə yaşamış və hətta dövlət onlara maddi və mənəvi kimi dəstək olmuşdur.
- Türk Dünyasında son dövrlər bir araya gələrək bəzi ortaq dəyərləri birlikdə yaşadılması prosesi yaşanır. Milli dövlətlərin yox olduğu dünyada yeni bir prosesin yaşandığı bir əsnada bu cəhdlər nə cür mümkündür?
-Sözsüz ki, böyük bir coğrafiyadan danışırıq. İndiki vaxtda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimal Kipr Türk Respublikasının yanında Rusiya Federasiyasının daxilindəki muxtariyyət respublikalar və dünyanın digər coğrafiyalarında yaşayan Türklər dünyamızın əhəmiyyətli bir əhalisini təşkil etməkdədir. Bu dövlətlər və xalqlar tarixi və dini bağlılıqlarla yanaşı həm də indiki vaxtda mədəni – sosial, siyasi – ictimai və digər sahələrdəki qarşılıqlı əməkdaşlıq razılaşmaları da möhkəm şəkildə bir-birlərinə bağlamaqdadır. Bu baxımdan önümüzdəki əsrin Türklərin əsri olacağından heç bir şübhəm yoxdur. Xüsusilə yetmiş beş milyonluq Türkiyənin iqtisadiyyatının sabitliyi, inkişaf etmiş demokratiyası, sənayedə və texnologiyada qazandığı uğurları ilə regional güc olmaqdan bir dünya dövləti mövqesinə gələcəyindən heç şübhəm yoxdur. Inanıram ki, Türkiyə Cümhuriyyəti quruluşunun yüzüncü ilində iqtisadi cəhətdən dünyanın inkişaf etmiş ən böyük on dövlətindən biri olacaq və Türk Dünyasının da inkişafına öz təhfəsini verəcək.
- Yaxşı, sizcə nələr edilməlidir? Bu Türk dünyasının bir araya gəlməsi prosesində dini ölçünü əsas kimi qəbul edə bilmərik. Çünki türklər fərqli dinlərə inanırlar...
-Ortaq tarix, ortaq mədəniyyət və ortaq mədəni miras və təbii ki, ortaq dil Türk Dünyasının ən əhəmiyyətli birləşdirici və əhatə edici təməl ünsürlərini meydana gətirməkdədir. Bunun üçün çox səy göstərməliyik. Bu günə kimi bu ortaq dəyərlər və mədəni mirasımızın qəbul edilməsi paylaşması və mənimsənməsi istiqamətində şüurlu surətdə qarşımıza maneələr çıxarılmış və xarici mədəni dəyərlər bizim öz mədəniyyətimiz, tariximiz və milli şüurumuzu meydana gətirən elementlərin qabağına keçirilmişdir. Təbii bir şəkildə universal dəyərlərə və dünya mədəniyyətinə əhəmiyyət verməli və öyrənməliyik. Amma təməl olaraq böyük Türk Dünyasını meydana gətirən zəngin mədəniyyət mirasına və dəyərlərinə sahib çıxmalıyıq. Hamımız Yunus Əmrəni, Orxan Kamalı, Məmməd Akif Ərsoyu və ya Yaşar Kamalı və digər Anadolu çinarlarının şah əsərlərini oxuyub öyrənməliyik, amma Çingiz Ayıtmatovu, Muxtar Avazovu, Əli Şir Nəvaini Bəxtiyar Vahabzadəni, Məhdumqulunu, Şəhriyarı və bənzəri Türk Dünyasının önəmli yazar, alim və ziyalılarını tanımalıyıq. Əsərlərini oxumalıyıq. Koroğluya nə qədər əhəmiyyət veririksə, bir o qədər də Manas Dastanını bilməli, əzbərləməli və bütün dünyaya tanıtmalıyıq. Ancaq bu yolla mədəni bağlarımız güclənəcək və çoxdan haqq etdiyimiz yeri yəni universal mədəniyyətin bir parçası halına gələ bilərik. Bizim isə bağlarımız daha da güclənəcək.
-Şərq – Qərb əlaqələri xristian - müsəlman təfəkkürü istiqamətində indiki vaxtda hansı ölçülərdə inkişaf edir sizcə? Cəmiyyətimiz öz mədəni və mənəvi dəyərlərini qorumaq adına daha nələr edə bilər?
-Açıqcası son vaxtlarda Şərq dünyası və xüsusi ilə Müsəlmanlara qarşı Qərbdən qaynaqlanan hücumların çoxaldığının, bunun hərbi, siyasi və mədəni sahələrdə get – gedə genişləndiyinin şahidi oluruq. Bəzi qərbli təşkilatlar, düşüncə adamları Sovetlər Birliyinin çöküşündən sonra Müsəlman ölkələrinə qarşı tarixi kin və nifrətlərini ictimai şəkildə göstərməyə başlayıblar. Bu istiqamətdə İraqın və Əfqanıstanın işğalını misal kimi göstərə bilərik. Milyonlarla günahsız iraqlı və Əfqan bu hücumlarda dünyasını dəyişdi, o ölkələrin iqtisadi infrastrukturları məhv edildi, mədəni və tarixi mirasları bombalanaraq yox edildi və bu gün də eyni proses davam etməkdədir. Bu baxımdan mən bu cür boş sözlərə inanmıram. Bizlər qərb mədəni hegemoniyasından xilas olaraq tariximizə, mədəniyyətimizə, mirasımıza, ədəbiyyatımıza sahib çıxmalıyıq. Həyata dair hər sahədə qarşılıqlı əməkdaşlıq razılaşmalarını xüsusilə mədəni və təhsil sahələrində genişlədərək dərinləşdirərək imzalamalıyıq. Qırğız mədəniyyəti Azərbaycanın, Türkmən mədəniyyəti Özbəkin, Qaraqalpaq mədəniyyəti Tatarın olmalı, bunlar qarşılıqlı şəkildə mənimsənməli və bütün bu zəngin mədəni miras hamımızın olmalıdır. Yazılı və şifahi ədəbiyyatımızı, tariximizi, ədəbiyyat, mədəniyyət və mənəviyyat sahələsində məşhur olan əsərlər qələmə alan şairlərimizin, yazarlarımızın əsərlərini qorumalı, mədəni və tarixi dəyərlərimizi əks etdirə biləcək mövzularda filmlər çəkməli, milli televiziyalarımızda göstərməliyik. Ortaq komissiyalar, elmi heyətlər və mütəxəssislərdən meydana gələcək elmi və araşdırma komissiyaları və heyətləri meydana gətirərək, bu sahədə ortada olan problemləri qarşılıqlı anlaşma şəklində dartışmalı, önümüzdəki illərə işıq tutacaq planlamaları reallaşdırmalıyıq.
- Siz bir elm adamısınız. Türk dünyasının birlik və bərabərliyi mövzusunda nələr düşünürsünuz ?
-Təbiəti ilə, günümüz şərtlərində siyasi bərabərlikdən daha çox iqtisadi və mədəni inteqrasiyadan danışmalıyıq. Necə ki, bu gün indiki vaxtda dünyamızın ən əhəmiyyətli birlik təşkilatı sayılan Avropa Birliyinin əsası iqtisadi birlikdəliyə söykənməkdədir. Bu istiqamətdə Türk dövlətləri arasındakı mədəni, iqtisadi, təhsil, ictimai - siyasi vs. sahələrdə münasibətlərin gücləndirilməsi qarşılıqlı dostanə əlaqələrin daha da genişləndirərək Türk Dünyasının təməlini meydana gətirəcək ortaq layihələri həyata keçirməli və gücləndirməliyik.
Söhbətləşdi:Oktay Hacımusalı
Friday, July 22, 2011
Elşən Mustafaoğlu: “Yas mərasimlərində bəzən rəhmətə gedənin özü belə unudulur”

Gün.Az-ın “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Elşən Mustafaoğlu ilə müsahibəsi:
- İslamda yas mərasimlərinin tutduğu yeri necədir?
- Ümumiyyətlə, hər bir mədəniyyət üçün xeyir-şər məclislərinin yeri səciyyəvidir. Bu, ümumbəşəri bir hadisədir. Dünyasını dəyişən insan üçün əziz və yaxınını itirən ailə üzvləri, dostları, qohumları tərəfindən yas saxlanılması əslində insanın fitrətindən irəli gəlir və şübhəsiz ki, İslam da bunu qəbul edir.
Yəni yas mərasimi dünyasını dəyişən şəxsə görə duyulan üzüntünün, kədərin ifadə olunması, onu tanıyanların gəlib ailəsinə başsağlığı verməsi, bu çətin anlarda onlara mənəvi dəstək göstərməsi, bir araya gələrək mərhumun yad edilməsi, onun bağışlanması üçün dualar oxunması və sairdir.
Bütün bunların əslində insanlar arasında ictimai münasibətlər baxımından olduqca böyük əhəmiyyəti var və dinimizə görə təqdirəlayiq hesab olunur.
- Bu gün Azərbaycanda yas mərasimlərinin keçirilməsi hansı səviyyədədir?
- Qeyd edək ki, yas mərasimlərinin keçirilməsi məzmun cəhətdən ümumbəşəri olsa da, forma cəhətdən, konkret olaraq, necə keçirilməsi baxımından hər bir xalqın, cəmiyyətin adət-ənənəsi ilə bağlı olan bir məsələdir. Ümumilikdə, digər mərasimlər kimi, onların formalaşması əsrlərin dərinliklərindən gəlir. Amma hər dövrə görə özünəməxsus çalarlar alır.
Azərbaycanımızda yas mərasimlərinə xüsusi önəm verilir. Hətta el içində deyirlər ki, xeyir işə getməmək bir o qədər də qəbahət sayılmaz, amma yasa getməmək olmaz. Hətta qədim dövrlərdən bir-birilə düşmənçiliyi olan ailələr belə ədavəti olan tərəfə gəlib başsağlığı verir, üstəlik bir çox hallarda yas mərasimlərində bu ədavətə son qoyulur, barışığa gəlinirdi.
Demək istəyirəm ki, əslində, yas mərasimlərinin milli mədəniyyətimizdə mənəvi yükü olduqca əhəmiyyətlidir. Onun formalaşmasında dinimizin də müstəsna rolu olub. Amma yas mərasimlərinin formal tərəfi son dövrlərdə bir qədər qeyd etdiyimiz mənəvi çalarları sanki üstələyib, bəzi hallarda hətta aşırı forma alıb.
Təmtəraqlı, olduqca bahalı, külli miqdarda pul bahasına keçirilən məclisləri nəzərdə tuturam. Bəzən hətta dünyasını dəyişənin özü unudulur, bəzi ailələr sanki kiminləsə bəhsə girirmiş kimi, mərasimi “adınalayiq”, daha təmtəraqlı qeyd etməyə çalışır və s.
Hətta buna imkanı olmayanlar belə, bəzən fakt qarşısında qalıb, borca girməli olur, çox böyük çətinliklər bahasına birtəhər məclisi yola verirlər. Zənnimcə, yas mərasiminin həqiqi mahiyyətinə kölgə salan belə hallar heç də xoş deyil.
- Ümumiyyətlə yas mərasimlərinin keçirilməsi dini baxımdan dünyasını dəyişən şəxsə nə verir? Din bu baxımdan hansı hökmləri verir?
- Əslində yas mərasimləri ilk növbədə, yaxınını itirmiş ailə üzvləri üçün bir mənəvi dəstək olmalıdır. Yeri düşmüşkən, burada qeyd etmək istərdim ki, insan vəfat etdikdə İslam şəriətinə görə dörd şeyin yerinə yetirilməsi vacib hesab olunur – dünyasını dəyişəni qüsul etmək, kəfənləmək, cənazə namazını qılmaq və nəhayət, dəfn edib torpağa tapşırmaq.
Bunlar vacib ayinlərdir. Bundan o yana nə varsa, dinimizə görə, müstəhəb, yəni bəyənilən, xoş bir əməl kimi dəyərləndirilə bilər, yaxud bəyənilməyə bilər. Sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) öyrətdiyi kimi, birisi dünyasını dəyişdikdə, şəriət qaydalarımıza uyğun qeyd etdiyimiz ayinlər yerinə yetirildikdən sonra vəfat edəni tanıyanlar gəlib onun ailəsinə başsağlığı verər, dualar oxuyar, Allahdan-dindən söhbətlər edər, ailə üzvlərinə mənəvi dəstək olub, onlara təskinlik verərmişlər. Bu iş üç gün davam edərmiş.
Ailəyə itki üz verdiyindən və ailə üzvləri hüzn içində olduğundan peyğəmbərimiz (s) öyrətmişdir ki, yaxınlar, qonşular, qohumlar-dostlar bu üç günü hətta yemək bişirib, yas içində olan ailəyə gətirsinlər, onlara bu baxımdan da yardım etsinlər. Evə gəl-getlər olur, ailə üzvlərinə çətin olmasın deyə, bu kimi dəstək verilərdi.
Əfsuslar olsun ki, bu gün bunun tam əksinin şahidiyik. Bəzən elə bir vəziyyət yaranır ki, ailə üzvləri bilmirlər dünyasını dəyişənin fikrində olsunlar, yoxsa mərasimi necə yola verdiyinin dərdini çəksinlər. Bir çox yas məclisləri dediyimiz mahiyyətindən uzaqlaşıb, sadəcə bir yeyib-içmək məclisinə çevrilib. Hətta məclisdə dini məzmunlu söhbətlər, Quranın buyruqlarının açıqlanması kimi əhəmiyyətli məsələlər bir çox hallarda unudulur və sadəcə Quranın, yaxud bəzi duaların formal xarakterli oxunuşu ilə məhdudlaşdırılır.
Dinimizin tövsiyəsinə görə, bu məclislər elə keçirilməlidir ki, onun savabından həm dünyasını dəyişən üçün, həm hüzn içində olan ailə üçün, həm də bütün məclis iştirakçıları üçün faydası olsun. Məsələn, mərhum üçün edilən duaların, Allahdan onun bağışlanmasının istənilməsinin, yaxud övladlarının imkan daxilində, ehtiyaclılara ehsan verməsinin əlbəttə mərhum üçün də faydası və savab payı olar.
Və bu məclislərin mənəvi bir atmosferdə qeyd edilməsi, edilən söhbətlərlə həyatımızın mahiyyətinin açıqlanması, bu fani dünyada insanın ilahi vəzifələri, saleh əməllər, mənəvi saflıq, dünya həyatı ilə axirət həyatı arasında olan bağlılıq kimi gözəl söhbətlərdən məclisdəki hər kəs faydalana bilər...
- Yaxşı olmazmı ki, dünyasını dəyişən şəxsin yaxınları həmin şəxsin ruhunu şad etmək üçün uşaq evlərinəmi ya da imkansız insanlara yardım etsinlər?
- Əlbəttə, çox gözəl olardı. Əslində ehsanın mahiyyəti elə budur ki, Allah yolunda gözəl, faydalı işlər görəsən, məsələn, ehtiyaclılara yardım əlini uzadasan, çətinlikdə olana dəstək olasan.
Dünyasını dəyişənə savab töhfə etmək istəyənlər, xüsusilə mərhumun övladları ehsan vermək istəyirlərsə, məsələn, ehsan süfrəsi açmaq istəyirlərsə, bunu imkansızlara, kimsəsiz uşaqlara, yetimlərə, baxımsız qocalara, çətinlik içində olan ailələrə etsinlər. Bunun olduqca böyük savabı olar.
Ümumiyyətlə, yardım elə imkansıza edilər! Məqsədimiz ehsandan savab qazanmaqdırsa, mərhumun ruhunu şad etməkdirsə, ona fayda verməkdirsə, bunu heç kəs bilmədən belə, məsələn, uşaq evlərindəki ehtiyaclı məsum körpələrə, yaxud imkansızlıqdan əziyyət çəkən ailələrə etməklə qazanmaq olar. Allah bildi, bu yetər! Biz ehsanımızı riya üçün deyil, o-bu görsün deyə deyil, Allah üçün edək – ehtiyacı olanlara ünvanlayaq, inanın ki, bunun həm dünya, həm də axirət faydasının mütləq şahidi olacağıq.
- Son zamanlar yas mərasimlərində israfçılıq baş alıb gedir. Konkret olaraq israfçılığın qarşısını almaq üçün sizin rəhbəri olduğunuz QHT hansı təkliflərlə çıxış edərdi?..
- İsrafçılıq yarışı gedir, sanki. Belə hesab edirik ki, ən gözəl, məqsədəuyğun, optimal məclis o olardı ki, orada təmtəraq deyil, süfrənin üstündəki çeşidli yeməklər, bahalı çadırlar, yaxud zallar deyil, sadə, hamının imkanı çatacaq bir şəraitdə mənəvi atmosfer hakim olsun.
Yəni bu, bir mənəviyyat məclisi olsun. Qonaqlara çay süfrəsi açıb, məsələn, Allahın gözəl nemətləri olan qənd, xurma, halva ilə ehsan vermək, zənnimcə, kifayət edər. Buna hamının imkanı çatar, heç kəs özünü çətinliyə salmaz, heç kəs məclisi necə yola verəcəyi ilə əndişələnməz, fikir çəkməz, borca-xərcə düşməz. Axı yas məclisi əslində yaxınını itirmiş ailə üçün bir təskinlik, dəstək məclisi olmalıdır! Bunu hər zaman nəzərə alaq.
Qətiyyən israfçılığa yol vermək, onsuz da hüzn içində olan ailəni yeni problemlə üz-üzə qoymaq olmaz. İmkanı olan üçün də, bu yolla öz imkanlılığını nümayiş etdirmək olmaz. Hər bir halda israfçılıq dinimizə görə haramdır. İmkanın var, mərhumun ruhunun şad olması üçün böyük ehsan süfrəsi açmaq istəyirsən, buyur, bunu ehtiyaclı ailələr üçün et – gözəl yeməklərlə, meyvələrlə və s. Savabını Allah verəcək.
Hətta mütləq deyil ki, ehsan anlayışını yalnız süfrə ilə məhdudlaşdıraq – xəstələrin müalicəsinə, yetimlərin təhsilinə, kimsəsizlərin geyim-kecimlə təmin edilməsinə verilən dəstək də elə ehsandır.
- Bu israfçılığın qarşısını almaq üçün ictimai qınaq nə dərəcədə önəmlidir?
- Çox önəmlidir. Yəni bu işlər əslində hər ailənin, hər fərdin öz işidir, bunu inzibati qaydalarla tənzimləmək mümkünsüzdür. Amma ictimai qınaq öz müsbət bəhrəsini verə bilər.
Və əlbəttə, maarifçilik işlərinin aparılması, təbliğat. Xüsusilə, din alimləri, mütəxəssislər, ilahiyyatçılar, ələlxüsus də Qafqaz Müsəlmanlar İdarəsi bu sahədə geniş maarifçilik işi aparmalıdırlar. Dinimizin gözəl tövsiyələrini, insanları bu israfçılıqdan, çətinlikdən qurtara biləcək effektiv təlimatlarını mütləq cəmiyyətdə təbliğ etməlidirlər.
Sözügedən məsələ əslində ictimaiyyəti qayğılandırmalı bir problemdir. Belə ki, cəmiyyətin ayrıca bir hissəsinə deyil, bütövlükdə cəmiyyətə aid problemdir – hər bir insan fanidir, bir gün dünyaya gələn, bir gün də dünyasını dəyişir. Yəni bu, hər bir ailəni düşündürəcək bir məsələdir.
KİV-lərin bu təbliğatda, bu maarifçilik işində, ictimai qınaq baxımından olduqca böyük rolu var. KİV-lər bu işdə aktiv olmalı, öz üzərinə düşən məsuliyyəti hiss etməlidir.
Oktay Hacımusalı
Gün.Az
Thursday, February 10, 2011
PORTRET YAZILARIMDAN

HƏYATINI HEKAYƏLƏRİ KİMİ YAŞAYAN BİR YAZAR: SADİQ HİDAYƏT
BAŞLAYARKƏN
“Həyatımda əhəmiyyətli heç nə yoxdur. Maraqlı hadisələr yaşamamışam. Nə yüksək vəzifə sahibiyəm, nə də ciddi qəbul olunan bir diplomum var. Məktəbdə heç bir zaman nümunəvi bir şagird ola bilmədim; müvəffəqiyyətsizliklər hər yerdə izlədi məni. Harada işləyirəmsə işləyim adi, unudulmuş bir məmur oldum; müdirlərim məndən razı qalmadı. İstefa verəndə sevinirdilər. Qoy getsin, yaramaz! Ətrafım belə görürdü məni; haqlı idilər bəlkə də...”
Bu sözlər, İran Ədəbiyyatının müasir dünyaya açılan üzü Sadiq Hidayətin, ölümündən bir neçə il əvvəl söylədiyi cümlələrdir... Hidayət, ölümündən yarım əsr keçməsinə baxmayaraq özündən geriyə qoyub getdiyi əsərləri ilə hələ ədəbi varlığını davam etdirməkdədir. Səfalət və böhranlarla keçən qısa ömründə, ölkəsində və dünyada ciddi mənada inqilab sayıla biləcək əsərlər qələmə almış bir yazar olan Sadiq Hidayətin ədəbi şəxsiyyətinə və İran Ədəbiyyatına qazandırdıqlarına keçməmişdən əvvəl, ən az hekayələri qədər qəmli və ibrət verici olan həyatına toxunmaq istəyirəm:
Ən yaxın dostu Bozorq Aləvi, Hidayətin ölümünü belə xatırlayır: “Parisdə günlərlə qazla istilənən bir mənzil axtardı. Nəhayət Çempionet prospektində axtardığı mənzili tapdı. 9 Aprel 1951 – ci ildə yaşadığı evdən çıxmadı və bütün pəncərələrı bağladıqdan sonra qaz kranını açdı. Sabahısı gün ziyarətinə gələn bir dostu, onu mətbəxdə yerdə yatarkən tapdı. Tərtəmiz geyinmiş, təraş olmuşdu və cibində xeyli pulu vardı. Yandırılmış əsərlərinin külləri isə yerə səpələnmişdi.”
Hekayələrindəki xarakterlərin yaşayan dünyadan olmasına diqqət göstərən Hidayət içində yaşadığı çağın və cəmiyyətin problemlərindən də əsla yan keçməmişdir. Əsərlərində qüvvətli bir trans halı sezilsə də şüurunu əsla özündən kənarlaşdırmamış və hekayələrini bir memar həssaslığı ilə inşa etməyi qarşısına məqsəd qoymuşdur. Bu baxımdan onun qələmə aldığı əsərlərdə ironiya, tənqid və satira özünü tez – tez göstərməkdədir. Təsvir gücü xeyli yüksək olan Hidayətin əsərlərində, bəzən siz onun realizmin sərhədlərinin aşıb keçməyə çalışdığını və naturalizmə yönəldiyini hiss edəcəksiniz. Belə ki, bəzi cinayət, xəstəlik və ölüm təsvirləri Emile Zoleni kölgədə buraxacaq çılpaqlıqdadır. Mübaliğə, söz sənətləri və bəzəmələrlə dolu minillik İran ədəbiyyatını göz önündə bulundursaq, bu vəziyyətin nə qədər yeni, təhrikedici və sərhədləri aşıb keçməyə iddialı olduğunu təxmin etmək çətin olmaz.
Hər nə qədər Qərb ədəbiyyatına yaxın olduğu və hekayə texnikasında Qərbin ədəbiyyat axınlarını təqlid etdiyi müşahidə edilsə də, Hidayətin öz ənənəvi qaynaqlarından üz çevirdiyini heç kim iddia edilə bilməz. Bir müddət Hindistana gedib burada Pəhləvi farscasını öyrənməsi və bu dildən müasir farscaya tərcümələr etməsi də Hidayətin ənənəvi mədəniyyətinə bağlılığını göstərir. Yeri gəldikcə ənənəvi istinadlardan faydalanan Hidayətə ən çox təsir edən və əsərlərinin içinə kimi girən İranlı filosof, şair Ömər Xəyyam olmuşdur. Bir çox hekayəsində Xəyyamın rübailərinə yer verən və ya birbaşa onun əsərlərinə istinad edən Hidayət, “Təraneyi – Xəyyam” (“Xəyyamın Təranələri”) adlı kitabı və bu kitaba yazdığı ön sözü ilə Xəyyama olan heyranlığını göstərmiş və haqqında yeni şərhlər ortaya qoymuşdur.
Əxlaqi dərslər və nəsihət verməkdən bacardıqca qaçmağa çalışan Hidayətdə yenə də uşaq nağıllarına yaxın növdə öyüd verici hekayələrə rast gəlmək mümkündür. Xüsusilə “Gümrah be-Gur”(“Diri – diri basdırılan”) kitabında yer alan Abi - həyat (“Həyat suyu”) hekayəsini nağıl şəklində söyləyən Hidayət, bir-birinə zidd xarakterli üç qardaşın hekayəsini nəql edir. Bunlardan Keçəl Hüseyni və Donqar Həsəni işi sevməyən tənbəl yaradılışlı və pisliyə meylli xarakterlərdir. Kiçik qardaş olan Əhmədcik isə çalışqan, yaxşı ürəkli, qızıl və sirrdə gözü olmayan əxlaqlı bir gəncdir. Yolları bir nöqtədən sonra ayrılan qardaşlardan Keçəl Hüseyni və Donqar Həsəni iki ayrı ölkəyə gedər. Keçəl Hüseyni xaşxaş əkən və kar insanların yaşadığı Mahitab ölkəsinə padşah olarkən Donqar Həsəni xalqı korlardan ibarət olan Qızıl Saçan ölkəyə hökmran olar. Buralarda özlərini tanrılaşdıran Hüseyni və Haseni qardaşlar da bir müddət sonra kor və kar olarlar, lakin zövq və səfa içərisində yaşadıqlarından ötrü hallarından şikayət etməzlər. Bir müddət sonra Həyat suyunun tapıldığı Məxmər Çiçəyi ölkəsində yaşamağa başlayan Əhmədcik böyük qardaşlarının korlar və karlar ölkəsində padişah olduqlarını öyrənir. Korluğun və karlığın ancaq Məxmər Çiçəyi ölkəsində olan həyat suyu ilə keçdiyini öyrənən Əhmədcik, böyük qardaşlarını və bu ölkələrin insanlarını korluqdan və karlıqdan qurtarmaq üçün Həyat Suyunu bu ölkələrə aparmaq istəyir. Ancaq, böyük qardaşları ilə müharibə etmək məcburiyyətində qalan Əhmədcik uzun sürən döyüşlərdən sonra qalib gəlir. Məxmər Çiçəyi ölkəsinə ordu göndərən Qızıl Saçan ölkə və Mahitab ölkəsinin əsgərləri Məxmər Çiçəyi ölkəsində həyat suyunu içir və burda gözləri və qulaqları açılır. Məxmər Çiçəyi ölkəsi xalqı ilə dost olurlar və onları yuxuya verən krallarına üsyan edərək onlara dərsini verirlər. Beləcə hər üç ölkənin xalqı da sülh içində yaşamağa başlayırlar.
“Biri var imiş, bir yox imiş”lə başlayan və “Göydən üç alma düşdü” ilə bitən bu kiçik nağılvari hekayədə Sadiq Hidayət çox dərin və təəccüblü ironiyalara və sətiraltı mənalara yer verir. Nağıldakı iki pis xarakterin adlarının Həsəni və Hüseyni olması, getdikləri ölkələrdə peyğəmbər və ya tanrı qəbul edilmələri və vəzlər verərək xalqı aldatmaları, Hidayətin dini nüfuza qarşı göstərdiyi dəqiq mövqeni əks etdirməsi baxımından maraqlıdır. Buna baxmayaraq Sadiq Hidayətin hekayəsində Qurani – Kərimdəki Yusif Peyğəmbərin qissəsindən istifadə etməsi də diqqət çəkici bir vəziyyətdir.
Sadiq Hidayətin həyat fəlsəfəsini meydana gətirən və heç bir zaman ağlından çıxarmadığı intihar mövzusuna bir çox hekayəsində rast gəlmək mümkündür. Xüsusilə “Sə qatara xun” (Üç damcı qan”) adlı kitabında yer alan on bir hekayənin yeddisi intiharla nəticələnir. Hətta “Sayə-ruşen” (“Alatoranlıq”) kitabının ilk hekayəsi olan “S.G.L.L.” də qurduğu elmi fantastik dünyada, insanlığın maddi rifaha qovuşmasına baxmayaraq xoşbəxtliyi əldə edə bilməməsinə və bunun nəticəsində toplu bir şəkildə intihara yönəlmələrinə diqqətləri cəlb edir.
S. Hidayət hekayəsində gələcək dünyanı, müasirləşmənin həddini, son halını təsvir etməyə çalışmaqdadır. Mənə görə bu hekayəsi, Hidayətin postmodernistliyini də göstərməkdədir. Dinin və ənənələrin yer üzündə unudulduğu, maddi rəfahın səviyyəsinin ən üst səviyyəyə çatdığı bir gələcək yaradan Hidayət, qəhrəmanlarına həyat, ölüm və ölüm sonrası həyat haqqında dərin və fəlsəfi dialoqlar hazırlayır və müasirləşmənin sərhədlərini göstərməyə səy edir.
DÜNYA HƏMIŞƏ ONUN QƏLBINƏ TOXUNUB
Sadiq Hidayət, İran – Avropa - Hindistan üçbucağında keçən bir ömür yaşadı. Onu oxuduqca, çətinliyə düşənlər üçün kədərlənən, fədakarlığa, gözəlliyə düşkün bir yazıçı ilə tanış oluruq
İyirmi beş yaşında Parisdəki Marne Çayına tullandı, körpünün altında sevişən cütlük onu gördü və xilas etdi. Aradan iyirmi üç il keçdi... “Parisdə günlərlə qazla istilənən bir mənzil axtardı. Nəhayət Çempionet prospektində axtardığı mənzili tapdı. 9 Aprel 1951 – ci ildə yaşadığı evdən çıxmadı və bütün pəncərələrı bağladıqdan sonra qaz kranını açdı. Sabahısı gün ziyarətinə gələn bir dostu, onu mətbəxdə yerdə yatarkən tapdı. Tərtəmiz geyinmiş, təraş olmuşdu və cibində xeyli pulu vardı. Yandırılmış əsərlərinin külləri isə yerə səpələnmişdi.” Belə ölmüşdü müasir İran ədəbiyyatının qurucularından olan Sadiq Hidayət.
İRANA BƏNZƏYƏN BIR HƏYAT
İran – Avropa - Hindistan üçbucağında keçmiş bir ömrün ən sakit sahibi Sadiq Hidayət, başlı - başına bir dünyadır. Ağacı, torpağı, daşı, havası olan bambaşqa bir dünya. Onu oxuduqca dünyanın pis gedişatını, insanların ziyan içində olmalarını görən bir yazıçı ilə üz – üzə gəlirsən. Qısacası Sadiq Hidayət o qədər həssas adam idi ki, dünya həmişə onun qəlbinə toxunub.
PORTRET YAZILARIMDAN

ÖZÜNDƏN BAŞQASI DEYİL O...
Dildən dilə keçdikcə sözlərin sehrini itirdiyini söyləsə də, insan onu oxuyanda sözlərin hardasa ilişib qaldığını, dağılmadığını hiss etsə də, o, öz dərinliyini həmin an hiss etdirir. Anlayır oxucu dərhal onun o “elçi dildə” nələr demək istədiyini... “Yol bir qadındır” çünki onun şeirlərində, “ruh örtülü bir qadın”... Və “qadın bir xəyaldır”, “payızın cəsədini” daşıyan... Küləklər isə “dişi bir şeytan”... Onun misralarında “Fərat coşur, qış tutuşur”, “şərab fəryada çevrilir”, “Gecələr hamilədir”, “Məzarlar göylərə yüksəlir”, “Tanrı andları geyinir əyninə”, “Ölüm əlləri olmayan cəlladlardan gələn bir şöləndir”... Sözlər isə... “sözlər bir cəsəddir”... “Evlərin qapısını zülüm örtür”... İçəridə “hərflərdən səccadələr” və “hənəfilər və kafirlər”... Bax, elə bu cür... “həyat yavaş – yavaş köçür”... Özünün dediyi kimi “kəhanət bağçasında bir şərqli çiçəkdir” o...
Onu köçə hazırlayan hadisələr ilmə - ilmə bir – birinə bağlanmağa başlayanda o, cəmi on dörd yaşında idi. Əlləri dizlərində, balaca başı önə doğru əyilmiş vəziyyətdə Qurani – Kərimi xətm etməsindən cəmi iki il ötürdü. Atasının “qədim ətirlərlə dolu” şeir kitabları ilə zəngin kitabxanasında saralmış kitablardan saatlarla şeir oxuyar, vaxtını şairlərlə keçirərdi.
Suriyanın müstəqilliyini yenicə əldə etdiyi həmin vaxtlarda bir həyəcan var idi Lazkiyədə. Ölkə prezidenti Şükrü Əl Qüvvəti təşrif buyuracaqdı şəhərə. Bayram keçiriləcəkdi şəhərdə. Doğulduğu gündən etibarən çox az kənara çıxdığı evlərində oturub ölkəsinin müstəqilliyini əldə etməsini tərənnüm edən bir şeir yazdı.
Və gözlədiyi gün gəlib çatdı. Prezident artıq onların şəhərinə təşrif buyurmuşdu. Xalqı salamlamışdı. Rəsmi tədbirlərdən sonra növbə gəlib şənliklərə çatmışdı. Əli Əhməd yazdığı şeiri Əl Qüvvətinin qarşısında oxumaq istəyirdi. Atası bunu “öz yerini bilməmək” kimi qəbul edib etiraz etsə də, oğlunun istəyinə qarşı çıxa bilmədi. Amma şeiri oxuyub kürsüdən enəndə rahat bir nəfəs aldı. Qəzəblənmədi Əl Qüvvəti. Əksinə, oturduğu yerdən qalxaraq gəlib onu qucaqladı, gülümsəyərək alnından öpdü. Arxasınca Əl Əhməddən nəsə bir arzusunun olub olmadığını soruşdu. Əli Əhməd “oxumaq istəyirəm” – deyə cavab verdi bu suala.
Qurani – Kərimi bir neçə dəfə xətm etmək yerinə məktəbə getmək, “Müsəlman bir şiə” olmaqdan başqa daha nəsə olmaq istəyirdi o. Daha sonra narahatlıqla gözləməyə başladı. Görəsən prezident verdiyi sözü tutacaqdı? Oxumaq istəyi həyata keçəcəkdi? Digər uşaqlar kimi onun da çantası, qələmi, kitabı, dəftəri olacaqdı yəni? Bunları düşünmək belə onu həyəcanlandırırdı. Partada oturub dərs çalışa biləcəkdi? Yoxsa bütün bu arzular bir xəyal kimi sönüb gedəcəkdi?
Yox... Sönüb gedəsi xəyallar deyildi bütün bunlar. Belə ki, bir neçə ay sonra bir məktub gəldi prezidentdən. Həyəcandan əlləri titrəyə - titrəyə zərfi çatdı. Bir neçə cümlədən ibarət olan məktubda Dəməşqdəki Fransız Kollecinin Əli Əhmədi gözlədiyi yazılmışdı. Tartusa çatanda on iki illik məktəbi cəmi dörd ilə bitirəcəyini qətiyyən bilmirdi. Fransız Kollecini bitirdiyi il qəbul olunduğu Dəməşq Universitetində onu şeirlər yazacağı, ölkəni işğal etmiş fransız qüvvələrinə qarşı yaradılan tələbə təşkilatında keçirəcəyi hərəkətli bir dörd il gözləyirdi.
Ədəbiyyat və fəlsəfə təhsilini tamamladıqdan təxminən iki il sonra Livanlı ədəbiyyat tənqidçisi Xalidə Saleh ilə ailə qurdu. Ziyalı bir ailənin övladı olan xanımına adını Türkiyəli yazar Xalidə Ədib Adıvara heyranlıq duyan atası vermişdi.
Özü isə çoxdan Adonis təxəllüsü ilə şeirlər yazmağa başlamışdı artıq. Əsl adı olan Əli Əhməd Səid Əşbər adından istifadə etməməyinin səbəbi isə bu adın olduqca uzun olması idi. Təsir edici sayırdı Adonis adını. Yunan mifologiyasının Adonisinin varolma hekayəsi ona çox şey deyirdi...
Kral atası ilə sevişən və buna görə ona həyat verən kişi tərəfindən ölümə məhkum edilən, lakin Tanrıların yardımı ilə mərsin ağacına çevrilən Mirranın qabığından dünyaya gəlmişdi Adonis. Gözəlliyə aşiq olan Afrodita ilə onu gizlətsin deyə əmanət edildiyi Feresfon tərəfindən paylaşılması mümkün olmayanda qısqanc Artemisin üstünə qısqırtdığı çöl donuzunun buynuzu ilə yaralanmışdı və son nəfəsini verəndə yaralarından axan qanından güllər açılmışdı. Doğuluşun və ölümün simvolu idi “Adonis” adı onun fikrinə görə. Var olmaq idi, yeniləşmək idi... Bax, buna görə də o, artıq Adonis idi.
Ancaq ilk şeir kitabı olan “İlk şeirlər”i bütün azadlıqların qara tüllərlə örtüldüyü öz ölkəsi Suriyada yox, irqlərin, səslərin, tanrıların iç – içə yaşadığı, mədəniyyətlərin beşiyi Livanda nəşr etməyi qərara aldı. Daha sonrakı il bu kitabın davamı sayılan “Küləkdəki yarpaqlar” kitabı nəşr olundu. Fikirlərinin, sözlərinin azad ola bildiyi yerlərdə yaşamaq arzusu ilə çırpındığı həmin illərdə Paris səyahətindən qayıdan kimi radikal bir qərarla Suriya vətəndaşlığından çıxdı. Otuz yaşı var idi və o, artıq Livan vətəndaşı idi...
Vaxt itirmədən o, Livanlı şair Yusif Əl Hal ilə birlikdə ərəb şeirini bütün düyaya təqdim etməyi qarşısına məqsəd kimi qoyan “Şeir” dərgisini təsis etdi. Ən məhsuldar olduğu bu illərdə o, dalbadal kitablar yazdı.
Amma Livana da sığmadı qoca Adonis... Ən azad yerdə yaşasa da, Orta Şərqin bir sənətçi üçün ağır olan havasından tez sıxıldı. Paytaxt Beyrutda başlayan vətəndaş müharibəsi onu daha da narahat etməyə başlamışdı. Yaşamalı olduğu yerə Parisə köçdü.
Artıq düşüncələrini budamağa, budamadığı hallarda isə başına gələcəklərdən özünü sığortalamağa məcbur deyildi. O, bir şair idi və bundan belə başqa heç nə düşünməyəcək, ancaq şeir yazacaqdı. Düşünməyəcəkdi hardan gəlib hara getdiyini. Doğulan kimi qulağına pıçıldanan o dildə özünü ifadə etməyə çalışacaqdı. Əslən Suriyalı, yer üzündə varlığını təsdiqləyən dördbucaqlı kağızda Livanlı, əsl həyatda isə o, bir Parisli idi. Amma özünü bu şəkildə tərif etməyi həmişə rədd edəcəkdi. Heç kim tərəfindən qurulmayan, heç kimdən ona miras qalmayan bir ölkənin vətəndaşı olduğunu söyləyəcəkdi o. “Şərqin və Qərbin olmadığı bir dünyanın” içinə yerləşdirmişdi o, mənliyini. Bir “dil ölkəsi”nin oğlu idi... Dünya bir idi, şərq – qərb ayrılığı deyə bir məqam yox idi. Bunlar siyasətçilərin icad etdiyi qavramlar idi... Hansı siyasi axımın fikirlərini mənimsədiyini soruşanda o, heç bir ideologiyaya aid olmadığını, bir az da anti – ideoloq olduğunu iddia edirdi.
“Özümdən başqa heç kimi təmsil etmirəm - deyirdi – Mən özümdən başqası deyiləm...”
Əlbəttə, bir İslam ölkəsində dünyaya gəldiyi üçün, ilkin təhsilini din alimlərindən aldığı üçün jurnalistlərin tez – tez İslamla bağlı suallarıyla qarşılaşırdı. Amma yolaverdi cavablarla heç kimi üzmək istəmirdi. Çünki anti – ideolojik olduğunu iddia etsə də, qətiyyən siyasətdən uzaqda deyildi Adonis. Məsələn mövzu Səddam Hüseynə gələndə Səddam Hüseyn rejiminə qarşı olduğunu, amma bir rejimin bombalanaraq yox edilməyəcəyini bildirmişdi. Islamiyyətin 1600 ildir içində yaşadığı sistemin bu günkü problemlərə cavab verə bilmədiyini, həmin sistemdən çıxa bilmədiyi müddət boyunca həmişə tənqid ediləcəyini ifadə edirdi rahatlıqla.
Ancaq problem bu idi ki, heç bir ərəb yazarı ya da tənqidçisi bu mövzular barəsində fikir bildirmək belə istəmirdi. 1968 – ci ildən bəri nəşr elətdirdiyi “Maavəqf” dərgisində ərəb mühitində qadının həyatı barəsində özəl sayı hazırlamaq istədiyi zaman sərt tənqidlərlə üz – üzə qalmışdı. Və bütün bunlardan narahat olurdu Adonis. “Maavəqf” dərgisini bağlamaq həddinə də gəlib çıxmışdı hətta...
Amma öz ölkəsində kimlərsə onun bu sözlərindən narahat olurdu. Tanrının mələklərinin Həzrəti Məhəmməd peyğəmbərə göndərdiyi vəhyləri sorğulamaq bir şairin, üstəlik öz ölkəsini tərk etmiş bir şairin işi ola bilməzdi. Cihad elan olunan bir ölkə ilə danışıqlar masası arxasında oturmağı təklif etmək isə ümumiyyətlə qəbul ediləcək bir hal deyildi. Və Danimarkada baş verən, müsəlmanların qəzəbinə səbəb olan karikatura söhbətində onun “Təkcə karikatura çəkməsəniz, hətta oturub bütün günü Allahı söysəniz də əlinizə heç nə keçməyəcək. Həzrəti Məhəmməd bu karikaturaya layiq olan bir insan deyil.” – deməsi onun barəsində olan fikirləri qətiyyən dəyişdirmədi. Əvvəlcə heç tərk etmədiyi ərəb dili özündən uzaqlaşdırdı onu, əsərləri ərəb dilində nəşr olunmadı, xaricdə nəşr olunan əsərlərinə isə qadağa qoyuldu. Sonra İsraillə sülh danışıqları aparılması barəsində etdiyi təklifə görə Suriya Yazarlar Birliyindən xaric edildi. Ərəb divan şeirini üç cilddə toplaması, “Dünənin kitabı, bu günün məkanı” kitabı ilə ərəb siyasi tarixini, ədəbiyyatını və şeirini yenə üç cilddə bir araya gətirməsi də təqdirə şayan olmadı.
Əslində onu “Mən məni sürgün edən bir dildə yazıram.” – deməyə vadar edən də elə bu xaric olunmaqları idi. Adonis bu gün 80 yaşındadır. Soyadını verdiyi və “rəhbəri” olduğunu söylədiyi xanımı Xalidə Səid ilə bərabər Parisdə yaşamağa davam edir. Yazır, yaradır... Dünyanın demək olar ki, hər yerindən ona gələn təkliflərə “yox” – demir. Əgər söhbət ədəbiyyatdan gedirsə. Həmişə olduğu kimi o, yenə də şeir üçün yazır.

